25. BİRGƏ RAZILAŞMA VƏ SOSİAL REALLIQ

 

25. BİRGƏ RAZILAŞMA VƏ SOSİAL REALLIQ

 

Əvvəlcə reallıq anlayışına aydınlıq gətirək. Elmi-nəzəri ədəbiyyatlarda reallıq məfhumuna yanaşmada obyektiv və subyektiv olmaqla iki ayırdetmə özünü göstərir. Obyektiv reallıq insanın şüurundan asılı olmayaraq mövcud olan, subyektiv reallıq isə insanın özü də daxil olmaqla ətraf aləmi qavramasından doğan reallıq olaraq nəzərdə tutulur. Əslində isə insan şüuru onsuz da istisnasız hər bir şeyi subyektiv biçimdə qavradığından onun anladığı gerçəkilik də birmənalı şəkildə subyektiv reallıqdır (ona görə, hər kəsin öz həqiqəti olur).  Buradaca görkəmli filosof Rena de Kartın məşhur deyimi yada düşür, “Düşünürəmsə, deməli, varam”. Yəni insan üçün reallıq məfhumu əslində onun şüuru ilə birbaşa bağlı olduğundan  subyektiv mahiyyət daşıyır. Buna görə də insan reallıqdan danışırsa, əlbəttə, bu, məhz subyektiv, yəni insanın düşüncəsində formalaşmış, qurulmuş reallıqdır. Heç kim iddia edə bilməz ki, ətrafındakı şeyləri obyektiv olaraq dərk edir və onun qavradıqları əsl olduğu kimidir.  

Beləliklə, aydınlaşır ki, bizim gerçəklik (reallıq) anlaşıyışımız beynimizdə, şüurumuzda, düşüncəmizdə yaratdığımız, qavradığımız subyektiv reallıqdan başqa bir şey deyil.  Cəmiyyətdə münasibətlər kontekstində biçimlədiyimiz gerçəklik isə subyektiv qavramdan intişar tapan sosial reallıq kimi özünü göstərir. Bu mənada sosial reallıq toplumun çoxşaxəli, mürəkkəb münasibətlər müstəvisində qavranıldığı subyektiv gerçəklikdir. Deməli, sosial reallıq əslində insanların şüurlarında, düşüncələrində yaradılmış, formalaşdırılmış, çox zaman daşlaşmış bir reallıqdır ki, toplumu aciz vəziyyətə salaraq onun asanlıqla idarəolunmasını təmin edir. Cəmiyyətdə insanların düşüncəsində süni şəkildə yaratmış olduqları sosial reallğı hər vəclə müxtəlif üsullarla obyektiv gerçəklik kimi sırımağa çalışan avtoritarlar beləcə topluma özünəinamsızlığı təlqin edərək şəxslərin mövcud vəziyyəti dəyişmək cəhdlərini ciddi şəkildə əngəlləyə bilirlər. Avtoritarizmə xidmət edən sosial reallığın yaranmasında mədəniyyət, din, adət-ənnənə, mentalitet, tərbiyə, təlim və s. amillərdən diktatorlar məharətlə sui-istifadə edirlər.  

Ona görə də əvvəlki, mövcud yaramaz hər hansısa bir sosial reallığı, yenisi ilə əvəz etmək üçün FƏRDlər ilk növbədə öz düşüncələrini sorğulamalı, dəyişimə məhz buradan başlamalıdırlar. Baxmayaraq ki, bu, başlanğıcda mürəkkəb və o qədər də asan deyil, lakin tamamilə mümkün olan (tarixən hər zaman təsdiqini tapıb) ideal bir prosesdir.

Sosial reallığın yaradılması tezisinin əsasında  tanınmış sovet alimi L.S.Vıqotskinin sosial konstruktivizm nəzəriyyəsi  dayanır.  Həmin nəzəriyyə uşaq yaşlarından başlayaraq şəxsin şüurunda məqsədli şəkildə sosial reallığın konstruksiyasını, məcazi desək, inşa edilməsini təmin edir və olduqca böyük praktiki əhəmiyyət kəsb edir. Sosial konstruktivizmin  Qərbdə məşhurlaşması heç də təsadüfi deyildir (bax: (L.S.Vygjtsky. Mind in Society. The Development of Higher Psychological Processes Michael Cole Vera John-Steiner Sylvia Scribner Ellen Souberman Cambridge, Massachusetts London, England 1978).

Sosial konstruktivizm haqlı olaraq göstərir ki, əslində reallıqlar insanın düşüncəsində (şüurunda) məqsədli şəkildə yaradıla bilir. Yəni ətrafdakı reallıq kimi qavranılanlar əslində beyindəki formaşlaşmış subyektiv reallıqdır ki, onu da yenidən biçimləmək, yaratmaq mümkündür (uşaqlarda bu daha çevik və sürətlə həyata keçirilir).

 SOSİAL REALLIQ məfhumu daha da aydın olsun deyə aşağıdakı bir nümunəyə diqqət yetirək. Çin mənbələrində “Meymun ustası” adlı rəvayətdə göstərilir ki, Çu feodal dövlətində qoca bir adam meymunları qarabaş kimi öz xidmətində saxlayaraq yaşayırdı. Çu xalqı ona “ju gong” (meymun ustası) deyirdi.

Qoca hər səhər meymunları həyətində yığıb ən böyüyünə əmr edərdi ki, digərlərini də aparıb dağlara gedərək kol və ağaclardan meyvə toplayıb gətirsinlər.  Adət üzrə hər bir meymun yığdığının onda birini qocaya verirdi.    Bunu bacarmayanlara isə amansızcasına şallaq vurulurdu. Bütün meymunlar dəhşətli dərəcədə əziyyət çəkirdilər amma şikayət etməyə cəsarət etmirdilər.

Bir gün balaca bir meymun başqa meymunlardan soruşdu: "Bütün meyvə ağaclarını və kollarını qoca kişi əkib?" Digəri dedi: "Xeyr, onlar təbii olaraq bitiblər." Kiçik meymun yenə soruşdu: "Məgər, qoca kişinin icazəsi olmadan meyvələri yığa bilmərik?" Digərləri cavab verdilər: "Bəli, biz hamımız bunu edə bilərik."

Balaca meymun sözünə davam etdi: “O zaman niyə qocadan asılı olmalıyıq, niyə hamımız ona xidmət (nökərlik – R.A.) etməliyik? ”

Balaca meymun sözünü bitirməmiş bütün meymunlar aydınlandılar (maarifləndilər – R.A.) və qəflət yuxusundan ayıldılar.

Elə həmin gecə qoca kişinin yuxuya getdiyini görən meymunlar, saxlanıldıqları çəpərin bütün hasarlarını sökərək tamamilə dağıtdılar. Onlar həmçinin, qoca kişinin anbarında saxladığı ehtiyat meyvələrin hamısını özləri ilə meşəyə götürdülər və bir daha geriyə qayıtmadılar. Qoca kişi nəhayət aclıqdan öldü (From dictatorship to democracy (fouth edition), by Gene Sharp. East Boston: The Albert Einstein Institution, 2010. p. 17-18).

Dərin fəsəfi məzmuna malik bu hekayəni bir yerdə təhlil edək.

Əhvalatda əvvəlki sosial reallıq necə idi?! Əzazil qoca bir kişi nökər kimi saxladığı meymunları məcbur edir ki, ağacdan, koldan meyvələri toplayıb ona gətirsinlər. Qoca kişi həddindən artıq zəif olsa da, qurduğu sistemi, reallığı (sosial reallıq) ayaqda saxlayan məhz onun kölə etdiyi meymunların özləri idi. Belə ki, ən qüvvətli meymuna əmr verir və o da öz növbəsində digərlərinin məcbur edir ki, qocaya nökərlik eləsinlər. Qoca kişi bunu bacarmayanları da yenə də onların öz əlləri ilə şallaqlatdıraraq cəzalandırır. Yaradılmış və meymunlların düşüncəsinə dəyişilməz gerçəklik kimi həkk olunan bu reallığın acizlik təlqin edən xofu meymunların həmin sosial reallığı dəyişməsini mükünüsüzləşdirir.

Bəs dəyişim nə vaxt baş verir?! Təbii ki, meymunların düşüncələrindəki sosial reallıq yenidən konstruksiya olunduqdan sonra. Bu necə baş verir?! Əlbəttə, ilk növbədə daşlaşmış düşüncəni sorğulamaqla hər şey başlayır. Balaca meymun məhz bu funksiyanı yerinə yetirir. Onun  meymun toplumuna ünvanladığı sualları bir daha xatırlayaq.

1. "Bütün meyvə ağaclarını və kollarını qoca kişi əkib?"

2. "Məgər, qoca kişinin icazəsi olmadan meyvələri yığa bilmərik?"

3. “O zaman niyə qocadan asılı olmalıyıq, niyə hamımız ona xidmət (nökərlik) etməliyik? ”

Sorulan bu üç sual meymun toplumunun ilk növbədə beynində, şüurunda daşlaşmış olan qoca kişinin ağalıq etdiyi mövcud sosial reallığı darmadağın edir. 

Cavablara baxaq:

1. "Xeyr, onlar təbii olaraq bitiblər". Məlum olur ki, qoca kişinin meyvə ağacları, kolları ilə heç bir əlaqəsi yox imiş. Halbuki, qocanın davranışları meymunların şüurlarında hər şeyə qadir kimi, toxunulmaz gerçəklik olaraq daşlaşmış idi.

2. "Bəli, biz hamımız bunu edə bilərik". Yeni sosial reallığı yaradan möhtəşəm cavabdır. Yəni öz yaşamımızla bağlı bizi xoşbəxt edəcək olan yeni sosial reallığı yaratmağın açarı öz əlimizdədir.

Üçüncü sualın isə cavabı əməllə göstərilir. Meymunlar beyinlərində, şüurlarında baş vermiş dəyişiklik olan yeni sosial reallığı sadəcə yaşamlarına tətbiq edirlər. Vəssalam, bununla da, qoca kişi (onun yaratmış olduğu sosial reallıq) öz-özünə məhv olur.

Əksər ziyalıların illərdir beynilərində, zehinlərində betonlaşmış sosial reallığı dəyişməz reallıq kimi tanımladığı azmış kimi topluma da bunun sırınmasında bir alətə çevriliblər (çoxu fərqində olmadan). Düşüncə tərzi baxımından onların yuxarıdakı nümunədə göstərilən qoca kişinin qurduğu sosial reallığa uzun illər boyun əyərək yaşamış meymun toplumundan heç bir fərqi yoxdur. Əslində ziyalı dediyin kəs ilk növbədə özünün düşüncəsində daşlaşmış sosial reallığı sorğulamağı bacarmaldır.  

BİRGƏ RAZILAŞMAnın tələblərindən doğan SOSİAL REALLIQ necədir? Artıq yuxarıda da qeyd etdiyimz kimi, reallıq anlayışı subyektiv qavrayışlı olduğundan əvvəlcə şüurda, düşüncədə qurulur. Bununla bağlı “Yeni düşüncə modelimiz necə olmalıdır?!” adlı məqalədə hədəfin məhz düşüncələrimiz olduğunu göstərmişik (bax: https://aqreqator.az/az/cemiyyet/83934).

Ümumiyyətlə, cəmiyyətin yaşam tərzinə dair BİRGƏ RAZILAŞMAnın fundamental müddəalarının labüd etdiyi əksər zəruri məsələlərə dair KONSEPSİYANın fəlsəfi qayəsinə uyğun yeni SOSİAL REALLIĞı təsvir edən mülahizələr RAZILAŞMA ilə bağlı əvvəlki silsiləvi bütün yazılarda bu və ya digər şəkildə əksini tapmışıdr. Ona görə də yeni SOSİAL REALLIQ konteksində bir daha əvvəlki yazıları yenidən nəzərdən keçirək.

1. “BİRGƏ RAZILAŞMA KONSEPSİYASI” yazısı birbaşa məhz yeni KONSEPSİYANIN FƏRDin (İNSANın) XOŞBƏXTLİYini təmin etmək iqtidarında olan müddəalarının doğurduğu yeni SOSİAL REALLIĞın fundamental təsvirini təqdim edir (bax: https://birgeraz.blogspot.com/2020/06/1-birg-razilasma-konsepsiyasi.html).

2. “BİRGƏ  RAZILAŞMA - MƏN, SƏN və O” yazısında Mən, Sən və Onun timsalında cəmiyyətin düşündürücü kəsiminin məsuliyyəti öz üzərinə götürmək zərurətinin yeni reallığın yaranmasını şərtləndirdiyi bildirilir (bax:. https://birgeraz.blogspot.com/2020/06/9-rasioanal-birg-razilasma-v.html )

3. “RASİONAL BİRGƏ RAZILAŞMA VƏ AĞSAQQALLIQ İNSTİTUTU” məqaləsində faydasız, cəmiyyəti kölə vəziyyətinə salan mental xüsusuyyətlərlə çulğalaşmış, betonlaşmış reallıq sorğulanır və yeni alternativ SOSİAL REALLIQ təqdim edilir (bax: https://birgeraz.blogspot.com/2020/06/9-rasioanal-birg-razilasma-v.html).

4. “BİRGƏ RAZILAŞMA VƏ QANUNLAR” yazısında qanuna əsaslanan, onun aliliyinin təmin olunduğu xoşbəxt yeni SOSİAL REALLIQ göstərilir (bax: https://birgeraz.blogspot.com/2020/06/4-birg-razilasma-v-qanunlar.html ).

5. “BİRGƏ RAZILAŞMA  və DÖVLƏT” yazısında DÖVLƏTin əslində necə olmasını təsvir edən yeni SOSİAL REALLIQ təqdim edilir (bax: https://birgeraz.blogspot.com/2020/06/5-birg-razilasma-v-dovlt.html ).

6. “BİRGƏ RAZILAŞMA  və HAKİMİYYƏT” yazısında HAKİMİYYƏT anlayışı ilə bağlı yeni SOSİAL REALLIQ təqdim olunur (bax: https://birgeraz.blogspot.com/2020/06/6-birg-razilasma-v-hakimiyyt.html )

7. BİRGƏ RAZILAŞMA VƏ VƏTƏNDAŞLIQ İNSTİTUTU” məqaləsində vətəndaş kimliyi ilə bağlı yeni SOSİAL REALLIQ təsvir edilir (bax: https://birgeraz.blogspot.com/2020/06/7-birg-razilasma-v-vtndasliq-institutu.html ).

8. “BİRGƏ RAZILAŞMA VƏ FEMİNİZM (QADIN HÜQUQ VƏ AZADLIQLARI)” yazısında qadın hüuqlarını kobud şəkildə pozan adətlər, daşlamış sosial reallıq sorğulanır və onun XOŞBƏXT alternativi göstərilir (bax: https://birgeraz.blogspot.com/2020/06/8-birg-razilasma-v-feminizm-qadin-huquq.html ).

9. “BİRGƏ RAZILAŞMA VƏ AZAD MƏTBUAT” yazısında azad söz, mətbuatla bağlı yeni SOSİAL REALLIQ təqdim olunur (bax: https://birgeraz.blogspot.com/2020/06/9-birg-razilasma-v-azad-mtbuat.html)

10. “BİRGƏ RAZILAŞMA VƏ MƏHKƏMƏ HAKİMİYYƏTİ” yazısında məhkəmə siteminin cəmiyyətdə ƏDALƏTin dayağı olduğunu təsvir edən yeni SOSİAL REALLIQ diqqətə çatdırılır (bax: https://birgeraz.blogspot.com/2020/06/10-birg-razilasma-v-dalt-mhkm-hakimiyyti.html ).

11. “BİRGƏ RAZILAŞMA VƏ ZİYALI İNSTİTUTU” yazısında ZİYALInın əsl simasını təcəssüm etdirən  yeni SOSİAL REALLIQ nəzərə çatdırılır (bax: https://birgeraz.blogspot.com/2020/06/11-birg-razilasma-v-ziyali-institutu.html).

12. “BİRGƏ RAZILAŞMA VƏ QANUNVERİCİ HAKİMİYYƏT” məqaləsində hakimiyyətin bu qolunun qanun qəbuletmə və s. işləmə mexanizmlərini canlandıran yeni SOSİAL REALLIQ təqdim olunur (bax: https://birgeraz.blogspot.com/2020/06/12-birg-razilasma-v-qanunverici.html).

13. “BİRGƏ RAZILAŞMA VƏ DİNİ KİMLİK” yazısında həssas məsələlərdən biri olan inanclarla bağlı formalaşan kimliklərin yeni SOSİAL REALLIQ formulu təqdim olunur (bax: https://birgeraz.blogspot.com/2020/06/13.html )

14. “BİRGƏ RAZILAŞMA VƏ AİLƏ MODELİ” yazısında daşlamış mövcud sosial reallıq göstəriciləri sorğulanır və alternativ sağlam, rasioanallığa söykənən AİLƏ MODELİ (sosial reallıq) təsvir edilir (bax: https://birgeraz.blogspot.com/2020/06/14-birg-razilasma-v-ail-modeli-institutu.html )

15. “BİRGƏ RAZILAŞMA VƏ AZADLIQ” yazısında AZADLIQ anlayışının mahiyyətini əks etdirən tezislərlə ona əsaslanaraq qurulan yeni SOSİAL REALLIQ təsəvvürlərdə canlandırılır (bax: https://birgeraz.blogspot.com/2020/06/15-birg-razilsama-v-azadliq.html).

16. “BİRGƏ RAZILAŞMA VƏ MÜXALİFƏT” yazısında müxalifət məfhumu ilə bağlı yalnış, çürük fikirlərin zərəli, qeyri-sağlam olduğu aydınlaşdırlımaqla bərabər əslində müxalifətin necə olması məsələsini canlandıran yeni SOSİAL REALLIQ nəzərə çatdırlır (bax: https://birgeraz.blogspot.com/2020/06/16-birg-razilasma-v-muxalift.html ).

17. “BİRGƏ RAZILAŞMA VƏ SİYASƏT” adlı yazıda SİTYASƏTi iyrənc bir məfhum kimi təqdim edərək, toplumu siyasi proselərdən uzaqlaşdırmağa yönəldilmiş mövcud sosial reallığın mənfur məqsədi aydınlaşdırılır. Əslində FƏRDin yaşam tərzinə birbaşa təsir göstərən düzgün qərarlar vermə qabiliyyəti olaraq tanımlanan SİYASƏT anlayışı insanların hər zaman qoşularaq öz yaşam tərzlərini onları xoşbəxt edəcək formada şəkilləndirdiyi yeni SOSİAL REALLIQ kimi təsvir olunur (bax: https://birgeraz.blogspot.com/2020/08/17.html ).

18. “BİRGƏ RAZILAŞMA VƏ PLÜRALİZM (FİKİR AZADLIĞI)” yazısında köhnə reallığı əks etdirən yeknəsəng, avtoritar düşüncə tərzinin cəmiyyəti məhvə məhkum etdiyi aydınlaşdırılır və fikir müxtəlifliyinin inkişafın təməl prinsiplərindən olduğu şərh edilməklə yeni SOSİAL REALLIQ təqdim olunur (bax: https://birgeraz.blogspot.com/2020/09/18-birg-razilasma-v-pluralizm-fikir.html )

19. “BİRGƏ RAZILAŞMA VƏ LİDERLİK” yazısında lider və liderliklə bağlı yeni SOSİAL REALLIQ təsvir olunmaqla təsəvvürü yaradılır (bax: https://birgeraz.blogspot.com/2020/10/19-birg-razilasma-v-lider-liderlik.html).

20. “BİRGƏ RAZILAŞMA VƏ ORDU” yazısında ordunun əslində necə olduğunu təsvir edən yeni SOSİAL REALLIQ təqdim olunur (bax https://birgeraz.blogspot.com/2020/12/20-birg-razilasma-v-ordu.html ).

21. “BİRGƏ RAZILAŞMA VƏ DİKTATURA (DİKTATOR)” yazısında diktaturanın yaranmasını labüdləşdirən amillər nəzərə çatdırlır və onun tamamilə aradan qaldırlmasını göstərən yeni SOSİAL REALLIQ diqqətə çatdırlır (bax: https://birgeraz.blogspot.com/2021/01/21-birg-razilasma-v-diktatura-diktator.html )

22. “BİRGƏ RAZILAŞMA VƏ LEGİTİMLİK” yazısında BİRGƏ RAZILAŞMAnı qəbul edib həyat tərzimizə çevirməklə əslində ona legitimlik verərərk yeni SOSİAL REALLIQ inşa etməyimiz diqqətə çatdırılr (bax: (https://birgeraz.blogspot.com/2021/02/22.html?fbclid=IwAR0DPlBwny1bwfpsyFIj4WR6ORmHfVd0s51BCo477BTjh7272-Ywjt3nJXQ )

23. “BİRGƏ RAZILAŞMA VƏ CİNSİ AZLIQLAR (LGBT)” yazısında cinsi azlıqlarla bağlı mövzularla əslində cəmiyyəti necə manupiliyasiya etmənin köhnə sosial reallığı qorumaqdan başqa bir şey olmadığı açıqlanılır və onların da sıradan insan kimi qəbul edilməsini əks etdirən  yeni SOSİAL REALLIQ təsvir edilir (bax: https://birgeraz.blogspot.com/2021/02/23-birg-razilasma-v-cinsi-azliqlar-lgbt.html )

24. “BİRGƏ RAZILAŞMA VƏ FƏRD” məqaləsində köhnə sosial reallıqda insanların şəxsi həyatlarına dair şantajetmənin mahiyyəti aydınlaşdırlır və bu şantajetməyə alət olmayan FƏRDin şəxsi toxunulmazlığını yüksək tutan yeni SOSİAL REALLIQ təqdim olunur (bax YAZISINDA https://birgeraz.blogspot.com/2021/03/24-birg-razilasma-v-frd-insan.html ).

Göründüyü kimi, əslində BİRGƏ RAZILAŞMA KONSEPSİYASı bütöv bir sistem halında Mən, Sən və Onun, yəni hər bir cəmiyyət üzvünün XOŞBƏXT olmasını təmin edəcək yeni SOSİAL REALLIQdır ki, biz ilk növbədə həmin reallığı şüurumuza hopdurmalıyıq. Düşüncəmizdə BİRGƏ RAZILAŞMA SOSİAL REALLIĞı möhkəmləndikcə davranılşarımızı da özünə uyğunlaşdırmış olur. İlkin olaraq, şüurumuzdakı inşa etdiyimiz bu SOSİAL REALLIQ davranışlarımızı biçimlədiyindən, eyni zamanda əməllərimizi müəyyənləşdirməklə praktikiləşir və həyatımıza (cəmiyyətin həyatına) yansıyır. Beləliklə də, düşüncəmizdəki həmin yeni SOSİAL REALLIĞı faktiki olaraq həyatımızda yaşamış oluruq.  

 

Ramin Allahverdi

 

Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU