15. BİRGƏ RAZILAŞMA VƏ AZADLIQ


15. BİRGƏ RAZILAŞMA VƏ AZADLIQ

Yazıda iki vacib sualı cavablandıracağıq:
1. AZADLIQ nə deməkdir?
2. BİRGƏ RAZILAŞMA KONSEPSİYASI AZADLIĞA necə yanaşır? 
1. Cəmiyyətimizdə AZADLIQdan ağız dolusu, yeri gəldi-gəlmədi danışılsa da təhlilər və müşahidələr göstərir ki, əksəriyyət bu məfhumun adekvat, doğru anlamını, fəlsəfəsini heç də dərk edə bilmir. Bunun da şübhəsiz, çoxsaylı səbələri var ki, məqsədimiz burada onları sadalamaq olmadığından birbaşa mətləbə keçirik.
Lokanik desək, AZADLIQ - SEÇİM deməkdir. FƏRDin (İNSANın) sərbəst şəkildə, heç bir təzyiqə məruz qalmadan, könüllü, şüurlu şəkildə SEÇƏ BİLMƏK imkanına malik olmasıdır. Bu SEÇİM  yalnız və yalnız digərlərinin hüquqları başlayan yerdə bitir və bundan savayı SEÇİM imkanını məhdudlaşdırmaq FƏRDin (İNSANın) AZADLIĞının boğulması (əlindən alınması) kimi anlaşılmalıdır.
Beləliklə, AZADLIQ Mən, Sən və Onun (biz cəmiyyət üzvlərinin) çoxsaylı SEÇİM imkanıdır. Bu mənada AZADLIĞın ölçü vahidi SEÇİM (SEÇƏ BİLMƏK) olduğundan, deməli, Mən, Sən və Onun (cəmiyyət üzvlərinin) AZADLIĞı məhz SEÇİM sayının miqdarından (həcmindən) asılıdır. Belə halda, Mən, Sən və Onun – hər bir cəmiyyət üzvünün SEÇİM (etmək imkanının) sayı nə qədər çox olarsa, bir o qədər də geniş (böyük) AZADLIĞı olar.  
Əsas tezis: SEÇİM sayı çox olarsa, FƏRD (İNSAN) daha artıq AZAD olar.
Konkret riyazi modelli nümunələrlə təhlil aparaq:
Ceyranın yaşadığı A ölkəsində 7 ali təhsil ocağı var və cəmi 2 olmaqla müəllimlik, hərbçi peşəsi üzrə kadr hazırlayır. Ofeliyanın  yaşadığı B ölkəsində isə eyni sayda təhsil müəssisələri cəmi 10 olmaqla, müəllimlik, həkimlik, hərbçi, kosmonavt, təyyarəçi, mühəndis, neftçi, proqramist, müstəntiq və jurnalist peşəsi üzrə kadr hazırlayır. Kimin yaşadığı ölkədə peşə SEÇİMİ imkanı daha çoxdur?
Əlbəttə, sadə riyazi hesablamanı bilən adam asanlıqla müəyyən edər ki, Ofeliyanın yaşadığı B ölkəsində olan peşə SEÇİMİ imkanı A ölkəsində yaşayan Ceyranın peşə SEÇİMİ imkanından 8 SEÇİM çox olduğundan bir o qədər də artıq AZADLIĞa malikdir.
AZADLIQ istənilən sahəni əhatə edir. VİCDAN AZADLIĞI, SÖZ (Fikir), DÜŞÜNCƏ AZADLIĞI  və s.
Etiqad AZADLIĞI ilə bağlı bir riyazi nümunəyə də nəzər salaq:
Fatmanisənin yaşadığı  A ölkəsində yalnız tək İslam dinini seçib etiqat göstərmək imkanı var. B ölkəsində yaşayan Tükəzbanın 2 dindən birini - Xristianlıq , yaxud İslamı seçmək imkanı olsa da, Məleykənin yaşadığı C ölkəsində 3 dindən - Xristianlıq, İslam və Buddizmdən birinə etiqat etmək SEÇİMİ var. E ölkəsində yaşayan Cülyettanın isə İslam, Xristianlıq, Buddizm və yaxud da heç bir dini seçməyib ateist olmaq kimi 4 cür SEÇİM etmək imkanı var.
Sual belədir: Kimin etiqad SEÇİMİ  (ümumiyyətlə) yoxdur, Kimin etiqad SEÇİMİ çoxdur və nə qədər çoxdur?
Sadə rəqəmlərlə hesablamanı bilən adam o saat ayırd edəcək ki, Fatmanisənin ümumiyyətlə SEÇİMİ yoxdur. Ən çox SEÇİMİ olan isə Cülyettadır. Onun SEÇİM imkanı Fatmanisədən 3, Tükəzbandan 2, Məleykədən isə 1 SEÇİM qədər çoxdur və deməli, digərlərindən daha AZADdır.
Bu tip misalları kifayət qədər artıra bilərik. Özünüz öz həyatınıza nəzər salıb görün nə qədər SEÇİM imkanınız var. Buna əsasən də nə qədər AZAD olub-olmadığınızı müəyyən etmiş olacaqsız.
 Vacib məqamlardan biri də rasional inkişafın təməli olan SÖZ (Fikir, Düşüncə) AZADLIĞı ilə bağlıdır. AZAD DÜŞÜNCƏ (SÖZ) olmayan bir cəmiyyət əsla inkişaf edə bilməz. Tarixi bir gerçəklikdir ki, istənilən yeni fikir həmişə köhnələri tərəfindən asanlıqla qəbul edilməmişdir, lakin sonradan məhz gözümçıxdıya salınan o ideyaların doğru olduğunu cəmiyyət tədricən anlamağa başlamışdır (Yerin kürə halında olması bəyanına görə tonqalda yandırılan Cordano Buruno və b. xatırlayın).
SÖZ AZADLIĞının əsas fəlsəfəsi qayəsi belədir ki, FƏRD başqalarının hüquq və azadlıqlarını pozmayan istəniliən fikri söyləməkdə tam özgürdür. Yəni DÜŞÜNCƏ (SÖZ) AZADLIĞI yalnız bir halda məhdudlaşdırılır ki, bir FƏRD digər FƏRDin hüquq və azadlıqlarını təhdid edən fikirlər səsləndirsin (hər cür qarşıdurma yaradan, çıxışlar, çağırışlar, təhqirlər, böhtanlar və s.). Bu hal baş verərəsə, cəzası qaçılmazdır.
SÖZ AZADLIĞInın 2 əsas prinsipi var:
1. Mən, Sən və O, yəni hər bir cəmiyyət üzvü istənilən fikri, ideyanı, düşüncə tərzini, səlahiyyətini tandığı istənilən qrum, yaxud vəzifəli şəxsin ictimai-siyasi fəaliyyətini və s. sorğulaya, tənqid edə (satirik, ironik və s.) bilər və bunu etməkdə tam AZADdır.
2. Mən, Sən və O, yəni istənilən bir cəmiyyət üzvü heç bir halda BİRGƏ RAZILAŞMA və onun əsasında qəbul edilmiş QANUNlarla müəyyyən olunan FƏRDin (İNSANın) hüquq və azadlıqlarını aşağılayan fikirlər səsləndirə bilməz.
2. Yazımızın ikinci sualına - BİRGƏ RAZILAŞMA KONSEPSİYASIna görə  AZADLIQ məsələsinə aydınlıq gətirək.
İlk növbədə xüsusi olaraq qeyd etməliyik ki, BİRGƏ RAZILAŞMA KOSEPSİYASInın fəlsəfi əsasını məhz FƏRDİN(İNSANIN) AZADLIĞI prinsipi təşkil edir. Konsepsiyanın 2, 3 və 4-cü müddəası belədir: 
1.     Mənim (hər bir insann, fərdin) AZADLIĞım (müstəqilliyim) ən ali dəyərdir. Mənim AZADLIĞım məni xoşbəxt edə biləcək başlıca alınmaz dəyərimdir.
2.     Mən (hər bir insan, fərd) doğulduğum andan etibarən AZAD yaşamaq, AZAD olmaq, XOŞBƏXT olmağa can atmaq kimi alınmaz ali haqlara malikəm. Mənim (insanın) AZADLIĞımı (haqlarımı) heç kəs və heç nə məhdudlaşdıra bilməz.
3.     Mənim AZADLIĞım yalnız və yalınız Sənin və Onun hüquqları, haqları başlayan yerdə bitir (bax: https://birgeraz.blogspot.com/2020/06/1-birg-razilasma-konsepsiyasi.html).
Göründüyü kimi, bizim BİRGƏ RAZILAŞMAnın əsas məramı məhz FƏRDin (İNSANın) AZADLIĞını təmin edib, qorumaqdır.

  Ramin Allahverdi

Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU