24. BİRGƏ RAZILAŞMA VƏ FƏRD (İNSAN)

 

24. BİRGƏ RAZILAŞMA VƏ FƏRD (İNSAN)

 

BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın təməlində birbaşa olaraq FƏRDin (İNSANın) XOŞBƏXT YAŞAMAQ haqqı dayanır (çünki hər kəs XOŞBƏXT olmaq istəyir). Şübhəsiz, əgər FƏRD (İNSAN) olmasaydı BİRGƏ RAZILAŞMA KONSEPSİYASIna ehtiyac da yaranmazdı. BİRGƏ RAZILAŞMA KONSEPSİYASI məhz FƏRDin XOŞBƏXT yaşamaq haqqının ən ali səviyyədə təmin edilməsi məqsədilə meydana gəlmişdir.

Məlumunuz olsun ki, FƏRD yalnız və yalnız bir halda XOŞBƏXT ola bilir – AZAD olanda (bax: AZADLIQ nədir? https://birgeraz.blogspot.com/2020/06/15-birg-razilsama-v-azadliq.html).

Çünki AZAD FƏRD onu XOŞBƏXT edə biləcək hər bir işi görmək imkanına sahiblənir (təbii ki, başqalarının hüquq və azadlıqlarını tapdalamadan). Belə bir XÖŞBƏXTLİYİ isə FƏRDə ancaq və ancaq BİRGƏ RAZILAŞMA KONSEPSİYASI verə bilir. Çünki bu konsepsiya istisnasız olaraq, heç bir ayrı-seçkilik qoymadan bütün FƏRDLƏR üçün keçərlidir. Həmin konsepsiyaya görə, Mən, Sən və Onun, yəni hər bir FƏRDin İNSAN (olması) KİMLİYİ bütün digər kimliklərdən birmənalı şəkildə üstündür.

Aydındır ki, FƏRD tam AZAD olarsa, istədiyini etməkdə sərbəst qalar, bu isə başqa bir FƏRDin hüquq və azadlıqları (maraqları) ilə ziddiyət təşkil edə bildiyindən toqquşmaların baş verməsi qaçılmaz olur. Məhz buna görə, toqquşmasız, dinc şəraitdə, sülh içində XOŞBƏXT yaşamaqdan ötrü hər bir FƏRD öz AZADLIĞının müəyyən bir hissəsinin könülü olaraq qarşılıqlı şəkildə məhdudlaşdırlmasına razılaşır və (əvəzində) belə bir vəziyyətdə  FƏRDin AZADLIQ haqqını tənzimləyən Ali bir razılaşma kimi  BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın meydana çıxması labüdləşir (bax: https://birgeraz.blogspot.com/2020/06/birg-razilasma-mn-sn-v-o.html).

Burada iki mühüm məsələni  aydınlaşdıraq:

1. FƏRDin XOŞBƏXT yaşamaq haqqı nədir və buna necə nail ola bilər?

2. BİRGƏ RAZILAŞMA KONSEPSİYASIna görə FƏRDin KİMLİYİni səciyyələndirən xüsusiyyətlər necə olur?

1. FƏRDin (İNSANın) XOŞBƏXT yaşaması artıq yuxarıda da qeyd etdiyim kimi, onun AZAD olmasından mütləq şəkildə asılıdır.  Əlbəttə, bu AZADLIQ elə bir ölçüdə olmalıdır ki, digər FƏRDlərin hüquq və azadlıqlarını pozmamış olsun. Bunun əslində sadə bir ölçmə meyarı var: -özünə rəva bilmədiyini, başqasına rəva görmə. Obrazlı desək, hər bir FƏRD özü ayrıca bir dünyadır və hərəsinin də fərqli istəkləri, arzuları, diləkləri, maraqları var. Məsələn, Fatmanisə islam dininə iman gətirib bəlli ibadət rituallarını (namaz və s.) yerinə yetirdikdə özünü XOŞBƏXT hiss edir. İvan xristian dininə iman gətirib bəlli ibadət ayinlərini icra edərkən özünü XOŞBƏXT hiss edir. Malik təyyarərəçi olub təyyarəni idarə edəndə özünü XOŞBƏXT hiss edir. Tükəzban həkim olub xəstələrə şəfa verəndə özünü XOŞBƏXT hiss edir. Əli çoxlu pul qazananda özünü XOŞBƏXT hiss edir və s. Nümunələri sonsuz sayda uzada bilərik. Cəmiyyətdə maraq dairələri uyğun olan FƏRDlər tədricən həmin maraq ətrafında təbii olaraq birləşirlər və dinc şəraitdə XOŞBƏXT yaşamaq üçün dil tapırlar. Lakin cəmyyətdə həm də maraq dairələri (arzu, istəkləri və s.) bir-birinə uyğun gəlməyən, hətta bəzi hallarda daban-dabana ziddiyyət təşkil edən FƏRDlər də yaşayırlar ki, bu da müxtəlif FƏRD və ya qruplar arasında toqquşmaları qaçılmaz edir. Bunun başlıca səbəbi odur ki, FƏRD (lər) ən ali varlıq kimi öz İNSAN KİMLİYİnin fərqinə varmadan digər KİMLİKlərdən (dini kimlik – müsəlman, xristian və s, etnik kimlik – türk, yəhudi və s.) özünü aşağı səviyyədə görür, yəni başqa kimliyini (məsələn, dini kimliyini, etnik kimliyini və s.) İNSAN (FƏRD) KİMLİYİndən yuxarı statusa qoyur. FƏRDin (İNSANın) əsl faciəsi də elə budur. Çünki FƏRD özü İNSAN KİMLİYİni arxa plana atırsa, təbii ki, onun başqaları tərəfindən (qrup və s) aşağılanacağı qaçılmazlaşır. 

2. Bəs görək BİRGƏ RAZILAŞMA KONSEPSİYASI FƏRDi necə səciyyələndirir?

Məlum olduğu kimi, həmin konsepsiya FƏRDin (İNSANın) XOŞBƏXT yaşamaq haqqı əsasında meydana gəlib və müddəalarında aydın formada bunu bəyan edir:    

1.     Mən (yəni insan, fərd olaraq) ən ali varlığam.

2.     Mənim (hər bir insanın, fərdin) azadlığım (müstəqilliyim) ən ali dəyərdir. Mənim azadlığım məni xoşbəxt edə biləcək başlıca alınmaz dəyərimdir.

3.     Mən (hər bir insan, fərd) doğulduğum andan etibarən azad yaşamaq, azad olmaq, xoşbəxt olmağa can atmaq kimi alınmaz ali haqlara malikəm. Mənim (insanın) azadlığımı (haqlarımı) heç kəs və heç nə məhdudlaşdıra bilməz.

4.     Mənim (bir insanın, fərdin) azadlığım yalnız və yalınız Sənin və Onun (digər insanların, fərdlərin) hüquqları, haqları başlayan yerdə bitir.

5.     Mən, Sən və Onun (insanların, fərdlərin) birliyi suverendır (müstəsna səlahiyyətlidir). Suveren müstəsna səlahiyyətləri olmaq deməkdir. Bu suverenlik, müstəsna səlahiyyət bizə yuxardakı müddəaları nəzərə alaraq istədiyiimiz kimi yaşamağımızın (fəliyyət göstərməyimizin) zəminidir. Həmin müstəsna səlahiyyətimizin az və ya çox hissəsini hansısa bir hüquqi şəxs (məs.: dövlət) yaradıb ona verə bilərik.

6.     Qəbul etdiyimiz bu BİRGƏ RAZILAŞMAnın bütün müddəaları alidir və Mən, Sən, O, yəni hər birimiz şəksiz əməl etməliyik. Əməl etməyənlər Ali qanunlar;m;zla cəzalandırılmalıdır.

7.     BİRGƏ RAZILAŞMAya əməl edilməsinə hamı nəzarət edir. Bu razılaşma yalnız və yalnız Mənim, Sənin və Onun (razılaşmanı qəbul edən hər bir fərdin) razılığı ilə dəyişdirilə bilər.

 (https://birgeraz.blogspot.com/2020/06/1-birg-razilasma-konsepsiyasi.html)

 Belə olan təqdirdə, BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın fəlsəfi qayəsinə görə FƏRDi (İNSANI) səciyyələndirən başlıca keyfiyyətlər aşağıdakı kimi müəyyənləşir.

- Konsepsiyanın müddəalarına uyğun olaraq ən ali varlıq olan və İNSAN KİMLİYİnin daşıyıcısı olan hər bir FƏRDin (Mən, Sən və Onun) şəxsiyyəti (eləcə də şəxsi həyatı) toxunulmazdır və digər FƏRDin şəxsiyyətindən üstün, yaxud aşağı tutula bilməz. Əlbəttə, bir şəxsin bilikləri, bacarıqları, istedadı və s. başqasınınkından üstün, yaxud aşağı ola bilər, lakin bu heç bir halda, hər hanısınınsa birinin şəxsiyyətinin üstün olub olmaması anlamına gələ bilməz. Beləliklə, bir FƏRDin öz şəxsiyyətini, digərinin şəxsiyyətindən üstün və ya aşağı tutması yolverilməzdir.

 Buradan hasil olur ki, hər bir normal FƏRD öz İNSAN kimliyini uca tutaraq özünə (şəxsiyyətinə) hörmət etməyə borcludur və hər hansısa bir digər şəxsin şəxsiyyətini (istənilən səbəbdən) özünün şəxsiyyətindən üstün, yaxud aşağı tuta bilməz, əgər bu, baş verərsə, həmin FƏRD mənəvi deqradasiyaya uğramış olur və təbii ki, BİRGƏ RAZILAŞMA KONSEPSİYASI tərəfindən kənara atılır. FƏRD dərk etməlidr ki, özünə (şəxsiyyətinə) hörmət etməyən şəxsə başqalarının hörmət etməsi müşkül məsələdir.

Deməli, FƏRD ilk növbədə malik olduğu İNSANi KİMLİYİnə, başqa cür desək, özünə (şəxsiyyətinə) hörmət etməlidir. Özünün İNSAN KİMLİYİni dərk edərək uca tutan FƏRD anlayar ki, istənilən səbəbdən asılı olmayaraq digər hər hansı bir FƏRDin şəxsiyyəti onun şəxsiyyətindən üstün ola bilməz. Buna görə də öz şəxsiyyətinə hörmət edən FƏRD başqa bir FƏRDin şəxsiyyətini öz şəxsiyyətindən üstün tutaraq ona pərəstişlik etməz. Yəni öz İNSANi KİMLİYİNİ dərk edən və şəxsiyyətinə hörmət edən FƏRD yaltaq ola bilməz. Əlbəttə, başqa FƏRDin nümunəvi keyfiyyətlərini təqdir edə bilər, sevə, bəyənə bilər, lakin öz şəxsiyyətini alçaldaraq yaltaqlıq edə bilməz.

Öz İNSAN KİMLİYİnə hörmət səviyyəsini yoxlamaq üçün FƏRD özünü sorğulamalıdır və özünə dürüst bir şəkildə cavablar verməlidir.  Bir sıra sadə suallara diqqət yetirək: Məsələn, Biz özümüzə, yoxsa başqalarına verdiyimiz sözü daha çox yerinə yetirməyə çalışırıq? 

Təbii ki, digərlərinin yanında etibarsız görünməyək deyə, başqalarına verdiyimiz sözü daha çox yerinə yetirməyə çalışırıq. Çox zaman özümüzə verdiyimiz sözü isə yerinə yetirməyə o qədər də səy göstərməyirik. Bu isə əslində özümüzə olan hörmətimizi sarsıdır, özümüzün gözümüzdə küçümsəməyimizə gətirib çıxara bilir. Buna görə də, FƏRD ilk növbədə özünə hörmət etməyi belə sadə görünən, əslində isə fundamental  məqamları özündə ehtiva edən mətləblərdən başlaya bilər.

- Bildirdiyimiz kimi, KONSEPSİYAnın fəlsəfəsinə uyğun olaraq, FƏRDİN şəxsi, özəl həyatı toxunulmazdır. Bu o deməkdir ki,  hər hansısa bir FƏRdin şəxsi həyatının Mən, Sən və Ona, yəni hər bir cəmiyyət üzvünə heç bir dəxli yoxdur. Yalnız və yalnız bizim hüquq və azadlıqlarımıza toxunan məqamlar olarsa, onda bu, ümumi (ictimai) məsələ kimi qiymətləndirilir,  bizim hər birimizin həyatına birbaşa və ya dolayısı ilə mənfi təsir göstərdiyindən həmin FƏRD dərhal qanun tərəfindən cəzalandırılır.

