10. BİRGƏ RAZILAŞMA və ƏDALƏT (MƏHKƏMƏ) HAKİMİYYƏTİ


10. BİRGƏ RAZILAŞMA və ƏDALƏT (MƏHKƏMƏ) HAKİMİYYƏTİ

Əvvəlki yazılardan birində DÖVLƏTi idarə edən hakimiyyət növlərindən danışarkən qeyd etmişdik ki, DÖVLƏT hakimiyyətinin bir qolu da ƏDALƏT (MƏHKƏMƏ) HAKİMİYYƏTİDİR (bax: https://birgeraz.blogspot.com/2020/06/6-birg-razilasma-v-hakimiyyt.html).
ƏDALƏT HAKİMİYYƏTİ   BİRGƏ RAZILAŞMA əsasında qurduğumuz cəmiyyətin birlikdə sülh şəraitində yaşamasının qarantı olan olduqca vacib bir hakimiyyətdir. Onun əsas işi BİRGƏ RAZILAŞMAnın (QANUNLARın) aliliyini təmin etməklə ƏDALƏTin hökmranlığına nail olmaqdır.  Beləliklə, ƏDALƏT HAKİMİYYƏTİnin başlıca funksiyaları bunlardır:
1. ƏDALƏTİ var gücü ilə qorumaq, BİRGƏ RAZILAŞMAnın  (QANUNLARın) aliliyini və işləkliyini tamamilə təmin etmək;
2. Fərdin (insanın, VƏTƏNDAŞın) BİRGƏ RAZILAŞMA və onun əsasında qəbul edilmiş normativlərlə (QANUNLARLA) müəyyən olunmuş HÜQUQ VƏ AZADLIQLARI pozulduqda dərhal ədalətli bir şəkildə bərpa etmək və təqsirkarları mütləq müvafiq qaydada cəzalandırmaq;
3. QANUVERİCİ HAKİMİYYƏT tərəfindən qəbul edilən bütün normativ-hüquqi aktların, qanunların BİRGƏ RAZILAŞMAnın əsas tezis və müddəalarına zidd olub-olmadığını yoxlamaq (əgər ziddirsə rədd etmək, ziddiyyət təşkil etmirsə təsdiqləmək);
4. İCRA HAKİMİYYƏTİnin öz salahiyyətləri daxilində qəbul etdiyi qərarların BİRGƏ RAZILAŞMA (KONSTİTUSİYA, QANUNLARla) ilə ziddiyyət təşkil edib-etməməsini müəyyən etmək ziddiyyətli qərarları dərhal ləğv etmək.
ƏDALƏT HAKİMİYYƏTİ müstəqil hakmiyyət olub yalnız və yalnız BİRGƏ RAZILAŞAMA VƏ QANUNLARA tabedir. Hakimiyyətin bu növünün həyata keçirilməsini təmin edənlər, yəni ƏDALƏT KEŞİKÇİLƏRİ (HAKİMLƏR) bilik və bacarıqları ədalətli şəkildə sınaqdan (imtahandan) keçən VƏTƏNDAŞ sıralarından müəyyən edilirlər.
ƏDALƏT KEŞİKÇİSİ ilk növbədə BİRGƏ RAZILAŞMAnın (QANUNLARın) fəlsəfəsini dərindən dərk edən, bütün tələblərini Ali dəyərlər hesab edən və onun müddəalarını rəhbər tutaraq qoruyub saxlayan, realizə olunmasını təmin edən DÖVLƏT xidmətçisidir. ƏDALƏT KEŞİKÇİSİ tamamilə müstəqildir. O, yalnız və yalnız BİRGƏ RAZILAŞMA VƏ QANUNLARA tabedir, bütün fəaliyyətini də məhz bu çərçivədə quraraq həyata keçirir. ƏDALƏT KEŞİKÇİsinin qanuni fəaliyyətinə heç kəsin qarışmaq ixtiyarı yoxdur. Əks halda, bu,  məsuliyyətə səbəb olur.
ƏDALƏT HAKİMİYYƏTİnin fəaliyyəti AZAD MƏTBUAT və VƏTƏNDAŞ cəmiyyəti üçün açıq (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) olmaldır. 
ƏDALƏT KEŞİKÇİSİ özü BİRGƏ RAZILAŞMAnın tezislərini (QANUNLARI) pozmuş olarsa, dərhal vəzifəsindən kənarlaşdırılır, barəsində ciddi xidməti araşdırma aparılır. O, qanun pozuntusu törədibsə, ən ağır formada cəzalandırılmalıdır.

ƏDALƏT HAKMİMİYYƏTİ və ƏDALƏT KEŞİKÇİSİnin müstəqilliyi nə deməkdir?
1. Mənim, Sənin və Onun (yəni cəmiyyət üzvlərinin) hüquq və azadlıqlarının təminatı deməkdir. Necə?
- Tutaq ki, hansısa iribuynuzlu məmur Mən, Sən və Onun haqlarını tapdalayır (rüşvət tələb edir və s.). ƏDALƏT KEŞİKÇİSİ müstəqil olduğuna və ədalətlə fəaliyyət göstərdiyinə görə  dərhal həmin məmuru müvafiq şəkildə cəzalandırır.
2. ƏDALƏT HAKİMİYYƏTİNİN müstəqilliyi Mən, Sən və Onun üçün iş yerləri deməkdir. Necə?
- Tutaq ki, Mən (Sən, O) hardasa xırda bir biznes qurmağa çalışıram. Məsələn, qanuni şəkildə kitab satışı ilə məşğul olan mağaza açıram.   Bu zaman gəlib Mənə (Sənə, Ona) heç bir məmur maneçilik edə bilməz. Çünki Məkəməyə verib adamı dərhal cəzalandıra bilirəm.
- Yaxud mağazam inkişaf etdikcə hansısa bir iribuynuzlu məmurun gözü düşür Mənim mağazama müxtəlif inzibati təzyiqlərlə bu biznesi əlimdən almağa çalışır. O, bunu edə bilməz çünki həmin iribuynuzlu məmur bilir ki, Məhkəmə ədalətli şəkildə işləyir və onun vecinə deyil ki, cavabdeh nazirdir, yaxud prezidentdir. ƏDALƏT HAKİMİYYƏTİ üçün bunun heç bir fərqi yoxdur. Adam qanunu pozubsa, Mənə qarşı təzyiq göstəribsə dərhal cəzalandırılacaq.  
- Və ya xarici investorlar baxıb görəcək ki, ölkəmizdə QANUNLAR saat mexanizmi kimi işləyir və qarantı ƏDALƏTLİ MÜSTƏQİL MƏHKƏMƏdir, mütləq gəlib müxtəlif biznes sahələrinə investiya yatıracaq çünki, o, qazanmaq istəyir və əmindir ki, sabahı gün onun əlindən heç kimi bu biznesi ala bilməyəcək.
Əks halda ƏDALƏT HAKMİYYƏTİ (MƏHKƏMƏ) həmin MƏMURU cəzalandıracaq. Adam burada şirkət quranda isə Mənin (Sən və Onun) üçün iş yeri açılır və s.
3. ƏDALƏT KEŞİKÇİsinin müstəqilliyi Mən, Sən və Onun, yəni bizim hər birimizin yüksək səviyyədə təhsil almağımız deməkdir. Necə?
- Çünki rüşvət alan müəllimi, direktoru, dekanı, rektoru və s. məhkəməyə verib dərhal cəzalandıra bilirik.
4. ƏDALƏT KEŞİKÇİsinin müstəqilliyi Mən, Sən və Onun, yəni bizim hər birimizin yüksək səviyyədə tibbi xidmət almağımız deməkdir. Necə?
Çünki rüşvət alan həkimi, tibbi heyyəti və s. məhkəməyə verib dərhal cəzalandıra bilirik. Və s.

Ramin Allahverdi


Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU