Posts

Showing posts from June, 2021

26. BİRGƏ RAZILAŞMANIN STRATEJİ ƏSASLARI

  26. BİRGƏ RAZILAŞMANIN STRATEJİ ƏSASLARI   BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın FƏLSƏFİ MAHİYYƏTİNİ, həmçinin onun tələblərini, eləcə də cəmiyyəti əhatə edən bütün məsələlərə yanaşma tərzini, baxış bucağını silsiləvi yazılarla əhatə etməyə çalışdıq. İndi isə həmin konsepsiyanın həyat tərzimizə çevrilməsini təmin edəcək mühüm strateji məqamlara və bir sıra taktiki yollara nəzər salaq. BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın gerçəkləşməsi üçün ümumi və xüsusi strateji müddəaları müəyyənləşdirə bilərik. Bəs, sözügedən konsepsiyanı gerçəkləşdirmək FƏRDƏ (İNSANa), yəni Mən, Sən və Ona nə verir? Bu, birmənalı şəkildə hər bir normal insanın (FƏRDin) həyatda ən başlıca istəyi olan XOŞBƏXT YAŞAMAQ haqqını qazandırır. Çünki BİRGƏ RAZILAŞMAya əsaslanan cəmiyyət hər bir normal FƏRDİN maraqlarına eyni dərəcədə, ədalətli biçimdə cavab verir (əvvəlki yazıları oxuyanlar söhbətin tam olaraq nədən getdiyini aydın şəkildə başa düşə bilər). Beləliklə, hər hansı bir FƏRD belə bir möhtəşəm konsepsiyaya ...