26. BİRGƏ RAZILAŞMANIN STRATEJİ ƏSASLARI

 

26. BİRGƏ RAZILAŞMANIN STRATEJİ ƏSASLARI

 

BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın FƏLSƏFİ MAHİYYƏTİNİ, həmçinin onun tələblərini, eləcə də cəmiyyəti əhatə edən bütün məsələlərə yanaşma tərzini, baxış bucağını silsiləvi yazılarla əhatə etməyə çalışdıq. İndi isə həmin konsepsiyanın həyat tərzimizə çevrilməsini təmin edəcək mühüm strateji məqamlara və bir sıra taktiki yollara nəzər salaq. BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın gerçəkləşməsi üçün ümumi və xüsusi strateji müddəaları müəyyənləşdirə bilərik.

Bəs, sözügedən konsepsiyanı gerçəkləşdirmək FƏRDƏ (İNSANa), yəni Mən, Sən və Ona nə verir? Bu, birmənalı şəkildə hər bir normal insanın (FƏRDin) həyatda ən başlıca istəyi olan XOŞBƏXT YAŞAMAQ haqqını qazandırır. Çünki BİRGƏ RAZILAŞMAya əsaslanan cəmiyyət hər bir normal FƏRDİN maraqlarına eyni dərəcədə, ədalətli biçimdə cavab verir (əvvəlki yazıları oxuyanlar söhbətin tam olaraq nədən getdiyini aydın şəkildə başa düşə bilər). Beləliklə, hər hansı bir FƏRD belə bir möhtəşəm konsepsiyaya əsaslanan bir cəmiyyət qurmağı xəyal edib hədəfləyirsə, o şəxs ilk növbədə bunu özü, öz xöşbəxtliyi üçün etmiş olur.

BİRGƏ RAZILAŞMAnın yeni SOSİAL REALLIĞA (bax: SOSİAL REALLIQ nədir?) çevrilməsini şərtləndirən ümumi strateji müddəlar (prinsiplər) aşağıdakılardır:

1. Birinci prinsip (müddəa): Öyrənmək, öyrənmək və öyrənmək! Söhbət, əlbəttə, BİRGƏ RAZILAŞMA KONSEPSİYASInı araşdırmaqdan, öyrənməkdən gedir.

Bu prinsip sadədir, əvvəlcə özüm öyrənib aydınlanmalıyam.  Bilməliyəm ki, BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın mahiyyəti nədir? Sözügedən ideologiya həmişə  XOŞBƏXT yaşamağa can atan FƏRDin bu istəyini necə təmin edir? Həmçinin, məni maraqlandıran bütün suallarıma BİRGƏ RAZILAŞMA KONSEPSİYASI çərçivəsində cavablar axtarıram və tapıram. 

Birinci prinsip məcazi desək, elə bir güclü silah verir ki, özümü istənilən mövqedə lazımınca qoruya bilmək və yalnız yüksəlməyə doğru addımlamaq imkanına malik oluram. Ona görə də, bu prinsipi tam şəkildə yerinə yetirmədən digər mərhələlərə keçmək mənasızdır, çünki ideoloji boşluq FƏRDin (həm də cəmiyyətin) ən zəif yeridir. Sadə bir müqayisə aparaq; hansı əsgərin - yaxşı təlim keçən, yoxsa heç bir təlim görməyənin  döyüşdə qalib gəlmək imkanı çox olar? - Əlbəttə, təlim keçənin.

2. İkinci prinsip (müddəa): canlı nümunə olmaq. Bu müddəaya görə, Mən, BİRGƏ RAZILAŞMA KONSEPSİYASInı yaşam tərzimə çevirməli, öz timsalımda nümunə olmalıyam. İnsanlar deyilənləri deyil, gördükləri əməlləri təqlid edərlər. Həqiqətən də, Mən əgər əminəmsə ki, gətirmək istədiyim ideologiya özüm başda olmaqla digər insanları (fərdləri) da XOŞBƏXT edir, o zaman onu öz gündəlik həyat tərzimdə (fikirlərimlə, davranışlarımla, əməllərimlə və s.) əyani olaraq göstərməli, yaşamalıyam.   

Tutaq ki, BİRGƏ RAZILAŞMAya görə plüralizm, ifadə azadlığı təməl azadlıqlardandır və Mən də bunu qəbul etmişəm. Bu zaman Mən mütləq şəkildə bütün fikirlərə, hətta məni tənqid edən fikirlərin də səslənməsinə şərait yaratmalıyam və s. Ümumiyyətlə, nəyi tövsiyyə edirəmsə, ilk növbədə ona özüm əməl etməliyəm.  

3.Üçüncü prinsip: Öyrətmək, öyrətmək və öyrətmək.

3.1. Konsepsiya ilk növbədə kimlərə öyrədilməlidir? - Təbii ki, ilk növbədə öyrənmək istəyən hər kəsə. Hər bir cəmiyyətdə əhalinin müəyyən bir hissəsi (təxminən 5-10 faizi) innovativ, yenilikçiliyə meyilli olduğundan yeni meydana gələn istənilən ideya haqqında məlumatı ilkin olaraq həmin şəxslər əldə etmiş olurlar (daima axtarışda olduqlarına görə).  Əlbəttə, yerdə qalanları da məlumat əldə etməyə meyilli olurlar, lakin bu hal bir xeyli sonra tədricən baş verir. Ümumiyyətlə, insanın duyduğu təbii-mənəvi ehtiyaclarından biri də informasiyaya olan tələbatıdır ki,  (“qulaq gündə bir söz eşitməsə, kar olar”) strateji olaraq, mütləq bu məqam nəzərə alınmalıdır.

Məlum olduğu kimi, hər bir cəmiyyətin cuzi hissəsi təxminən 1 faizdən 10 faizə qədər olan kəsimi küyyaradanlar (aktiv olanlar), yerdə qalanlar isə küyəgedənlərdir ki, bunlar da kütləni təmsil edir. Eyni zamanda ictimai-siyasi baxımdan aktiv olan hissə (küyyaradanlar) və ya liderlər həm də müəyyən baza bilgilərinə malik olduqlarına görə,  ilk növbədə sözügedən konsepsiyanı bu kəsimə dəqiqliklə öyrətmək lazımdır. Bundan sonra proses təbii hal alaraq inkişaf edir ki, həmin liderlər konsepsiya ətrafında birləşməyə meyillənən digərlərini (onlara inananları, yaxud onların inandırdıqları) öyrədirlər. Ona görə də ilk mərhələdə strateji  hədəf həmin aktiv kəsimdir (əhalinin cəmi 1 faizi, bəzən hətta daha az da ola bilər).  Xüsusi olaraq qeyd edilməlidir ki, bu ideologiyanın qavranılması zehni fəaliyyətlə bağlı olduğuna görə beyni düşünməyə zorlayır, bu da prosesi ilkin mərhələ üçün bir qədər ləngidə bilir. Bunu da təbii qarşılamaq lazımdır, çünki insan beyni düşüncə, məntiq tələb edən məsələlərdə zora, gücə düşməkdən daima uzaq qaçmağa çalışır (komfort zonasından çıxmaq onu narahat edir), əksinə qavranılması yüngül olan məsələlərə (əyləncəli şoular və s.) isə rahat bir şəkildə meydan verir. Xüsusilə, bu nöqteyi-nəzərdən kütlənin (ümumiyyətlə, insanın)  əyləncəli şoulara meyilli olması obyektiv səbəbə söykənir və qavranılması yüngül olan məlumatlara fokuslanan insan beyninin funksional işləmi ilə əlaqəlidir.

3. 2. Üçüncü prinsipi yerinə yetirərkən tətbiq edilən taktiki gedişlərdən biri belədir:  “Mənə inanmırlarsa, qarşımdakı təqsirkar deyil”, yəni qarşı tərəfi ittiham etməyəcəyəm. Əgər mənim fikirlərimə inanmayırlarsa (əslində inandıra bilmirəm), deməli, səbəbini ilk növbədə özümdə axtaracağam və əsla qarşı tərəfi buna görə suçlamayacağam.

3.3. Əgər inanıramsa ki, əlimdən gələn bütün imkanlardan istifadə etdiyimə baxmayaraq qarşı tərəfi yenə də inandıra bilmədim iki məqamı anlamalıyam. 1) Ya adam müəyyən məqsədlidir (müxtəlif dairələrin nökəridir); 2) Ya da adamın həmin zaman üçün düşüncə tərzi məsələni qavramaq imkanından kənardır. Hər iki halda, adamı suçlamadan ona vaxtımı itirməyirəm və s.

Xüsusi strateji müddəalar (Qeyd edim ki, bütün ümumi strateji müddəalara ciddi şəkildə əməl edildikdən sonra xüsusi strateji müddəalara keçilməsi daha məqsədəuyğundur).

1. Öz resurlarını (insan, eləcə də maddi) ən yüksək səviyyədə qorumaq. Bildiyimiz kimi , BİRGƏ RAZILAŞMA KONSEPSİYASI FƏRDin mənafeyi üzərində (başlıca məqsədi FƏRDin xoşbəxliyinə nail olmaqdır ) qurulduğundan konsepsiyanı dəstəkləyən öz həyatını burda görən hər bir fərdin qorunması başlıca şərtdir.  Ona görə də, ilk növbədə bu amil nəzərə alınmalıdır (zərurət yaranarsa, tərəfdarların ononimliyi tam şəkildə təmin olunmalıdır).

2. BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın bütün tərəfdarlarını cəmləşdirən VAHİD BİRLİK yaratmaq – Məsələn; BİRGƏ RAZILAŞMA (HƏRƏKATI) TƏŞKİLATI (BRT).  BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın əsas fəlsəfi qayəsinə və müddəlarına uyğun şəkildə birliklər, dərnəklər, kulublar və s. müxtəlif platformalar formalaşdırmaq, burada ideyaları  öyrənmək və öyrətmək zəruruidir. Bunun üçün BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın fəlsəfəsinə və müddəalarına zidd olmayan istənilən taktiki üsul keçərlidir.

Məsələn, aşağıda bir sıra maarifləndimə vasitələrini göstərə bilərik:

-  Sosial şəbəklər;

-  İncəsənət (rəssamlıq, kino, klip və s);

-  Ədəbiyyat (poeziya, nəsr və s);

-  Debatlar (müxtəlif səpkili) və s.

Yaradıcı liderlər üçün üsul və vasitələr sərhəd tanımayır.

3. Hesabatlılığın təmin olunması ən vacib xüsusi strateji məqamlardandır. Fərd ilk növbədə özü özünə hesabat verməlidir ki, Mən özümün və yaxınlarımın XOŞBƏXT yaşamağını hədəfləyən BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın yeni SOSİAL REALLIĞa çevrilməsi üçün hansı addımları atıram və hansı nəticələr var və s. Məsələn, hesabatvermə aşağıdakı şəkildə ola bilər:

Gündəlik;

Həftəlik;

Aylıq;

Rüblük;

Altı aylıq;

İllik və s.

Fikrimcə, BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın yaşam tərzimizə çevrilməsi ilə bağlı bir sıra ümumi və xüsusi strateji məqamları nəzərə çatdıra bildim. Ümumilikdə isə prosesə yaradıcı yanaşılır, yəni istənilən üslub, taktika seçilə bilər, lakin bir şərtlə - BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın  müddəalarına zidd olmasın.

Ramin Allahverdi

Comments

Popular posts from this blog

“BİRGƏ RAZILAŞMA KONSEPSİYASI” kitabı

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU