BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

 

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN

 

 

 

 

 

 

 

NİZAMNAMƏSİ

 

 

                                                                                                                      

 

 

 

BAKI – 2021

 

 

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1. “BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİ” (BRC) İctimai Toplum – Birlikdir (bundan sonra Cəmiyyət). BRC-nin ideoloji bazasını BİRGƏ RAZILAŞMA KONSEPSİYASI (ideologiyası) təşkil edir və Cəmiyyətin fəaliyyətində aşağıdakı müddəalar birbaşa hüquqi qüvvəyə malikdir.   

1.    Mən (yəni insan, fərd olaraq) ən ali varlığam.

2.    Mənim (hər bir insanın, fərdin) azadlığım (müstəqilliyim) ən ali dəyərdir. Mənim azadlığım məni xoşbəxt edə biləcək başlıca alınmaz dəyərimdir.

3.    Mən (hər bir insan, fərd) doğulduğum andan etibarən azad yaşamaq, azad olmaq, xoşbəxt olmağa can atmaq kimi alınmaz ali haqlara malikəm. Mənim (insanın) azadlığımı (haqlarımı) heç kəs və heç nə məhdudlaşdıra bilməz.

4.    Mənim (bir insanın, fərdin) azadlığım yalnız və yalınız Sənin və Onun (digər insanların, fərdlərin) hüquqları, haqları başlayan yerdə bitir.

5.    Mən, Sən və Onun (insanların, fərdlərin) birliyi suverendır (müstəsna səlahiyyətlidir). Suveren müstəsna səlahiyyətləri olmaq deməkdir. Bu suverenlik, müstəsna səlahiyyət bizə yuxardakı müddəaları nəzərə alaraq istədiyiimiz kimi yaşamağımızın (fəliyyət göstərməyimizin) zəminidir. Həmin müstəsna səlahiyyətimizin az və ya çox hissəsini hansısa bir hüquqi şəxs   yaradıb ona verə bilərik.

6.    Qəbul etdiyimiz bu BİRGƏ RAZILAŞMAnın bütün müddəaları alidir və Mən, Sən, O, yəni hər birimiz şəksiz əməl etməliyik. Əməl etməyənlər Ali qanunlarımızla cəzalandırılmalıdır.

7.    BİRGƏ RAZILAŞMAya əməl edilməsinə hamı nəzarət edir. Bu razılaşma yalnız və yalnız Mənim, Sənin və Onun (razılaşmanı qəbul edən hər bir fərdin) razılığı ilə dəyişdirilə bilər.

1.2. Bu NİZAMNAMƏ BRC-də əsas hüquqi sənəddir. 

  

 

II.  BRC-NİN FƏALİYYƏTİNİN ƏSAS MƏQSƏDİ

 

2. BRC-nin yaradılmasının başlıca məqsədi hər bir FƏRDin (İNSAN) xoşbəxt yaşamasını hədəfləyən BİRGƏ RAZILAŞMA KONSEPSİYASInı sosial reallığa çevirməklə yeni bir TOPLUM (cəmiyyət) modelini əyani şəkildə təqdim etməkdir. BRC məhz belə bir cəmiyyət modelidir.

2.2.3. BRC nümayəndələrinin maarifçilik fəaliyyətlərini həyata keçirmələrinə yardım göstərmək;

2.2.4. BRC nümayəndələrinin İctimai idarəetmədə iştirakına yardım etmək;

2.3. Birlik Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qadağan edilməyən digər fəaliyyətlə də məşğul ola bilər.

 

III. BRC-NİN HÜQUQİ STATUSU

 

3.1. BRC onu bir toplum modeli olaraq qəbul edib üzv olanlar üçün mütləq legitimliyə malikdir.

3.2. Nümayəndələr – üzvlər BRC-də bir-bir ilə münasibətdə BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın əsas müddəalarına uyğun olan, bu Nizamnaməyə və BRC-nin müvafiq səlahiyyətli idarəetmə aparatı tərəfindən qəbul edilən qərar və qaydalara əməl etməyə borcludurlar.

3.3. BRC-nin özünəməxsus atributu, döş nişanı, rekvizitləri ola bilər.

3.4. Cəmiyyət qarşısına qoyduğu məqsədləri həyata keçirmək üçün aşağıdakı hüquq və vəzifələrə malikdir:

3.4.1.  Məqsədləri və  fəaliyyəti barədə məlumatları sərbəst yaymaq;

3.4.2. Məramına müvafiq olaraq, konsepsiya, proqram və digər təkliflərlə  çıxış etmək;

3.4.3. Konfranslar, seminarlar, debatlar, dəyirmi masalar, sərgilər, yürüşlər, nümayişlər, tədris və metodoloji yardımlar və s. tədbirlər təşkil etmək;

3.4.4. Sosioloji sorğular keçirmək, monitorinqlər aparmaq;

3.4.5. Müxtəlif məsələlərlə bağlı bülletenlər buraxmaq, elmi-kütləvi ədəbiyyat  və  müvafiq materiallar çap etdirmək və yayımını həyata keçirmək və s.

3.5. Cəmiyyətin fəaliyyət predmetinə həmçinin daxildir:

3.5.1. BRC nümayəndələrinin (üzvlərin) hüquq və azadlıqlarının həyata keçirilməsində qarşılaşdıqları maneələri aradan qaldırmaqda onlara lazımi hüqüqi köməkliyi göstərmək;


 

IV. CƏMİYYƏTİN MÜLKİYYƏTİ VƏ ƏMLAKININ

FORMALAŞMA MƏNBƏLƏRİ

 

4.1. Cəmiyyətin mülkiyyətini müxtəlif avadanlıqlar, pul vəsaiti, qiymətli kağızlar və bu Nizamnamədə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün lazım olan başqa əmlak təşkil edir.

4.2.  Cəmiyyətin pul və digər şəkildə formalaşdırılma mənbələri aşağıdakılardır:

4.2.1. Üzvlük-nümayəndəlik haqları;

4.2.2. Malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar;

4.2.3. Könüllü əmlak haqları və ianələr;

4.2.4. Öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

4.2.5. Qrantlar;

4.2.6. Qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər.

4.3. Cəmiyyət əldə edilmiş gəliri təsisçiləri (nümayəndələri-üzvləri) arasında bölməyərək yalnız öz məqsədlərinə nail olunmasına yönəldilmiş sahibkarlıq fəaliyyətini həyata keçirə bilər.

4.4. Cəmiyyətin mülkiyyəti üzərində hüquqları bu Nizamnamə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

V. BRC-NİN İŞTİRAKÇILARI, ÜZVLÜK-NÜMAYƏNDƏLİK

 

5.1. Ümumiyyətlə, BİRGƏ RAZILAŞMA KONSEPSİYASInı qəbul edən istənilən şəxs BRC-nin passiv nümayəndəsi (üzvü) sayılır (hətta birliyə üzvlük üçün müraciət etməsə belə). BRC-yə üzvlük (nümayəndəlik) üçün müraciət edərək qəbul edilənlər isə (aktiv) nümayəndə (üzv), hesab olunurlar.

5.2. BRC-də üzvlük-nümayəndəlik aşağıdakı şəkildə həyata keçirilir:

5.2.1. BİRGƏ RAZILAŞMA KONSEPSİYASInı, bu Nizamnaməni qəbul edən istənilən şəxs BRC-nin (aktiv) nümayəndəsi (üzvü) ola bilər.

5.2.2. Cəmiyyətə üzvlük üçün Cəmiyyət Sədrinin adına yazılı ərizə ilə müraciət edilir. Ərizəyə Cəmiyyət Şurasnın iclasında baxılır və ən geci 15 gün müddətinə müvafiq qərar qəbul edilir.

5.3. BRC nümayəndəsinin (üzvünün) öhdəliyi:

5.3.1. BİRGƏ RAZILAŞMA KONSEPSİYASInı dərindən öyrənmək (araşdırmaq), mənimsəmək;

5.3.2. BİRGƏ RAZILAŞMA KONSEPSİYASInı yaşam tərzinə çevirməklə, başqalarına canlı örnək olmaq;

5.3.3. BİRGƏ RAZILAŞMA KONSEPSİYASInı öyrətmək.

5.4. BRC nümayəndəsinin (üzvünün) vəzifələri:

5.4.1. BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın fundamental müddəlarına əsaslanan bu Nizamnamə, eləcə də, BRC-nin səlahiyyətli orqanları tərəfindən qəbul edilmş qərarlardan irəli gələn müvafiq tələbləri yerinə yetirmək;

5.4.2. Müəyyən edilmiş üzvük-nümayəndəlik haqqını vaxtında ödəmək (məbləğ BRC-nin müvafiq orqanı tərəfindən müəyyən edilir). Tələbələr və işsiz şəxslər üzvlük-nümayəndəlik haqqından azaddırlar. 

5.4.3. Cəmiyyətin nüfuzuna xələl gətirəcək hərəkətlərə yol verməmək;

5.4. Cəmiyyətə üzvlük-nümayəndəlik Cəmiyyət Şurasında sadə səs çoxluğu ilə qəbul olunur.  

5.5. Cəmiyyətin hər bir nümayəndəsi (üzvü) bir səs hüququna malikdir.

5.6. Cəmiyyətin nümayəndələri (üzvləri) bərabər hüquqludurlar.

5.7. Cəmiyyət nümayəndələrinin (üzvlərinin) aşağıdakı hüquqları vardır:

5.7.1. Cəmiyyətin seçkili orqanlarına seçmək və seçilmək;

5.7.2. Bu Nizamanaməyə uyğun olaraq Cəmiyyətin idarə olunmasında iştirak etmək;

5.7.3.  Cəmiyyətin fəaliyyətində aktiv iştirak etmək, təkliflərlə çıxış etmək;

5.7.4. Cəmiyyətin rəhbər orqanlarının fəaliyyətinə nəzarət etmək, onun seçkili orqanlarının və vəzifəli şəxslərinin fəaliyyəti barədə məlumat almaq, əsaslar olduqda bu orqanların və vəzifəli şəxslərin fəaliyyətini tənqid etmək;

5.7.5. Özünün hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, izahat vermək və Cəmiyyətinvafiq orqanına şikayət etmək.

5.8. Cəmiyyət nümayəndəsi (üzvü) eyni zamanda Cəmiyyətin iki seçkili orqanının üzvü ola bilməz.

5.9. Cəmiyyət üzvü yalnız Ümumcəmiyyət Yığıncağı, Cəmiyyət Şurası, və Cəmiyyətin Sədri tərəfindən səlahiyyət verildikdə Cəmiyyəti təmsil edə və onun adından çıxış edə bilər.

5.10.   Cəmiyyət nümayəndələiyinə (üzvlüyünə) aşağıdakı hallarda xitam verilir:

5.10.1. Cəmiyyətin fəaliyyətinə xitam verildikdə;

5.10.2. Cəmiyyət nümayəndəliyindən (üzvlüyündən) könüllü çıxdıqda;

5.10.3. Müəyyən edilmiş nümayəndəlik (üzvlük) haqqını 3 ay ardıcıl olaraq ödəmədikdə;

5.10.4. Nizamnamə tələblərini pozduqda;

5.10.5. Cəmiyyətin nümayəndəliyindən (üzvlüyündən) çıxarıldıqda.

5.10.6. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

5.11. Cəmiyyət nümayəndəsi (üzvü) Cəmiyyətdən könüllü çıxdıqda Cəmiyyət Şurasına  bu barədə yazılı ərizə ilə müraciət edir. Ərizəyə  baxılır və müvafiq qərar qəbul edilir.

5.12. Cəmiyyət nümayəndəsinin (üzvünün) aktiv fəaliyyəti “Təşəkkürnamə” və Cəmiyyət Şurası tərəfindən   müəyyən edilmiş digər adlarla qiymətləndirilə bilər.

5.13. Cəmiyyətin Nizamnaməsini pozan nümayəndələr (üzvlər) barəsində, pozuntunun xarakterinə uyğun olaraq, «xəbərdarlıq», «töhmət», «şiddətli töhmət» və «Cəmiyyət üzvlüyündən xaric etmə» kimi intizam tədbirləri görülür. İntizam tədbiri Cəmiyyətin İdarə-icraedici Aparatının rəyi əsasında  Cəmiyyət Şurası tərəfindən tətbiq edilir.

5.14. Bu Nizamnamənin 5.12-ci maddəsində əksini tapan Cəmiyyət Şurasına aid səlahiyyətləri Şura formalaşana qədər Cəmiyyət Sədri həyata keçirir. Bu maddə Şura formalaşdıqdan sonra qüvvədən düşür.

5.15. Bu Nizamnamənin 5.13-cü maddəsində əksini tapan cəza tədbirlərini tətbiq edən Cəmiyyət Şurasına aid səlahiyyətləri Şura formalaşana qədər Cəmiyyət Sədri həyata keçirir. Bu maddə Şura formalaşdıqdan sonra qüvvədən düşür.

5.16.  Cəmiyyət nümayəndəsi (üzvü) onun barəsində tətbiq edilən intizam tədbirlərindən, o cümlədən  «Cəmiyyətin üzvlüyündən xaric etmə» barədə qərardan qanunvericiliyə müvafiq olaraq məhkməyə müraciət etmək hüququna malikdir.

5.17. Cəmiyyət öz nümayəndələrinin (üzvlərinin) hüquqlarını və qanuni mənafelərini bütün instansiyalarda müdafiə edir.

5.18. Cəmiyyət nümayəndəsinin (üzvü)  nümayəndəlikdən (üzvlükdən) çıxarılması barədə qərarı Cəmiyyət Şurası qəbul edir. Bunun üçün Cəmiyyət Şurasında iştirak edən üzvlərin yarıdan çoxu həmin qərarın lehinə səs verməlidir.

5.19. Cəmiyyət nümayəndəliyindən (üzvlükdən) çıxarılması məsələsi qaldırılan şəxsə Cəmiyyət Şurasının toplantısının yeri və vaxtı barədə məlumat verilməli, o, həmin məsələ ilə bağlı öz fikirlərini ali orqana bildirmək arzusunda olsa, onun bu hüququ təmin edilməlidir. Toplantının yeri və vaxtı barədə xəbərdar edilmiş Cəmiyyətin nümayəndəliyindən (üzvlüyündən) çıxarılması məsələsi qaldırılan şəxsin toplantıya gəlməməsi həmin məsələnin müzakirə edilməsinə və qərar qəbul edilməsinə mane olmur.

5.20. Şəxs qərarın surətini aldığı gündən 10 gün müddətində həmin qərardan Cəmiyyət Sədrinə şikayət verə bilər. Cəmiyyətin Sədrin tapşırığına əsasən müvafiq Sədr müavini tərəfindən araşdırılma aparılaraq 15 gün müddətində həmin şikayətə baxılmalı və şikayətin təmin  edilməsi və ya rədd edilməsi barədə qərar çıxarımalıdır.

5.21. Cəmiyyət nümayəndəliyindən (üzvlüyündən) çıxarılmış şəxsin məhkəməyə şikayət etmək hüququ vardır.

5.22. Cəmiyyətin köməkçiləri:

5.22.1. Cəmiyyətin istifadəsinə əvəzsiz əmlak verən, habelə təşkilati və başqa yardım göstərən, könüllü iş görən və xidmətlər göstərmək yolu ilə Cəmiyyəti dəstəkləyən fiziki və hüquqi şəxslər birliyin köməkçiləri hesab olunur;

5.22.2. Cəmiyyətin köməkçilərinin uçotu ayrıca reyestrdə aparılır;

5.22.3. Cəmiyyətin köməkçiləri birliyin bütün tədbirlərində iştirak edə, birliyin imkanları və qanunvericilik çərçivəsində onun müdafiəsindən istifadə edə bilərlər;

5.22.4. Cəmiyyətin köməkçiləri birliyin adına və məqsədlərinə ziyan vuran hərəkətlərə yol verməməlidirlər;

5.22.5. Cəmiyyətin köməkçiləri istənilən vaxt öz fəaliyyətlərinə xitam verə bilərlər.

  

VI. CƏMİYYƏTİN TƏŞKİLATİ  STRUKTURU VƏ İDARƏETMƏ  APARATI (ORQANLARI)

 

6.1. Cəmiyyətin idarəetmə (aparatı) orqanları aşağıdakılardır:

6.1.1. Cəmiyyət nümayəndələrinin (üzvlərinin)  Ümumcəmiyyət Yığıncağı;

6.1.2. Cəmiyyətin Cəmiyyət Şurası.

6.1.3. Cəmiyyətin İdarə-icraedici Aparatı. 

6.1.4. Cəmiyyətin Sədri və müavinləri  

6.2. Ümumcəmiyyət Yığıncağı Cəmiyyətin ali orqanıdır. Ümumcəmiyyət Yığıncağının iclasları zəruri hallarda, lakin ildə bir dəfədən az olmayaraq keçirilir. Ümumcəmiyyət Yığıncağı Cəmiyyətin Cəmiyyət Şurası, təsisçilərdən birinin və ya üzvlərinin ən azı 75 faizdən çox hissəsinin  təşəbbüsü ilə Cəmiyyət Sədri tərəfindən  çağırılır.

6.3. Ümumi Yığıncağın səlahiyyətlərinə, əsasən aşağıdakı məsələlər  daxildir:

6.3.1. Cəmiyyətin Nizamanaməsinin qəbulu və ona  dəyişiklər edilməsi;

6.3.2. Cəmiyyətin əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi;

6.3.3. Cəmiyyətin İdaretmə struktrununun yaradılması, eləcə də digər strukturların yenidən təşkil edilməsi, yaxud fəaliyyətinin dayandırılması.

6.3.4. Cəmiyyətin başqa təşkilatlarda iştirakı;

6.3.5. Cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərinin müəyyən edilməsi;

6.3.6. Cəmiyyət Rəhbərinin, Cəmiyyət  Şurasının və İdarə-icraetmə Aparatının təmsilçilərinin seçilməsi;

6.3.7.  Cəmiyyət Rəhbərinin, Cəmiyyət Şurasının, İdarə-icraetmə Aparatının illik hesabatlarının təsdiq edilməsi;

6.3.8.  Cəmiyyətin yenidən təşkili və ləğv edilməsi;

6.3.9. Bu Nizamnamədə nəzərdə tutulan digər səlahiyyətlərin həyata keçirilməsi.

6.4. Cəmiyyətin təsisçilərinə və nümayəndələrinə (üzvlərinə) Ümumcəmiyyət Yığıncağının yeri vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilir (əyani toplaşmaq mümkün olmasa, toplantı onlayn platformada da həyata keirilə bilər). Ümumcəmiyyət Yığıncağının nümayəndələrinin (üzvlərinin) ən azı 90 faizi  iştirak etdikdə Nizamnaməyə dəyişikliklər edilə bilər. Qalan məsələlərdə nümayəndələrin yarıdan çoxu iştirak etdikdə Ümumcəmiyyət Yığıncağı legitim sayılır. Qərarlar yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir.

6.5. Ümumi Yığıncaqda yazılı protokol aparılır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır, yığıncağın protokolu lazım gəldikdə Cəmiyyətin bütün nümayəndələrinə (üzvlərinə) paylanır.

6.6. Cəmiyyət Sədri, Cəmiyyət Şurasının təmsliçiləri Ümumicəmiyyət Yığıncağı tərəfindən bir il müddətinə seçilir.

6.7.  Cəmiyyət   Şurasının təmsliçilərinin iclasları nümayəndələrin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir və qərarlar iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyət Şurasının, İdarə-icraetmə Aparatının təmsilçilərinin say tərkibi Ümumcəmiyyət Yığıncağı tərəfindən müəyyən edilir. İclasların vaxtı haqqında müvafiq orqanların üzvlərinə ən azı 2 həftə əvvəl məlumat verilir.

6.8. Ümumicəmiyyət Yığıncağının iclaslararası dövründə Cəmiyyətin qərarverici orqanı Cəmiyyət Şurasıdır. Cəmiyyət Şurası ayda (ildə dörd) bir dəfədən az olmayaraq çağırılır.   

6.9. Cəmiyyət Şurasının səlahiyyətlərinə aşağıdakı məsələlər daxildir:

6.9.1. Cəmiyyətin cari fəaliyyəti ilə bağlı qərarları müzakirə edir, ona əlavələr və dəyişikliklər edir və qəbul edir;

6.9.2. Üzvlük-nümayəndəlik haqqının məbləğini müəyyən edir;

6.9.3. Cəmiyyətin əmlakının formalaşması və istifadəsi qaydalarını müəyyən edir;

6.9.4. Rüblük  hesabatları təsdiq edir;

6.9.5.Cəmiyyətin başqa təşkilatlarda iştirakı məsələsini müzakirə edir;

6.9.6. Cəmiyyətin sədr müavin(lər)ini Sədrin təqdimatına əsasən təsdiq edir;

6.9.7. İdarə-icraedici Aparatı Sədrini Cəmiyyət Sədrinin təqdimatına əsasən təsdiq edir;

6.9.8. İdarə-icraedici Aparatının rəyinə əsasən Cəmiyyətə nümayəndəlikdən ( üzvlükdən) xaric etmək barədə qərar qəbul edir;

6.9.9  Müstəsna olaraq, Ümumcəmiyyət Yığıncağının və digər orqanların səlahiyyətinə aid edilmiş məsələlərdən başqa digər məsələlər üzrə qərarlar qəbul edir.

6.10. Qərarlarını sadə səs çoxluğu ilə qəbul edir;

6.11. Cəmiyyət Şurasının iclaslarına  Cəmiyyətin Sədri və ya Şuranın təmsilçilərinin öz aralarından seçdikləri bir nəfər təmsilçi sədrlik edə bilər;

6.12. Cəmiyyətin nümayəndiliklərini və digər strukturlarını təsis edə bilər;

6.13. Struktur vahidlərinin əsasnamələrini Cəmiyyət Sədrinin təqdimatı ilə təsdiq edir;

6.14. Cəmiyyət Şurasının təmsilçilərinin yarıdan çoxunun iştirakı Şuranın legitimliyini təmin edir.

6.15. Cəmiyyət Şurasının toplanması barədə məlumat Cəmiyyət Şurasının təmsilçilərinin hər birinə toplantıdan ən azı 1 həftə əvvəl verilir.

6.16. Cəmiyyətin İdarə-icraedici Aparatı:

6.17. Cəmiyyətin İdarə-icraedici Aparatı cari icra-qərarverici orqanıdır və Cəmiyyət Şurası tərəfindən qəbul olunmuş proqram və qərarların həyata keçirilməsi üçün məsuldur. Üzvlərin yarıdan çoxunun iştirakı aparatın iclasını səlahiyyətli edir. Aparatın rəhbəri Baş icraçıdır. O, Cəmiyyət Sədri tərəfindən təyin olunur və təyinat müddəti dönəmində Aparatın fəaliyyətinə məsuldur.

6.18. Cəmiyyətin İdarə-icraedici Aparatı aşağıdakı səlahiyyətlərə malikdir:

6.18.1.  Cəmiyyətin işçi orqanlarının fəaliyyətini tənzimləyir;

6.18.2. Ayda bir dəfədən az olmayaraq iclasını keçirir;

6.18.3. Nümayəndələrlə (üzvlərlə) və digər kənar qurumlarla daimi əlaqəni təmin edir;

6.18.4. Cəmiyyət Sədri ilə razılaşdırılmış şəkildə Cəmiyyətin gündəlik fəaliyyətində meydana çıxan hər hansı məsələni həll edir;

6.18.5. Nümayəndəliyə (üzvlüyə) qəbul məsələləri ilə bağlı üzərinə düşən funksiyaları yerniə yetirir.

6.18.6. Zəruri hallarda Cəmiyyətin Sədrinə bildirməklə Cəmiyyət Şurasının növbədənkənar yığıncağını çağırır;

6.18.7. Müxtəlif sahələr üzrə bütün cari fəaliyyəti istiqamətləndirir və operativ qərarlar qəbul edir;

6.18.8. Ümumcəmiyyət Yığıncağının və Cəmiyyət Şurasının müstəsna səlahiyyətlərinə aid olmayan digər səlahiyyətləri həyata keçirir.

6.18.9. Cəmiyyət Sədrinin və sədr müavin(lər)inin tapşırıqlarını, Cəmiyyət Şurasının qərarlarını icra edir;

6.18.10. Cəmiyyətin işinin təşkili məqsədi ilə icra strukturunun yaradılması ilə bağlı sədrə təkliflər verir;

6.18.11. Cəmiyyət nümayəndələrindən (üzvlərdən) gələn təkliflər nəzərə alınmaqla qarşıdan gələn Cəmiyyət Şurasının gündəliyini, qərar layihələrini hazırlayır və Cəmiyyət Sədrinin təqdimatı əsasında Cəmiyyət Şurasına müzakirə üçün təqdim edir;

6.18.12. Maliyyə-təsərrüfat və Nizamnamə vəzifələrinin həyata keçirilməsinə nəzarət edir;

6.18.13. Cəmiyyət Sədrinin və Cəmiyyət Şurasının tələbi ilə Cəmiyyətin struktur və seçkili rəhbər şəxslərinin fəaliyyəti ilə bağlı təftiş aparır Cəmiyyət Sədrinə və Cəmiyyət Şurasına hesabat verir;

6.18.14. Nizamnamə pozuntusu ilə bağlı məlumat və təqdimatlar verir;

6.18.15. Maliyyə məsələlərini və qərarların icra vəziyyətini təftiş edir;

6.18.16. Cəmiyyət nümayəndəlik-üzvlük üçün müraciət etmiş üzv və təşkilat haqqında təftiş aparır və Cəmiyyət Şurasına təqdimat edir;

6.18.17. Nümayəndəlikdən (Üzvlükdən) xaric etmə ilə əlaqədar Cəmiyyət Şurasına təqdimat verir;

6.18.18. Cəmiyyətin fəaliyyəti ilə bağlı bütün mübahisəli məsələləri müzakirə edir, müvafiq qərarları Cəmiyyət Şurasına və Ümumcəmiyyət Yığıncağa təqdim edir.

6.18.19. Sədrə, Ümumcəmiyyət Yığıncağına, Cəmiyyət Şurasına hesabat verir;

6.18.20. Cəmiyyətin struktur vahidlərinin işini əlaqələndirir;

6.19. Səlahiyyət müddəti 1 ildir;

6.20. Cəmiyyətin cari fəaliyyətinə rəhbərliyi Cəmiyyət Sədri həyata keçirir. Cəmiyyət Sədri Ümumcəmiyyət Yığıncağı tərəfindən 1 il müddətinə (yenidən seçilmək hüququ ilə) gizli səsvermə yolu ilə seçilir (hər il Ümumi Yığıncağa hesabat vermək şərti ilə). Əgər seçkidə sədrliyə 1 nəfərdən artıq namizəd qeydə alınmasa səsvermə açıq keçirilə bilər.

6.21. Cəmiyyətin Sədri:

6.21.1. Ümumcəmiyyət Yığıncağının və Cəmiyyətin Cəmiyyət Şurasının  qərarlarının həyata keçirilməsini təmin edir;

6.21.2. Cəmiyyətin ümumi işinə rəhbərlik edir və sərəncamlar verir;

6.21.3. Cəmiyyəti təmsil edir, onun adından müqavilə və sazişlər imzalayır;

6.21.4. Etibarnamələr verir, Cəmiyyətin maliyyə işlərinə rəhbərlik edir;

6.21.5. Cəmiyyətin işçi strukturunu, ştatını təsdiq edir və Cəmiyyət Şurasına təqdim edir;

6.21.6. Müxtəlif məsələlər üzrə müşavirlər və köməkçilər təyin edir;

6.21.7. Fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin ekspert qruplarını və digər strukturlarını yaradır, onların işini təşkil edir.

6.21.8. Sədr Cəmiyyət Şurasının konfranslarını idarə edir  və öz müavinlərini, İdarə-icraetmə Aparatı Sədrinin təqdimatını təsdiq üçün Cəmiyyət Şurasına təqdim edir;

6.21.9. Ümumcəmiyyət Yığıncağına, Cəmiyyət Şurasına hesabat verir;

6.21.10. Ümumcəmiyyət Yığıncağı, Cəmiyyət Şurası və İdarə-icraetmə Aparatıının səlahiyyətlərinə aid olmayan digər məsələləri həll edir.

6.22. Cəmiyyətin Sədr müavinləri:

6.22.1. Bir qayda olaraq Cəmiyyət Şurası təmsilçiləri arasından müəyyən olunur, Sədrin təqdimatı ilə Cəmiyyət Şurası təmsliçiləri (üzvləri) tərəfindən sadə səs çoxluğu ilə seçilir;

6.22.2. Cəmiyyətin Sədri vəzifələrini icra edə bilmədikdə və ya vəzifələrini icra etmə imkanlarının olmadığı digər hallarda müavinlərdən biri onu əvəz edir;

6.22.3. Cəmiyyət Sədrinin qərar və tapşırıqlarını yerinə yetirir;

6.22.4. Öz sahələri üzrə bütün işlərə görə məsuliyyət daşıyır, tələb olunduqda Cəmiyyət Sədrinə və Cəmiyyət Şurasına hesabat verir;

6.22.5. Cəmiyyət Sədrinin təqdimatı ilə Cəmiyyət Şurası  tərəfindən vəzifədən azad edilir və yerinə yenisi seçilir;

6.23.Cəmiyyətin müvafiq strukturları tamamilə formalaşana qədər idarəetməyə dair bütün səlahiyyətlər Cəmiyyətin əsas təsisçisi və onun müvəqqəti təyin etdiyi nümayəndələr tərəfindən həyata keçirilir.

6.24. Cəmiyyətin  idarəetmə srtukturları Ümumcəmiyyət Yığıncağı tərəfindən ilk iclasında təsdiqləndikdən sonra bu Nizamnamənin 6.23.-cü maddəsi qüvvədən düşür.

 

 

VII. CƏMİYYƏTİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ VƏ DİGƏR ŞƏRTLƏR

 

7.1. Cəmiyyətin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşdirmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ya onun ləğv edilməsi yolları ilə xitam verilir.

7.2.   Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.

7.3.   Gələcəkdə bu Nizamnamənin müddəaları ilə qanunvericilik arasında ziddiyyət yaranarsa, qanunvericiliyin müvafiq müddəaları tədbiq edilir.

  

 

 

 

 

 

 

Comments

Popular posts from this blog

20. BİRGƏ RAZILAŞMA VƏ ORDU

Özün dəyiş ki, dünya dəyişsin

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?