Posts

Showing posts from November, 2020

10 NOYABR 2020-Cİ İL BƏYANATINA İCTİMAİ BAXIŞ

  10 NOYABR 2020-Cİ İL BƏYANATINA İCTİMAİ BAXIŞ Azərbaycan-Ermənistan-Rusiya arasında 10 noyabr 2020-ci il tarixli   bəyanatın təhlilinə keçməzdən qabaq bəzi zəncirvari hadisələrə ötəri nəzər salmağımız atəşkəs sənədinin mahiyyətini daha aydın anlamağımıza köməklik edər.   Necə oldu ki, 30 ilə yaxın bir müddətə qədər dondurulmuş olan Qarabağ münaqişəsi müharibəyə çevrildi?!   Məlum olduğu kimi, Ermənistanda qərbyönümlü N.Paşinyan hakimiyyətə gəldikdən sonra əvvəlki ənənədən kənar siyasi gedişlər etməyə başladı. Qərbə meyllənən N.Paşinyan çəkinmədən açıq-aşkar ənənəvi ağaları Rusiyanın üzünə ağ olmağa başladı (hətta rus qoşunlarını ölkə ərazisindən çıxarmaq kimi Qərb qarşısındakı öhdəliyini də yerinə yetirməyə cəhd göstərdi, buna nail olmasa da). Bu zaman Rusiya artıq anlamağa başladı ki, it qudurub yiyəsinə cumur. Belə olan halda, təsirini itirməyə başlayan Rusiya Ermənistanı özünə qaytarmaq üçün ona aşkar şəkildə təzyiq göstərə bilmirdi, daxildən də artıq rusiyameylli qüvvələr t