Bəzi sadə nümunələrlə fikrimizi aydınlaşdıraq: 

- Məsələn, Tutaq ki, Leyla adlı bir FƏRD öz çılpaq şəkillərini internetdə yerləşdirib (paylaşıb). Bu onun şəxsi işidir. Çünki onun bu hərəkətinin bizə heç bir mənfi təsiri yoxdur, hətta biz internetdə onu axtarışa verməsək heç o şəkilləri görməyə də bilərik. Ona görə də bunun Mənə, Sənə və Ona heç bir dəxli yoxdur. Maraqlananlar istəsə, əlbəttə, Leylanın həmin çılpaq şəkillərini internetdə axtararaq tapıb baxa bilərlər, maraqlanmayanlar isə yox. Lakin həmin Leyla marşurut dayanacağında gəlib çılpaqlanarsa, bu artıq həm də Mən, Sən və Onun azadlıqlarını, hüquqlarını pozur. Belə ki, artıq həmin marşurut dayanacağı həm də Mənə, Sənə, Ona məxsus olduğundan və bizim ümumi (ictimai) qəbul olunmuş dünyagörüşümüzə görə ictimai yerlərdə lüt, çılpaq görünmək məqbul sayılmadığndan Leylanın bu hərəkəti məsuliyyətə cəlb olunmasına səbəbdir.

- Tutaq ki, Aygün adlı FƏRD kiminləsə (kimlərləsə), qarşılıqlı razılıq əsasında intim həyat yaşayır. Bu onun şəxsi işidir, Mənə, Sənə və Ona heç bir dəxli yoxdur. Əgər həmin Aygün Məni (Sən və ya Onu) onunla intim münasibətdə olmağa zorla təhrik edirsə, bu artıq ümumi (ictimai) məsələ olduğundan dərhal ciddi şəkildə cəzalandırılmalıdır

- Tutaq ki, Tolya adlı FƏRD cinsi azlıq nümayəndəsidir, yaxud da öz cinsini dəyişib olub LGBT və özünə uyğun bir tayını tapıb onunla intim həyatı yaşayır. Əlbəttə, bu onun şəxsi işidir, Mənə, Sənə və Ona heç bir dəxli yoxdur. Əgər həmin Tolya Məni (Sən və ya Onu) onunla intim münasibətdə olmağa zorla təhrik edirsə, bu artıq ümumi (ictimai) məsələ olduğundan dərhal ciddi şəkildə cəzalandırılmalıdır

- Tutaq ki, Saşa dinini dəyişib müsəlman olursa, Əhməd isə dinin dəyişib xristian olursa, bu onların hər ikisinin şəxsi işləridir, Mənə, Sənə və Ona heç bir dəxli yoxdur. Əgər həmin Saşa Məni (Sən və ya Onu) müsəlman olmağa, yaxud da Əhməd Məni (Səni və ya Onu) xrisitan olmağa təhrik edirsə, məcbur edirsə, bu artıq ümüumi (ictimai) məsələ olduğundan dərhal ciddi şəkildə cəzalandırılmalıdırlar və s. Belə nümunələrin sayını artıra bilərik.

 Beləliklə, BİRGƏ RAZILAŞMA KONSEPSİYASINA görə, FƏRD (İNSAN) KİMLİYİ özündə digər bütün kimlikləri ehtiva edə bildiyindən bütün kimliklərdən birbaşa üstün statusdadır. Yəni sadə şəkildə desək, FƏRD (İNSAN) KİMLİYİ DİNİ KİMLİKdən (müsəlman, xristian, buddist və s.) üstündür, FƏRD (İNSAN) KİMLİYİ ETNİK KİMLİKdən (ingilis, türk, alman və s.) üstündür, FƏRD (İNSAN) KİMLİYİ REGİONAL KİMLİKdən (Bakılı, Şəkili və s.) üstündür və s. Qeyd edim ki, FƏRD (İNSAN) KİMLİYİ müəyyən anlamda VƏTƏNDAŞ KİMLİYİ ilə bərabərləşsə də onu da öz daxilinə alır (bax: https://birgeraz.blogspot.com/2020/06/7-birg-razilasma-v-vtndasliq-institutu.html).

 

 Ramin Allahverdi

 

Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU