Posts

Showing posts from January, 2021

21. BİRGƏ RAZILAŞMA VƏ DİKTATURA (DİKTATOR)

  21. BİRG Ə RAZILAŞMA VƏ DİKTATURA (DİKTATOR)   Əvvəlcə DİKTATURAnın mahiyyəti haqqında bəzi məqamları izah edək. DİKTATURA nədir və kimə DİKTATOR deyirik? DİKTATURA anlayışını şərh etməzdən öncə bir sıra digər əlaqəli məfhumların mahiyyətini qısaca xatırlayaq. Artıq bilirik ki, BİRGƏ RAZILAŞMA KONSEPSİYASI (bax: https://birgeraz.blogspot.com/2020/06/1-birg-razilasma-konsepsiyasi.html ) nə üçün bizə lazımdır və sözügedən ideoloji konsept hər birimizin XOŞBƏXT cəmiyyətdə yaşamasının təmin edilməsi zərurətindən yaranıb. Təbii ki, özünüdərk edən FƏRDin XOŞBƏXTLİYinin təməlində birinci növbədə birmənalı şəkildə AZAD olması dayanır (AZADLIQ nədir? Bax: https://birgeraz.blogspot.com/2020/06/15-birg-razilsama-v-azadliq.html ). Bununla belə, biz öz azadlığımızın müəyyən bir hissəsinin məhdudlaşdırılmasına könüllü olaraq hamılıqla razılaşaraq BİRGƏ RAZILAŞMAnı (Ən Ali QANUN) ona görə qəbul edirik ki, bir-birimizin hüquq və azadlıqları toxunulmaz olsun, onu daimi qoruyaq və dinc şəraitdə