Posts

Showing posts from April, 2021

25. BİRGƏ RAZILAŞMA VƏ SOSİAL REALLIQ

  25. BİRGƏ RAZILAŞMA VƏ SOSİAL REALLIQ   Əvvəlcə reallıq anlayışına aydınlıq gətirək. Elmi-nəzəri ədəbiyyatlarda reallıq məfhumuna yanaşmada obyektiv və subyektiv olmaqla iki ayırdetmə özünü göstərir. Obyektiv reallıq insanın şüurundan asılı olmayaraq mövcud olan, subyektiv reallıq isə insanın özü də daxil olmaqla ətraf aləmi qavramasından doğan reallıq olaraq nəzərdə tutulur. Əslində isə insan şüuru onsuz da istisnasız hər bir şeyi subyektiv biçimdə qavradığından onun anladığı gerçəkilik də birmənalı şəkildə subyektiv reallıqdır (ona görə, hər kəsin öz həqiqəti olur).   Buradaca görkəmli filosof Rena de Kartın məşhur deyimi yada düşür, “Düşünürəmsə, deməli, varam”. Yəni insan üçün reallıq məfhumu əslində onun şüuru ilə birbaşa bağlı olduğundan   subyektiv mahiyyət daşıyır. Buna görə də insan reallıqdan danışırsa, əlbəttə, bu, məhz subyektiv, yəni insanın düşüncəsində formalaşmış, qurulmuş reallıqdır. Heç kim iddia edə bilməz ki, ətrafındakı şeyləri obyektiv ola...