21. BİRGƏ RAZILAŞMA VƏ DİKTATURA (DİKTATOR)

 

21. BİRGƏ RAZILAŞMA VƏ DİKTATURA (DİKTATOR)

 

Əvvəlcə DİKTATURAnın mahiyyəti haqqında bəzi məqamları izah edək. DİKTATURA nədir və kimə DİKTATOR deyirik?

DİKTATURA anlayışını şərh etməzdən öncə bir sıra digər əlaqəli məfhumların mahiyyətini qısaca xatırlayaq. Artıq bilirik ki, BİRGƏ RAZILAŞMA KONSEPSİYASI (bax: https://birgeraz.blogspot.com/2020/06/1-birg-razilasma-konsepsiyasi.html) nə üçün bizə lazımdır və sözügedən ideoloji konsept hər birimizin XOŞBƏXT cəmiyyətdə yaşamasının təmin edilməsi zərurətindən yaranıb. Təbii ki, özünüdərk edən FƏRDin XOŞBƏXTLİYinin təməlində birinci növbədə birmənalı şəkildə AZAD olması dayanır (AZADLIQ nədir? Bax: https://birgeraz.blogspot.com/2020/06/15-birg-razilsama-v-azadliq.html). Bununla belə, biz öz azadlığımızın müəyyən bir hissəsinin məhdudlaşdırılmasına könüllü olaraq hamılıqla razılaşaraq BİRGƏ RAZILAŞMAnı (Ən Ali QANUN) ona görə qəbul edirik ki, bir-birimizin hüquq və azadlıqları toxunulmaz olsun, onu daimi qoruyaq və dinc şəraitdə XOŞBƏXT yaşayaq (bax: https://birgeraz.blogspot.com/2020/06/birg-razilasma-mn-sn-v-o.html). Bunu təmin etməkdən ötrü də BİRGƏ RAZILAŞMA əsasında biz bir mexanizm yaradıb ona müstəsna səlahiyyətlər (GÜC) verməklə bütün bu cür məsələləri tənzimləməyi ona etibar edib həvalə edirik. Yaratdığımız DÖVLƏT adlandırdığımız həmin GÜC aparatının ən ali vəzifəsi, öhdəliyi isə BİRGƏ RAZILAŞMA, eləcə də onun müddəalarına uyğun (zidd olmayan) tərtib olunan QANUNLARI (QANUN nədir? Bax: https://birgeraz.blogspot.com/2020/06/4-birg-razilasma-v-qanunlar.html) əsas tutmaqla (həm də hifz etməklə) Mən, Sən və Onun, yəni bizim hər birimizn XOŞBƏXT həyat sürməsinə şərait yaratmaqdan ibarətdir.

 Əgər kimsə DÖVLƏTİN GÜCünü qeyri-leqal olaraq məminməsiyibsə, bu artıq Mən, Sən və Ona, hər bir cəmiyyət üzvünə qarşı edilmiş bağışlanmaz cinayətdir. Çünki bu, bizim BİRGƏ RAZILAŞMAnı məhv etməklə, AZADLIĞımızı əlimizdən alaraq, bizi XOŞBƏXT olmaq imkanından məhrum edir. Beləliklə də, Mən, Sən və Onun - hər bir cəmiyyət üzvünün iradəsinin ziddinə olaraq BİRGƏ RAZILAŞMAnı  məhv etməyə yönəlmiş və AZADLIĞIMIZI əldən almaqla bizi XOŞBƏXT olmaqdan məhrum edən qrup, şəxs - DİKTATURA rejimi, yaxud DİKTATOR adlanır. Bütün cəmiyyətlərdə belə insanlar potensial olaraq var və kamilləşməyənə qədər yəqin ki, həmişə olacaq. Ona görə də BİRGƏ RAZILAŞMA tərəfdarları daima tətikdə olmalı, VƏTƏNDAŞ KİMLİYİni (bax: https://birgeraz.blogspot.com/2020/06/7-birg-razilasma-v-vtndasliq-institutu.html) və CƏMİYYƏTİni ən yüksək səviyyədə gücləndirməlidirlər.

Deməli, DİKTATOR (DİKTATURA) ilk növbədə bir şəxsin və ya bir hər birimiz tərəfindən BİRGƏ RAZILAŞMA ilə müstəsna səlahiyyətlər verdiyimiz və yeganə GÜC mənbəyi olaraq tanıdığımız DÖVLƏT adlı mexanizmin GÜCü üzərindəki HAKİMİYYƏTə (HAKİMİYYƏT nədir? Bax: https://birgeraz.blogspot.com/2020/06/6-birg-razilasma-v-hakimiyyt.html) özbaşına sahiblənərək ondan Mən, Sən və Onun, yəni bizim hamımızın  mənafeyi üçün deyil, özünün, ailəsinin, tayfasının və s. arzu və istəklərinə, maraqlarına, şıltaqlıqlarına uyğun olara istifadə etməsidir.  Halbuki, biz DÖVLƏTİ heç də buna görə yaratmamışıq (DÖVLƏT niyə lazımdır? Bax: https://birgeraz.blogspot.com/2020/06/5-birg-razilasma-v-dovlt.html).

Ümumiyyətlə, DİKTARURAnın mahiyyətini aydınlaşdırmaq üçün onun bir sıra özəl xüsusiyyətlərini müəyyən edə bilərik.

 1. DİKTATURA üçün BİRGƏ RAZILAŞMA (QANUN) ən böyük düşməndir. DİKTATORun yanaşmasına görə, QANUN onun özüdür, yəni “şah qanundur, qanun şah deyil” prinsipi ilə yaşayır. Kağız üzərində hər şey normal görünə bilər lakin onu işlədən bütün institutlar düşünülmüş şəkildə sıradan çıxarıldığından QANUN faktiki olaraq işləməyir. Yalnız DİKTATURA üçün təhlükə yaratmayan səviyyələrdə imitasiya, görüntü yaranması məqsədi ilə ictimaiyyətə “tamaşalar” göstərilir (hansısa məmuru rüşvətə görə həbs etmək və s.).

QANUNun iflic vəziyyətə salınması DİKTATORdan (eləcə də, ailə üzvləri, tayfası, yaxın çevrəsindən) savayı bütün cəmiyyət üçün birmənalı olaraq ən böyük təhlükədir. Ona görə də hətta ən yüksək vəzifələrdə olan yaltaq, müti məmurlar belə daim qorxu içərisində yaşayırlar. Çünki nəyi və necə etmək lazım olduğunu göstərən QANUN işləmədiyinə görə DİKTATORun şıltaqlıqlarının asanlıqla qurbanına çevrilə bilirlər.

 2. DİKTATURA mükəmməl təhsili, cəmiyyətin maariflənməsini özünə ən böyük təhlükə görür. Əlbəttə, haqlıdır, çünki normal, yüksək təhsili olan şəxslərin hüquqlarını pozmağı bacarmaz, onları manupulyasiya edərək asanlıqla idarə edib öz hegemonluğunu qura bilməz.

3.   DİKTATURA özünün guya ki, legitim olduğunu gözə soxmaq üçün ancaq və ancaq  yan-yörəsinə onu mədh edənləri, yaltaqları toplayar və onlardan təbliğat maşını kimi istifadə edər. Xalq şairi, xalq artisti, xalq yazıçısı, əməkdar mədəniyyət xadimi, əməkdar incəsənət xadimi və s. çeşidli adllarla cəmiyyətə ziyalı kimi sırınan mütilərin timsalında mədhçilik ən yüksək səviyəyə qalxır. Əslində isə onlar ZİYALI deyillər (ZİYALI kimdir, necə olmalıdır? Bax: https://birgeraz.blogspot.com/2020/06/11-birg-razilasma-v-ziyali-institutu.html). DİKTATOR sözügedən yaltaqları müxtəlif üsullarla şirnikləndir və məddaha çevirir (ev vermək, xüsusi  təqaüdlər təyin etmək, medal-ordenlər vermək və s.).

4. DİKTATURAda müxtəlif cinayət əməlləri törətmiş, ləkəli adamlar samballı vəzifələrə təyinatlar alırlar. Burada iki başlıca məqsəd var. Birincisi odur ki, belə adamların təyinatını görən cəmiyyət mənəvi deqradasiyaya məruz qalsın, düşkünlük yaransın, insanların ədalətə, qanuna və ən əsası özlərinə olan inamları itsin.  Yəni cəmiyyətə bir mesaj verməkdir ki, yalnız yaltaq, rüşvətxor, korrupsioner olanlar dəbdəbəli, lüks həyat yaşaya bilərlər. İkincisi isə onunla bağlıdır ki, əli cinayətə batmış adamları istənilən vaxt törətmiş olduqları cinayətlərini  qabardaraq asanlıqla həbs etmək və əllərində olan hər şeyi ala bilirlər. Ona görə də bu tip adamlar DİKTATORA qarşı xüsusi sədaqət göstərməyə meyilli olurlar. Çünki qanunun aliliyi təmin olunan cəmiyyətdə onların yeri həbsxanadır.

 5. DİKTATURA Ədalətli məhkəmə sistemi institutunu məhv edir, yalnız quruca adını (görüntü üçün) saxlayır. Çünki ədalətli məhkəmə fəaliyyət göstərsə, ilk növbədə QANUNların aliliyini təmin etməlidir. Belə olan halda isə birinci olaraq DİKTATOR özü mühakimə edilməlidir (ƏDALƏT MƏHKƏMƏSİ nədir, necə olmalıdır? Bax: https://birgeraz.blogspot.com/2020/06/10-birg-razilasma-v-dalt-mhkm-hakimiyyti.html)

