11. BİRGƏ RAZILAŞMA və ZİYALI İNSTİTUTU


11. BİRGƏ RAZILAŞMA və ZİYALI İNSTİTUTU

  Cəmiyyətdə insanlarımız arasında təxminən belə bir fikir hökm sürməkdədir ki,  hər hansı bir ali təhsil müəssisəsini qurtaran  şəxs sanki avtomatik olaraq ZİYALI statusu qazanmış olur. Əlbəttə, bu yanaşma kökündən yanlışdır. ZİYALI heç də hər hansısa bir universiteti bitirmiş olan, yəni diplomlu şəxs sayılmayır.
Bizim BİRGƏ RAZILAŞMA (Birgə Razılaşma haqqında bax:  https://birgeraz.blogspot.com/2020/06/birg-razilasma-mn-sn-v-o.html) ideoloji konsepsiya prizmasından yanaşmaya görə  əslində ZİYALI ilk növbədə Mən, Sən və Onun (bizim, yəni cəmiyyət üzvlərinin) XOŞBƏXT olmağı üçün əlindən gələni həm sözdə, həm də əməldə edən fərddir, insandır. Bilməliyik ki, Mən, Sən və Onun XOŞBƏXT olması üçün öncə AZADLIĞIMIZ olmalıdır. AZADLIQ nə deməkdir? Bir kəlmə ilə ifadə etsək, AZADLIQ  SEÇİM deməkdir. Heç bir təsirə, təzyiqə məruz qalmadan və təbii ki, başqalarının hüquq və azadlıqlarını pozmadan Sərbəst şəkildə seçim edə bilməkdir AZADLIQ (növbəti yazılardan birində AZADLIQ barədə ətraflı yazacağıq). Yəni SEÇİM edə bilmək imkanlarımız nə qədər çox olarsa, AZADLIĞIMIZ da bir o qədər olar.
Deməli, ZİYALI məhz Mənim, Sənin və Onun (yəni cəmiyyət üzvlərinin) daima XOŞBƏXTliyi üçün öz bilik və bacarıqlarını səfərbər edərək çıxış yolu axtarıb tapan, istiqaməti göstərən və belə bir müqəddəs amala xidmət edən kəsdir. Öz qarnını (balalarını və s.) düşünən, yaltaqlanan, hansısa bir şəxsi müqəddəslədirməyə çalışan məxluqlar ZİYALI yox, ZİYANLIdır.
Beləliklə;
1. Xalqın nümayəndəsi olan MƏN, dosent, professor, akademik titullu ancaq öz qarnını (mənafeyini) düşünən ZİYANLIları tanımıram və RƏDD EDİRƏM!!!
Bəs, xalqın nümayəndəsi olan SƏN (və O)?
2. Xalqın nümayəndəsi olan MƏN, xalq artisti fəxri adını tanımıram və RƏDD EDİRƏM!!!
Bəs, xalqın nümayəndəsi olan SƏN (və O)?
3. Xalqın nümayəndəsi olan MƏN, xalq yazıçısı adını tanımıram və RƏDD EDİRƏM!!!
Bəs, xalqın nümayəndəsi olan SƏN (və O)?
4. Xalqın nümayəndəsi olan MƏN, xalq şairi adını tanımıram və RƏDD EDİRƏM!!!
Bəs, xalqın nümayəndəsi olan SƏN (və O)?
5. Xalqın nümayəndəsi olan MƏN, Əməkdar incəsənət xadimi (əslində xədimi) adını tanımıram və RƏDD EDİRƏM!!!
Bəs, xalqın nümayəndəsi olan SƏN (və O)?
6. Xalqın nümayəndəsi olan MƏN, Əməkdar elm xadimi (xədimi) adını tanımıram və RƏDD EDİRƏM!!!
Bəs, xalqın nümayəndəsi olan SƏN (və O)?
7. Xalqın nümayəndəsi olan MƏN, əməkdar müəllim adını tanımıram və RƏDD EDİRƏM!!!
Bəs, xalqın nümayəndəsi olan SƏN (və O)?
8. Xalqın nümayəndəsi olan MƏN, əməkdar rəssam adını tanımıram və RƏDD EDİRƏM!!!
Bəs, xalqın nümayəndəsi olan SƏN (və O)? Və s. (siyahını uzada bilərsiz).
Bir sözlə, xalqın nümayəndəsi olan MƏN, bu tipli verilən fəxri adları qəbul etmirəm və hamısını RƏDD EDİRƏM!!!
Bəs, xalqın nümayəndəsi olan SƏN (və O)?
Mənim üçün ZİYALI yalnız  bu titullardan hansısa birinə sahib olan deyildir. Onlar ZİYALI deyil, ZİYANLIDIR, heç bir hörmətə layiq deyillər.
MƏNİM üçün ZİYALI ilk növbədə MƏN, SƏN və Onun (yəni cəmiyyət üzvlərinin) tərəfindən qəbul edilmiş BİRGƏ RAZILAŞMA və Onun tələblərinə uyğun hazırlanmış Qanunları rəhbər tutaraq Mən, Sən və Onun mənafeyini hər zaman və hər yerdə  müdafiə edib qoruyan, beləliklə də  bizim XOŞBƏXT yaşamağımız üçün əlindən gələnin ən yaxşısını edən dəyərli fərddir, insandır, şəxsiyyətdir. BİRGƏ RAZILAŞMA dəyərlərinin daşıyıcıları ZİYALIdır.
Bəs, SƏNİN (və ONUN) üçün necə?

Ramin Allahverdi



Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU