Özün dəyiş ki, dünya dəyişsin
Özün dəyiş ki, dünya dəyişsin Səma Məmmədsalahova Bəzən baxırsan, cəmiyyətə düşünürsən ki, cəmiyyəti kompüter və telefonları yenidən başlatdığımız kimi başlatmaq lazımdır. Ya da hər şeyi sil, mahnıda deyildiyi kimi “sil başdan...” Sonra papağı qoyub qabağına fikirləşirsən, sən də bu cəmiyyətin bir hissəsi deyilsənmi? Hə, indi yavaş-yavaş namütəhani düşüncələrin içərisində itib-batırsan. Cəmiyyət nədir? Bizim vəzifəmiz nədir? Nəyi dəyişməliyik? Suallar çoxdur... Başlayırsan, özün üçün xırda-xırda aydınlaşdırmağa. Hə, mənim başı dolu, cibi boş və ya başı boş, cibi dolu, ağlı olub düşünməyən və ya düşünüb bir yerə çıxa bilməyən yoldaşlarım, bir az qəliz məsələ oldu, deyəsən. Cəmiyyətin nə olduğunu aydınlaşdırmaq üçün tez gugla yazıram ki, “cəmiyyət nədir?” Təbii ki, çıxan məqalədə yazılan tərifdən heç nə qanmıram, bir də oxuyana kimi “insanların birliyi”, yavaş-yavaş düşüncəmdə nəsə hasil olur. Yenə bu sözə baxmayan ağlıma gəlir ki, hansı insanların birliyi? Fikir...