BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU

 

SEÇKİ nədir? SEÇKİ İNSTİTUTU.

 

Bir çox ictimai-siyasi məfhumlar kimi SEÇKİ sözünün də mənası təhrif edilmiş haldadır. Ona görə, əvvəlcə həmin məfhumun müvafiq elmi-nəzəri mənbələrlə çulğalaşan məzmununu izah edək.

SEÇKİ ilk növbədə müstəqil şəkildə, heç bir istənilən növ təsirə (zorakılıq, yumşaq güc və s.) məruz qalmadan cəmiyyət üzvlərinin – Mən, Sən, Onun öz xoşbəxt yaşam tərzini müəyyənləşdirə bilmək haqqı deməkdir. Bu haqqı Biz ilk dəfə bir araya gələrək, azad, müstəqil surətdə, heç bir təzyiq olmadan Birgə Razılaşma Konsepsiyasını qəbul etməklə tətbiq etmiş oluruq. Və buna əsaslanan Cəmiyyəti (Birgə Razılaşma Cəmiyyətini) qururuq.

Bundan sonra cəmiyyətimizin idarə olunması üçün Dövlət yaradırıq və onun idarəetməsini - Hakimiyyəti Seçki yolu ilə aramızdan, cəmiyyət üzvləri sırasından müəyyənləşdiririk. Yəni cəmiyyətin və həmçinin dövlətin idarəolunmasını leqal, legitim yolla həyata keçirmək üçün bir mexanizm olan SEÇKİ İNSTİTUTUnu formalaşdırırıq. Bu institutun formalaşması digər ilkin zəruri instituosional qurumların mövcudluğu ilə birbaşa əlaqəlidir. Həmin instituosional qurumların əsas olanlarını göstərək və bunların SEÇKİ İNSTİTUTU ilə bağlılığını aydınlaşdıraq:

1. VƏTƏNDAŞLIQ İNSTİTUTU. Bu institut həddindən artıq böyük əhəmiyyət kəsb edir. Belə ki, vətəndaş əslində kim olduğunu dərk etməli, ən azı fundamental (konstitusion) hüquq və azadlıqlarını,  vəzifələrini mənimsəməli, bilməli və bunu praktiki olaraq həyat tərzinə çevirməlidir. Birgə Razılaşma Konsepsiyasına görə VƏTƏNDAŞ kimliyini şərtləndirən əsas səciyyəvi prinsiplər bunlardır:

 1. VƏTƏNDAŞ - BİRGƏ RAZILAŞMA başda olmaqla bütün qəbul edilən ALİ Muqavilə (Konstitusiyya) və qanunlarla təsbit olunmuş insan (fərd) VƏTƏNDAŞ hüquq və azadlıqlarını, haqlarını hər yerdə daima mudafiə edən cəmiyyət üzvüdür.

2. VƏTƏNDAŞ - DÖVLƏTin, HÖKUMƏTin, HAKİMİYYƏTin fəaliyyətinə daim nəzarət etməyə borcludur.

3. VƏTƏNDAŞ - DÖVLƏT (hökumət, hakimiyyət) numayəndələrindən istənilən an hesabat tələb etməyə borcludur.

4. Bir sozlə, ideoloji prinsiplər uzrə həmrəylik gostərmək VƏTƏNDAŞın borcudur (bax: https://birgeraz.blogspot.com/2020/06/7-birg-razilasma-v-vtndasliq-institutu.html ).

Beləliklə, özünün aydın şəkildə KİMLİYİni bilən VƏTƏNDAŞ olmalıdır ki, SEÇKİ İNSTİTUTUnun təməl hərəkətverici qüvvəsi aktivləşsin. VƏTƏNDAŞ kimliyinə faktiki yiyələnmiş FƏRD məhz SEÇKİ vasitəsilə HAKİMİYYƏTi özünün dəyişdirməsinə əmin olur.

