29. BİRGƏ RAZILAŞMANIN ATRİBUTU – SİMVOLU

 

29. BİRGƏ RAZILAŞMANIN ATRİBUTU – SİMVOLU

 

BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın məzmununu lakonikləşdirərək özündə ehtiva edən atributa – simvola ehtiyac duyula bilir. Bunun bir sıra obyektiv səbəbləri var. Məlum olduğu kimi, istənilən simvol (işarə və s.) müvafiq məzmunun qavranılmasını asanlaşdırmaqda əhəmiyyətli çəkiyə malikdir. Eyni zamanda, ideoloji məzmunun geniş yayılmasında da müstəsna rol oynayır. Ona görə də, konsepsiyanın strateji hədəflərinə çatmaq üçün ideoloji məzmun həm də simvollaşdırılır və müəyyən edilmiş atributla işarələnir.

Belə bir atribut (simvol, işarə) kimi, Qədim türk yazılı abidələrində birliyi özündə ehtiva edən “Orxon-Yenisey” hərfləri ilə yazılmış “biz” sözünün baş hərfinə (“B” hərfinə) oxşayan aşağıdakı işarəni BİRGƏ RAZILAŞMAnın atributu olaraq təqdim edirik (seçim bir qədər şərtidir, dəyişdirilə də bilər):

  

 Beləliklə, təqdim etdiyimiz BİRGƏ RAZILAŞMAnın atributu (simvolu)  ilk növbədə FƏRDin (İNSAN) XOŞBƏXTliyini simvolizələşdirir,  birliyi, dinc, sülh şəraitində birgə yaşamağı hədəfləmiş toplumu işarə edir. Atributun önəmli fəlsəfi məzmunu (əsas qayəsi) BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın 7 başlıca müddəasında aydın şəkildə göstərilir. Bir daha həmin müddəaları xatırlayaq.

1.   Mən (yəni insan, fərd olaraq) ən ali varlığam.

2.   Mənim (hər bir insanın, fərdin) azadlığım (müstəqilliyim) ən ali dəyərdir. Mənim azadlığım məni xoşbəxt edə biləcək başlıca alınmaz dəyərimdir.

3.   Mən (hər bir insan, fərd) doğulduğum andan etibarən azad yaşamaq, azad olmaq, xoşbəxt olmağa can atmaq kimi alınmaz ali haqlara malikəm. Mənim (insanın) azadlığımı (haqlarımı) heç kəs və heç nə məhdudlaşdıra bilməz.

4.   Mənim (bir insanın, fərdin) azadlığım yalnız və yalınız Sənin və Onun (digər insanların, fərdlərin) hüquqları, haqları başlayan yerdə bitir.

5.   Mən, Sən və Onun (insanların, fərdlərin) birliyi suverendır (müstəsna səlahiyyətlidir). Suveren müstəsna səlahiyyətləri olmaq deməkdir. Bu suverenlik, müstəsna səlahiyyət bizə yuxarıdakı müddəaları nəzərə alaraq istədiyimiz kimi yaşamağımızın (fəliyyət göstərməyimizin) zəminidir. Həmin müstəsna səlahiyyətimizin az və ya çox hissəsini hansısa bir hüquqi şəxs (məs.: dövlət) yaradıb ona verə bilərik.

6.   Qəbul etdiyimiz bu BİRGƏ RAZILAŞMAnın bütün müddəaları alidir və Mən, Sən, O, yəni hər birimiz şəksiz əməl etməliyik. Əməl etməyənlər Ali qanunlarımızla cəzalandırılmalıdır.

7.   BİRGƏ RAZILAŞMAya əməl edilməsinə hamı nəzarət edir. Bu razılaşma yalnız və yalnız Mənim, Sənin və Onun (razılaşmanı qəbul edən hər bir fərdin) razılığı ilə dəyişdirilə bilər.

 

Bildiyimiz kimi, sözügedən konsepsiyaya görə, cəmiyyətin bütün yaşam tərzi məhz bu müddəalar əsas götürülməlkə formalaşdırılır.  Bununla bağlı bütün yazılarda BİRGƏ RAZILAŞMA modelləri ilə toplumun yaşam tərzinin mənzərəsini canlandırmağa çalışmışıq. Qeyd edim ki, bu əsas müddəalar istinad mənbəyi hesab olunur. Cəmiyyətdə bütün problemləri, məsələləri, situasiyaları həmin ümumi prinsipləri rəhbər götürməklə ədalətli şəkildə həll etmək mümkündür. 

BİRGƏ RAZILAŞMAnın atributunu (simvolunu) konsepsiyanı qəbul edən hər kəs daşıya bilər.

 

Ramin Allahverdi

 

 

 

 

Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU