9. BİRGƏ RAZILAŞMA və AZAD MƏTBUAT


9. BİRGƏ RAZILAŞMA və AZAD MƏTBUAT

BİRGƏ RAZILAŞMA və AZAD MƏTBUAT məsələsindən əvvəl bəhs etmişdik (bax: BİRGƏ RAZILAŞMA VƏ DÖVLƏT (https://birgeraz.blogspot.com/2020/06/5-birg-razilasma-v-dovlt.html) AZAD MƏTBUATın müstəqil fəaliyyətinin əsas prinsipi tamamilə sərbəst ifadə, söz azadlığının təmin olunmasıdır.
 DÖVLƏTin AZAD MƏTBUATa müdaxiləsi qadağandır. Çünki, istənilən Hakimiyyət mətbuatdan öz lehinə, dolayısı və ya birbaşa yolla öz xeyri üçün, hətta Dövlətin resurslarından yararlanaraq sui-istifadə edir. Buna görə də AZAD MƏTBUAT DÖVLƏTin deyil, cəmiyyətin olmaldır.
 AZAD MƏTBUATın vahid qaynar xətti yaradılmalı və istənilən şəxs üçün əlyetən olmalıdır. AZAD MƏTBUATa daxildir. Azad televiziya, Azad internet kanalları, Azad qəzet, jurnal, saytlar və s.
Məsələn, AZAD Televiziyanın əsas işi cəmiyyəti, yəni Məni, Səni, Onu (hər birimizi) narahat edən bütün məsələləri gündəmə gətirmək olmalıdır. AZAD MƏTBUAT BİRGƏ RAZILAŞMA əsasında qurulan cəmiyyətin məcazi desək, eşidən qulağı, görən gözü olmalıdır. Hansı məsələləri gündəmə gətirməlidir, bəzilərini sadalayaq:
1. Sən niyə işsizsən?
2. Adi bir arayışı alanda niyə rüşvət verməlisən?
3. Sənin övladının təhslili niyə bərbaddır?
4. Sənin və övladlarının tibbi xidməti niyə pis olmalıdır?
5. Sənin hüquqlarını məmurlar niyə pozurlar?
6. Niyə sənin hüquqlarını qoruyan QANUN işləmir?
7. Niyə sən öz ölkəndə, elində-obanda, qohum-əqrabanın yanında yaşaya-yaşaya iş tapıb, iş qurub işləyə bilmirsən?
8.  Əksinə hanısa xarici ölkədə min bir əziyyətə qatlanıb elindən-obandan didərgin düşüb bir tikə çörək pulu qazanmağa gedirsən?
8. Niyə sənin hüquqlarını qorumalı olan dövlət orqanları əksinə sənin hüquq və azadlıqlarını pozur?
9. Niyə sənin uşaqların bir tikə çörəyə möhtac qalıb?
10. Niyə zəngin sərvətləri olan bir məmləkətdə sən dilənçi kimi sürünürsən?
11. Niyə sənin bütün bu problemlərindən televiziyalarda danışılıb, müzakirələr aparılıb çıxış yolları tapılmır? və s....
Bütün bunların əvəzində sənə nə göstərilir, bilirsənmi? Birini mən deyirəm: Hansısa əxlaqsız bir müğənninin neçəsinə, keçəl və ya tüklü kişiyə ərə getməsi, yaxud hansısa ərinə xəyanət etməsi sənə göstərilir... Qalanlarını özün də sadalaya bilərsən, məndən yaxşı bilirsən. 
Buna görə də sən və ailə üzvlərin sənin və ailənin problemlərini göstərib, çıxış yolları axtarmayan bir televiziyaya baxmamalısan. Əvəzində sizə çıxış yolunu harda göstərirlərsə, harada yazırlarsa oraya üz tutmalısan. Əgər, yoxdursa, yaratmalısan.
Televiziyaya baxanda özünə sual ver ki, nə üçün baxırsan. Baxdığın verlişin sənə nə adiyyəti var, sənə nə verir? Əgər, şəxsən sənə nəysə faydalı bir şey verirsə, bax. Yox vermirsə, alternativ çıxış yolları axtar. Axtaran tapar, mütləq tapacaqsan!

Ramin Allahverdi


Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU