6. BİRGƏ RAZILAŞMA və HAKİMİYYƏT

6. BİRGƏ RAZILAŞMA və HAKİMİYYƏT

 

Biz BİRGƏ RAZILAŞMA əsasında, həmin razılaşmanın tələblərini qorumaq məqsədilə, bizə xidmət edən bir mexanizm yaratdıq və ona DÖVLƏT dedik. Təbii ki, DÖVLƏTlə onu yaradan Mən, Sən və Onun arasında münasibətləri tənzimləmək üçün Ana Qanunu (Konstitusiya) qəbul etdik və bu çoxşaxəli münasibətlər kontekstində də özümüzü hüquqi biçim qazandıraraq VƏTƏNDAŞ adlandırdıq. VƏTƏNDAŞ olmaq yaratdığımız DÖVLƏTin idarəçiliyində bu və ya digər formada iştirak etmək deməkdir (ümumiyyətlə, bu idarəçilik aktiv və passiv olur. Yəni birbaşa (aktiv) hakimiyyətdə və ya dolayısıyla (passiv) təmsil olunma).

Faktiki olaraq, yaratdığmız DÖVLƏTin fəaliyyət göstərməsi üçün onun malik olduğu sələhiyyətlərin realizə olunması, həyata keçirilməsi labüddür. Dövlətə verdiyimiz nəhəng müstəsna səlahiyyətlərin məcmusunu DÖVLƏT HAKİMİYYƏTi adlandırırıq. Beləliklə, DÖVLƏTə verdiyimiz nəhəng səlahiyyətlərin həvaləsini yəni DÖVLƏT HAKİMİYYƏTini öz sıralarımızdan seçdiyimiz ayrı-ayrı VƏTƏNDAŞlara müəyyən bir müddətə həvalə edirik. DÖVLƏT HAKİMİYYƏTi həvalə etdiyimiz şəxs DÖVLƏTin bu və ya digər səlahiyyətlərinə sahiblənərək yeni bir DÖVLƏT XİDMƏTÇİsi (DÖVLƏTin işlərini görən, onun adından danışan, onu təmsil edən və ya (MƏMUR) deyirik) statusu qazanır. Qeyd edim ki, DÖVLƏT XİDMƏTÇİSİ işini BİRGƏ RAZILAŞMA və Ana Qanun (Konstitusiya) əsasında fəaliyyətini qurur və bu göstərilən çərçivədən kənara çıxması qadağandır.

HAKİMİYYƏTin mahiyyəti və xüsusiyyətləri. Biz HAKİMİYYƏTi müstəsna səlahiyyətlərin kimlərəsə həvalə edilməsi kimi nəzərdə tuturuq. Bu müstəsna səlahiyyətləri iki cür quruplaşdırdığımızdan, yəni Mən, Sən, Ona - bütün cəmiyyət üzvlərinə məxsus olan TAM müstəsna səlahiyyət (SUVERENLİK) və BİRGƏ RAZILAŞMA (QANUNLAR) çərçivəsində fəaliyyət göstərməsi üçün qurduğumuz DÖVLƏTə verdiyimiz MƏHDUD müstəsna sələhiyyətə görə HAKİMİYYƏTİ aşağıdakı kimi təsnif edirik:

1. Mən, Sən, Onun (cəmiyyət üzvlərinin) TAM suverenliyə əsaslanan BİRGƏ RAZILAŞMA HAKİMİYYƏTİ;

2. BİRGƏ RAZILAŞMA (QANUNLAR) çərçivəsində qurduğumuz DÖVLƏTə verdiyimiz MƏHDUD müstəsna sələhiyyətlərə əsaslanan DÖVLƏT HAKİMİYYƏTİ.

DÖVLƏTdən asılı olmayan BİRGƏ RAZILAŞMA HAKİMİYYƏTİnə də  BİRGƏ RAZILAŞMAnın müddəalarına zidd fəaliyyət göstərmək qadağandır. Bu hakimiyyət qüvvələrini aşağıdakılar təşkil edir:

1.1. VƏTƏNDAŞ BİRLİKLƏRİ. Bu birliklər VƏTƏNDAŞLAR tərəfindən BİRGƏ RAZILAŞMA (QANUNLAR) əsasında yaradılır və fəaliyyətni qurur. Hökumətdə təmsil olunan bütün DÖVLƏT XİDMƏTÇİlərinin (vəzifəli şəxslərin) fəaliyyətinə müvafiq qaydalar çərçivəsində nəzarət edir. Bu birliklərin əsas işi həm də ondan ibarətdir ki, insanların (fərdlərin), vətəndaşların BİRGƏ RAZILAŞMA (QANUNLAR) ilə qorunan təməl hüquq və azadlıqları, haqları pozularsa, dərhal məsələni gündəmə gətirib ƏDALƏT HAKİMİYYƏTİ qarşısına çıxarsın və pozuntuya yol vermiş DÖVLƏT XİDMƏTÇİSİnin cəzalandırlmasını təmin etsin. VƏTƏNDAŞ BİRLİKLƏRİnin qanuni fəaliyyətinə DÖVLƏT HAKİMİYYƏTİnin müdaxiləsi qadağandır və məsuliyyətə səbəb olur.