2. VƏTƏNDAŞ BİRLİKLƏRİ (cəmiyyəti). Bu birliklər VƏTƏNDAŞLAR tərəfindən BİRGƏ RAZILAŞMA (QANUNLAR) əsasında yaradılır və fəaliyyətini qurur. Hökumətdə təmsil olunan bütün DÖVLƏT XİDMƏTÇİlərinin (vəzifəli şəxslərin) fəaliyyətinə müvafiq qaydalar cərcivəsində nəzarət edir. Bu birliklərin əsas işi həm də ondan ibarətdir ki, insanların (fərdlərin), vətəndaşların BİRGƏ RAZILAŞMA (QANUNLAR) ilə qorunan təməl hüquq və azadlıqları, haqları pozularsa, dərhal məsələni gundəmə gətirib ƏDALƏT HAKİMİYYƏTİ MƏHKƏMƏ) qarşısına çıxarsın və pozuntuya yol vermiş DÖVLƏT XİDMƏTÇİSİnin cəzalandırlmasını təmin etsin. VƏTƏNDAŞ BİRLİKLƏRİnin qanuni fəaliyyətinə DÖVLƏT HAKİMİYYƏTİnin müdaxiləsi qadağandır və məsuliyyətə səbəb olur.

Hər bir vətəndaş digər vətəndaşlarla azad və mustəqil şəkildə birləşib VƏTƏNDAŞ BİRLİKLƏRİ yarada bilər. İstənilən birliyə BİRGƏ RAZILAŞMAnın muddəalarına zidd fəaliyyət gostərmək qadağandır (bax: https://birgeraz.blogspot.com/2020/06/1-birg-razilasma-konsepsiyasi.html ).

Sözügedən birliklər SEÇKİ İNSTİTUTUnun mahiyyəti üzrə legitimliyini qoruyub saxlayan və təmin edən ən vacib qüvvədir. Deməli, bu birliklər yoxdursa, SEÇKİnin legitimliyi yoxdur və o dekorativ səciyyəlidir (avtoritar, diktatura rejimlərində olduğu kimi).

3. PLÜRALİZM (FİKİR, İDEYA MUXTƏLİFLİYİ). SEÇKİ İNSTİTUTUnun praktik işləkliyini təmin edən ünsürlərdən biri də PLÜRALİZMdir (fikir, ideya müxtəlifliyi). Plüralizm imkan verir ki, cəmiyyətdə müxtəlif ideyalar, fikirlər, düşüncələr basqı altında olmadan, rahatlıqla səsləndirilə bilsin. Bu, AZAD VƏTƏNDAŞın ideyalar arasında SEÇİM etmək azadlığını təmin etmiş olur.

4. AZAD MƏTBUAT. Bu məqam əslində plüralizmlə əlaqəli məsələdir. “AZAD MƏTBUAT  VƏTƏNDAŞ üçün əlçatan olmalı, hər kəsin muraciəti üçün açıq olmalıdır.   AZAD MƏTBUATın olması birbaşa müxtəlif ideologiya sahiblərinin rahat şəkildə VƏTƏNDAŞlarla, kütləylə əlaqə qurmasını təmin edir. Azad rəqabət mühitində hansı ideoloji istiqamət üstünlük qazanırsa, SEÇKİ məhz onun cəmiyyətdə idarəetmədə əsas olmasını şərtləndirir.

Ümumilikdə yuxarıda qısa şəkildə sadalıdıqlarımız SEÇKİ İNSTİTUTUnun praktik işləkliyini təmin edən əsas şərtlərdəndir. Məhz həmin şərtlər yaranmış olarsa, SEÇKİlər legitim nəticələr vermiş olur. Əgər bunlar yoxdursa, kütləni seçkiyə çağırmaqla sağlam nəticələrin əldə edilməsinə ümid etmək sadəlövlük, siyasi səbatsızlıqdır (xüsusilə avtoritar idarəetməyə malik ölkələrdə). Çünki SEÇKİ İNSTİTUTU olmadığına görə, saxta nəticələr kövrək siyasi addımları da məyus edir ki, bu da öz növbəsində cəmiyyət üzvlərinin ictimai-siyasi proseslərə qoşulmasına zərbə vuraraq onları ruhdan salır, siyasi proseslərdən fərdləri soyudur. Çıxış yolu odur ki, əvvəlcə SEÇKİ İNSTİTUNU şərtləndirən amiləri bərpa etməliyik. Bunu təmin etmək zərurətdir. Sonra isə istənilən (sivil) üsullarla, o cümlədən də SEÇKİ vasitəsilə  hakimiyyətin dəyişimini təmin etmək tamamilə mümkündür. 

 

Ramin Allahverdi


Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