6. AZAD MƏTBUATın olmaması. DİKTATORA 24 saat ərzində təbliğatı ilə məşğul olan, şoularını göstərən TV-lər lazımdır, xalqın, cəmiyyətin problemlərini qabardan, həll yollarını araşdıran kanallar, KİV-lər onun düşmənidir. Bunun üçün də jurnalistlər, qələm əhli ya müxtəlif şirnikləndirici vasitələrlə ələ alınır (ev verilir, təqaüd verilir, vəzifə, orden verilir və s.),  vicdanlı jurnalistlər isə təqib edilir, şərlənərək həbs edilir və s. Ona görə də DİKTATOR AZAD MƏTBUATa da qənim kəsilir, onu sıradan çıxarır (AZAD MƏTBUAT necə olur? Bax: https://birgeraz.blogspot.com/2020/06/9-birg-razilasma-v-azad-mtbuat.html ) 

7. Fikir (düşüncə) azadlığının, PLÜRALİZMin olmaması. Məlumdur ki, alternativ düşüncə olmayan bir cəmiyyət faktiki ölümə məhkumdur. Əgər bir cəmiyyətdə alternativ fikirlər qəbul edilmirsə, o cəmiyyətin inkişafından söhbət gedə bilməz (PLÜRALİZM nədir? Bax: https://birgeraz.blogspot.com/2020/09/18-birg-razilasma-v-pluralizm-fikir.html). PLÜRALİZM DİKTATOR üçün başağrısıdır.

DİKTAORLARIN iki başlıca zəif cəhəti var:

1. Cəmiyyətin olduqca az bir hissəsini təşkil edirlər.

2. Güclü bir ideolgiyası olmayır. Burada yalnız hansısa şəxsə (əsasən özünə) pərəstişlik formalaşdırılır və həmin şəxsin (eləcə də ailə üzvlərinini)  az qala məcazi desək, Allahın bacısı oğlu olması cəmiyyətə təlqin edilir. Bütün yaxşı işlər (inkişaf və s.) onun adıyla bağlanır, səhərdən-axşama kimi müti KİV-lər ancaq təbliğat maşını rolunda çıxış edir. DİKTATORun leksikonunu, nitqini mənəmliklə (əslində komklekslilik sindiromudur) bağlı kəlmələr bəzəyir (“mən hər şeyi bilirəm”, “mən deyəndir”  “mən, məm, mən...” və s.).

3. Ədalətsiz, qanunları, hüquq və azadlıqları tapdalayan olur. Buna görə də cəmiyyətin mütləq əksəriyyəti tərəfindən tədricən nifrətə, kinə, qəzəbə düçar olur.

DİKTATORların hökm sürdüyü cəmiyyətlərin zəif və güclü tərəflərini isə belə müəyyənləşdirə bilərik.

Zəif tərəfləri:

1. İlk növbədə cəmiyyəti irəli apara bilcək inandırıcı, sağlam ideologiyanın olmaması.

2. Belə bir ideologiya ətrafında insanları cəmləşdirən qüvvənin - müxalifətin olmaması (MÜXALİFƏT nədir? Bax: https://birgeraz.blogspot.com/2020/06/16-birg-razilasma-v-muxalift.html ).

3. ZİYALI İNSTİTUTUnun yoxluğu və s.

Cəmiyyətin güclü tərəfləri:

1. Mütləq əksəriyyətdir, çoxluqdur.

2. Ədalət axtarışında olur (ədalətsizliyə, özbaşınalığıa, qanunsuzluqlara düçar olduqlarına görə) və s.

Deməli, DİKTATORdan yaxa qurtarmaq üçün lazımdır:

1. Cəmiyyətə güclü, sağlam ideologiya təqdim etmək

2. Bu ideolgiya ətrafında maarifləndirməni təşkil etmək və sadə bir dillə cəmiyyətə anlatmaq.

3. İnsanları məhz həmin ideolgiya ətrafında birləşdirmək.

BİRGƏ RAZILAŞMA KONSEPSİYASIna görə cəmiyyətdə (məmləkətdə) yeganə bir diktator var – hamılıqla qəbul etdiyimiz  BİRGƏ RAZILAŞMA (QANUNLAR)! Hər kəs isə birmənalı olaraq bu BİRGƏ RAZILAŞMA (QANUNLAR) qarşısında bərabərdir.  BİRGƏ RAZILAŞMA KONSEPSİYASI (onun fəlsəfəsi) tək şəxsin (yaxud bir ovuc şəxsin)  DÖVLƏT idarəçiliyini qətiyyətlə rədd edir, bunun əvəzinə idarəçilikdə institutisional idarəetməni qəbul edir.  Təbii ki, belə idarəetmənin effektliliyi sırf elmi əsalandırılmalara söykənir (bax: https://birgeraz.blogspot.com/2020/08/17.html).

Beləliklə, BİRGƏ RAZILAŞMA KONSEPSİYASI hakim olan cəmiyyətdə yeganə DİKTATOR BİRGƏ RAZILAŞMA VƏ QANUNLARDIR.  

 

Ramin Allahverdi

 

 

 

 

 

Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU