Posts

Showing posts from July, 2021

27. BİRGƏ RAZILAŞMA VƏ ALİ MÜQAVİLƏ - KONSTİTUSİYA

  27. BİRGƏ RAZILAŞMA VƏ ALİ MÜQAVİLƏ - KONSTİTUSİYA     BİRGƏ RAZILAŞMA KONSEPSIYASIna görə, rasional olaraq birgə yaşayışın üstünlüklərinin təkbaşına yaşamaqdan qat-qat artıq olduğunu dərk edən Mən, Sən və O qərara gəlmşdik ki, birgə, yəni toplum (birlik) kimi yaşamaq kifayət qədər əhəmiyyətli olduğundan özümüzə aid azadlıqlarımızın müəyyən bir hissəsini məhdudlaşdırmağı məqsədəuyğun sayırıq və cəmiyyəti qururuq. Birlik yaratdıqda, yəni cəmiyyət olduqda təbii ki, hər birimizin fərdi maraqları bizi toqquşmalara gətirməsin deyə, xoşbəxt yaşamaq üçün BİRGƏ RAZILIĞA gəlirək əsas müddəları qeyd-şərtsiz qəbul edirik (bax: https://birgeraz.blogspot.com/2020/06/birg-razilasma-mn-sn-v-o.html ). həmin BİRGƏ RAZILAŞMAnın 5-ci müddəasında göstəririk ki, “müstəsna səlahiyyətimizin az və ya çox hissəsini hansısa bir hüquqi şəxs (məs.: dövlət) yaradıb ona verə bilərik”. Məhz buna görə də, biz DÖVLƏT adlı yeganə GÜC aparatı yaradırırq (bax: DÖVLƏT nədir? https://birgeraz.blogspot....