Posts

Showing posts from August, 2020

17. BİRGƏ RAZILAŞMA VƏ SİYASƏT

  17. BİRGƏ RAZILAŞMA VƏ SİYASƏT SİYASƏT deyəndə cəmiyyətimizdə əksəriyyətin ağlına ilk növbədə hiylə, hiyləgərlik, aldatmaq, biclik, fürsətdən sui-istifadə etmək və s. kimi anlamlar gəlir. Şübhəsiz ki, bir sıra digər siyasi anlayışlar kimi SİYASƏT məfhumu da bir qisim tərəfindən qəsdən, başqa bir qisim tərəfindən isə bilməyərəkdən bu cür təhrif olunmuş formada ictimaiyyətə təqdim olunur.   Bəs SİYASƏT nədir? Bu suala sadə şəkildə cavab verməyə çalışaq. SİYASƏTin ən ümdə xüsusiyyətlərini müəyyənləşdirmiş olsaq aşağıdakıları ardıcıllıqla sadalamalıyıq: 1. SİYASƏT – cəmiyyətdə vacib insan davranışıdır; 2. SİYASƏT – ictimai-sosial fəaliyyətdir; 3. SİYASƏT – məqsədli ictimai-sosial hərəkətdir (davranış, fəaliyyətdir); 4. SİYASƏT – yaranmış vəziyyətdə müvafiq, adekvat (doğru) qərar qəbul etmək qabiliyyətidir və s. Sadaladığımız xüsusiyyətlər əsasında SİYASƏTə belə bir tərif verə bilərik: SİYASƏT – insanın cəmiyyətdə müəyyən məqsədli ictimai-sosial davranışı olub, yaranmış və