Posts

Showing posts from September, 2020

18. BİRGƏ RAZILAŞMA VƏ PLÜRALİZM

  18. BİRGƏ RAZILAŞMA VƏ PLÜRALİZM (FİKİR, İDEYA MÜXTƏLİFLİYİ) BİRGƏ RAZILAŞMA KONSEPSİYASI tərəfdarlarının önəm verdiyi ən ümdə məsələlərdən biri də PLÜRALİZMdir. Onun mahiyyətini izah etməyə çalışaq. PLÜRALİZM dedikdə, bir cəmiyyətdə ideya müxtəlifliyinin, fikir çoxluğunun, fərqli düşüncə tərzinin (hətta bir-birinə zidd olan)   azad şəkildə mövcudluğunu nəzərdə tuturam.   Hər bir cəmiyyəti irəli aparan, onun inkişafını şərtləndirən əsas amillərdən biri heç şübhəsiz AZAD düşüncənin olmasıdır. Azad düşüncənin olmadığı cəmiyyətdə hansısa inkişafdan söhbət gedə bilməz. İnsanın doğal mahiyyəti ilə həmahəng olaraq, istənilən FƏRDin bu və ya digər məsələlər ilə bağlı özünün özgür, fərqli bəzən isə hətta ənənəvi görüşlərlə daban-dabana ziddiyyət təşkil edən fikirləri, ideyaları olur. Sübut olunmuş aksiomadır ki, bir vaxtlar qısqanclıqla, şiddətlə qınanılan fikirlərin, ideyaların sonralar həqiqət olduğu aşkara çıxarılmışdır (Yerini öz oxu ətrafında fırlanması, kürə formasında olması və