Hər bir vətəndaş digər vətəndaşlarla azad və müstəqil şəkildə birləşib VƏTƏNDAŞ BİRLİKLƏRİ yarada bilər. İstənilən birliyə BİRGƏ RAZILAŞMAnın müddəalarına zidd fəaliyyət göstərmək qadağandır və cəzası qaçılmazdır.

1.2. AZAD MƏTBUAT. DÖVLƏT HAKİMİYYƏTİnin istənilən qolunun AZAD MƏTBUATa müdaxiləsi qadağandır. AZAD MƏTBUAT o deməkdir ki, istənilən bir cəmiyyət üzvünün (Mən, Sən və Onun) BİRGƏ RAZILAŞMA (QANUNLAR) ilə təsbitlənmiş hüquq və azadlıqları tapdalanarsa, mütləq mətbuat tərəfindən işıqlandırılmalıdır. Mətubat əlçatan olmalı, hər kəsin müraciəti üçün açıq olmalıdır. Yəni biz bir-birimizin təməl haqları pozulduğu zaman dərhal xəbər tutmaq imkanına malik olmalı və bunu yerindəcə aradan qaldırmaq üçün tədbir görməliyik (AZAD MƏTBUATın fəlaiyyəti barədə sonrakı yazılarda bəhs ediləcək).

 2. DÖVLƏT HAKİMİYYƏTİ. Məhşur bir deyim var ki, “hakimiyyət insanı dəyişir, mütləq hakimiyyət isə mütləq dəyişir”. Buna görə, Mənə, Sənə, Ona, yəni cəmiyyətə qarşı yönəlməsin deyə DÖVLƏT HAKİMİYYƏTini DÖVLƏTə məxsus nəhəng səlahiyyətlərin bir əldə cəmləşməməsi (əks halda sui-istifadə qaçılmazdır) üçün bir-birindən asılı olmayan və bir-birinin fəaliyyətinə ciddi nəzarət edə bilən qollara ayırmaq zəruridir. Beləliklə, DÖVLƏT HAKİMİYYƏTİnin aşağıdakı qollara ayrılmasının vacib olduğunu müəyyən edirik.

2.1. QANUNVERİCİ HAKİMİYYYƏT. Bu hakimiyyətin başlıca funksiyası BİRGƏ RAZILAŞMAnın müddəaları əsasında Mən, Sən və Onun, yəni cəmiyyət üzvlərinin daha da xoşbəxt, rahat yaşamalarını təmin etmək məqsədilə qanunvericilik bazası yaratmaq, normativ hüquqi aktlar qəbul etməkdən ibarətdir. QANUNVERİCİ Hakimiyyətə BİRGƏ RAZILAŞMAnın müddəaları (onun tələbləri ilə) ilə zidd olan qanunlar (normativ hüquqi aktlar və s.) qəbul etmək qadağandır.

Bu hakimiyyətin (nümayəndələrinin) digər hakimiyyət qollarının işinə müdaxilə etməsi yolverilməzdir.

DÖVLƏT HAKİMİYYƏTinin bu növünün tərkibi VƏTƏNDAŞlar arasından sərbəst, azad və gizli seçki yolu ilə seçilmiş nümayəndələrdən – VƏTƏNDAŞ TƏMSİLÇİLƏRindən ibarət olur.

2. İCRAEDİCİ HAKİMİYYƏT. DÖVLƏT Hakimiyyətinin bu qolu qəbul edilmiş qanunlar əsasında öz fəaliyyətini qurur. Yəni BİRGƏ RAZILAŞMAnın müddəaları ilə zidd olmayan qanunlar üzrə fəaliyyətini qurur və digər hakimiyyət qollarının işinə qarışmır. Bu hakimiyyətin rəhbərliyinə VƏTƏNDAŞLAR arasından namizədlər gizli, sərbəst və azad seçki yolu ilə müəyyən limitli müddətə (məs; 5 il) seçilir və 2 dəfədən artıq seçilməsi qadağandır.

3. ƏDALƏT HAKİMİYYƏTİ son dərəcə həssas DÖVLƏT hakimiyyəti qoludur. Bu hakimiyyət növünə BİRGƏ RAZILAŞMA, QANUNLARIın fəlsəfəsini dərindən anlayan təcrübəli Vətəndaşlar arasından namizədlər gizli, sərbəst və azad seçki yolu ilə seçilirlər. ƏDALƏT HAKİMİYYƏTİ cəmiyyətdə BİRGƏ RAZILAŞMAnın (QANUNLAR) müddəalarının doğru-düzgün həyata keçirilməsini təmin etməyə borcludur.

 DÖVLƏT HAKİMİYYƏTİnin istənilən qolunun nümayəndəsi BİRGƏ RAZILAŞMAnın (QANUNLARı) pozarsa, bu barədə AZAD MƏTBUATda məlumat yayılarsa, yaxud VƏTƏNDAŞ BİRLİKLƏRİ, eləcə də MÜXALİFƏT tərəfindən məsələ gündəmə gətirilərsə, dərhal həmin DÖVLƏT XİDMƏTÇİSİ işdən kənarlaşdırılmaqla barəsində xidməti araşdırmaya başlanılır. Yalnız xidməti araşdırmanın nəticəsinə uyğun olaraq vəzifəsində qalıb qalmaması məsələsi həll olunur. Əgər cinayəti təsdiqlənərsə, ağır şəkildə cəzalandırlır. Yox ona böhtan atılmışsa, böhtan atan ağır formada cəzalandırılır.

 

 

 

 


Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU