Posts

Showing posts from September, 2021

29. BİRGƏ RAZILAŞMANIN ATRİBUTU – SİMVOLU

Image
  29. BİRGƏ RAZILAŞMANIN ATRİBUTU – SİMVOLU   BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın məzmununu lakonikləşdirərək özündə ehtiva edən atributa – simvola ehtiyac duyula bilir. Bunun bir sıra obyektiv səbəbləri var. Məlum olduğu kimi, istənilən simvol (işarə və s.) müvafiq məzmunun qavranılmasını asanlaşdırmaqda əhəmiyyətli çəkiyə malikdir. Eyni zamanda, ideoloji məzmunun geniş yayılmasında da müstəsna rol oynayır. Ona görə də, konsepsiyanın strateji hədəflərinə çatmaq üçün ideoloji məzmun həm də simvollaşdırılır və müəyyən edilmiş atributla işarələnir. Belə bir atribut (simvol, işarə) kimi, Qədim türk yazılı abidələrində birliyi özündə ehtiva edən “Orxon-Yenisey” hərfləri ilə yazılmış “biz” sözünün baş hərfinə (“B” hərfinə) oxşayan aşağıdakı işarəni BİRGƏ RAZILAŞMAnın atributu olaraq təqdim edirik (seçim bir qədər şərtidir, dəyişdirilə də bilər):       Beləliklə, təqdim etdiyimiz BİRGƏ RAZILAŞMAnın atributu (simvolu)   ilk növbədə FƏRDin (İNSAN) XOŞBƏXTliyini simvolizələşdirir,   birl