Posts

Showing posts from December, 2020

20. BİRGƏ RAZILAŞMA VƏ ORDU

20. BİRGƏ RAZILAŞMA VƏ ORDU   BİRGƏ RAZILAŞMA  ideyasından bəhs edərkən qeyd etmişdik ki, bu konsepsiyaya görə  İNSANın, FƏRDin xoşbəxt olması ən əsas tezislərdəndir (bax: https://birgeraz.blogspot.com/2020/06/1-birg-razilasma-konsepsiyasi.html ). Məhz FƏRDin – Mən, Sən və Onun, yəni hər bir cəmiyyət üzvünün BİRGƏ RAZILAŞMAnın müddəaları ilə müəyyən etdiyimiz  əsas AZADLIQlarının, hüquqlarının tam şəkildə təmin olunması bu XOŞBƏXTLİyi şərtləndirir. Təbii ki, formalaşdıracağımız belə bir ideoloji konsepsiyaya əsaslanan cəmiyyəti həm daxili, həm də xarici təhdidlərdən qorumaq üçün mövcudluğuna ehtiyac yaranan ümdə məsələlərdən biri  hamılıqla qəbul edib legitimlik verdiyimiz GÜC mərkəzinin yaradılmasıdır. Həmin GÜC mərkəzi qismində biz BİRGƏ RAZILAŞMA əsasında  DÖVLƏT adında bir mexanizm, aparat yaratmış oluruq (bax: https://birgeraz.blogspot.com/2020/06/5-birg-razilasma-v-dovlt.html ) və ona razılaşma çərçivəsində müstəsna səlahiyyətlər veririrk (mühakimə etmək, həbs etmək, azadlıqd