27. BİRGƏ RAZILAŞMA VƏ ALİ MÜQAVİLƏ - KONSTİTUSİYA

 

27. BİRGƏ RAZILAŞMA VƏ ALİ MÜQAVİLƏ - KONSTİTUSİYA  

 

BİRGƏ RAZILAŞMA KONSEPSIYASIna görə, rasional olaraq birgə yaşayışın üstünlüklərinin təkbaşına yaşamaqdan qat-qat artıq olduğunu dərk edən Mən, Sən və O qərara gəlmşdik ki, birgə, yəni toplum (birlik) kimi yaşamaq kifayət qədər əhəmiyyətli olduğundan özümüzə aid azadlıqlarımızın müəyyən bir hissəsini məhdudlaşdırmağı məqsədəuyğun sayırıq və cəmiyyəti qururuq. Birlik yaratdıqda, yəni cəmiyyət olduqda təbii ki, hər birimizin fərdi maraqları bizi toqquşmalara gətirməsin deyə, xoşbəxt yaşamaq üçün BİRGƏ RAZILIĞA gəlirək əsas müddəları qeyd-şərtsiz qəbul edirik (bax: https://birgeraz.blogspot.com/2020/06/birg-razilasma-mn-sn-v-o.html ). həmin BİRGƏ RAZILAŞMAnın 5-ci müddəasında göstəririk ki, “müstəsna səlahiyyətimizin az və ya çox hissəsini hansısa bir hüquqi şəxs (məs.: dövlət) yaradıb ona verə bilərik”. Məhz buna görə də, biz DÖVLƏT adlı yeganə GÜC aparatı yaradırırq (bax: DÖVLƏT nədir? https://birgeraz.blogspot.com/2020/06/5-birg-razilasma-v-dovlt.html ). DÖVLƏT yaradarkən onunla münbasibətlər kontekstində də özümüzə yeni bir hüquqi kimlik, status veririk ki, buna da VƏTƏNDAŞ kimliyi deyirik (bax: https://birgeraz.blogspot.com/2020/06/7-birg-razilasma-v-vtndasliq-institutu.html ). Deməli, VƏTƏNDAŞ və DÖVLƏT müəyyənləşdikdən sonra onlar arasında münasibətlər tənzimlənməlidir ki, DÖVLƏT də, VƏTƏNDAŞ da bilsin ki, hüquq və vəzifələri, öhdəlikləri nədən ibarətdir. Belə bir tənzimləməni həyata keçirən razılaşmaya, yaxud əsas müqaviləyə ehtiyac labüdləşdiyindən DÖVLƏT və VƏTƏNDAŞ arasında olan çoxşaxəli münasibətləri tənzimləyən birbaşa hüquqi qüvəyə malik ALİ  MÜQAVİLƏni, yaxud KONSTİSTUSİYAnı qəbul edirik. Beləliklə, sadə şəkildə desək, ANA MÜQAVİLƏ – KONSTİSTUSİYA DÖVLƏT və VƏTƏNDAŞ arasındakı çoxşaxəli münasibətləri tənzimləyən birbaşa hüquqi qüvvəyə malik olan ƏSAS razılaşmadır.

ALİ MÜQAVİLƏnin - KONSTİSTUSİYAnın əsasını təxminən aşağıdakı ümumi suallar üzrə müəyyən edə bilirik:

- DÖVLƏTi nə üçün yaratmışıq, onun ALİ məqsədi nədir?

- DÖVLƏT və VƏTƏNDAŞ münasibətləri necə olmalıdır?

- DÖVLƏTin üzərinə düşən vəzifə və öhdəliklər nədən ibarətdir?

- VƏTƏNDAŞın üzərinə düşən vəzifə və öhdəliklər hansılardır?

- DÖVLƏTin səlahiyyətləri nədən ibarətdir, eləcə də, DÖVLƏTə qoyulmuş qadağalar hansılardır?

- VƏTƏNDAŞın hüquq və azadlıqları nədir? Bu dəyərlərin toxunulmazlığının DÖVLƏT tərəfindən təminatı necə olmalıdır? və s.

Göstərdiyimiz həmin ümumi suallar əsasında da ALİ MÜQAVİLƏdə - KONSTİTUSİYAda DÖVLƏTin əsas səlahiyyətlərini, hüquq və vəzifələrini təqribən aşağıdakı kimi təsbit edə bilərik:

1.   DÖVLƏTin ən ali vəzifəsi Xoşbəxt, sülh şəraitində yaşamaq üçün Mənim, Sənin və Onun, yəni cəmiyyətin bütün üzvlərinin BİRGƏ RAZILAŞMA ilə təsbitlənmiş hüquq və azadlıqlarını, haqlarını qorumaq, həmçinin, ən yüksək səviyyədə təmin etməkdir;

2.   DÖVLƏT bizim BİRGƏ RAZILAŞMA əsasında qurulan cəmiyyətimizi birgəyaşayışımıza qarşı yönəlmiş və yaxud yönələcək hər cür təhlükədən mühafizə edır;

3.    DÖVLƏT BİRGƏ RAZILAŞMAnın (QANUNLARın) müddəalarını pozan kəslərin müvafiq normativ hüquqi aktlar çərçivəsində cəzalandırılmasını və s. yerinə yetirən bir hakimdir;

4.   DÖVLƏTə QADAĞANDIR: insanların (fərdlərin, vətəndaşların) hüquq və azadlıqlarını məhdudlaşdırmaq. Yəni DÖVLƏT heç bir halda insanların, fərdlərin, vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıra bilməz. Onların hüquq və azadlıqlarını ancaq BİRGƏ RAZILAŞMA, ALİ MÜQAVİLƏ - KONSTİTUSİYA (həmçinin QANUNLAR) məhdudlaşdıra bilər. Bu mənada DÖVLƏT sadəcə həmin qanunların həyata keçirilməsini təmin edən bir mexanizmdir, aparatdır.

5.   VƏTƏNDAŞ - BİRGƏ RAZILAŞMA və onun bazasında təsbit olunmuş ALİ MÜQAVİLƏ – KONSTİTUSİYA başda olmaqla bütün qəbul edilən qanunlarda əksini tapmış İNSAN (FƏRD), VƏTƏNDAŞ hüquq və azadlıqlarını, haqlarını hər yerdə daima müdafiə edən cəmiyyət üzvüdür;

6.   VƏTƏNDAŞ - DÖVLƏTin, HÖKUMƏTin, HAKİMİYYƏTin fəaliyyətinə daim nəzarət etməyə borcludur;

7.   VƏTƏNDAŞ - DÖVLƏT (hökumət, hakimiyyət) nümayəndələrindən istənilən an hesabat tələb etməyə borcludur;

8.   VƏTƏNDAŞa QADAĞANDIR! Təkbaşına, yaxud qrup halında özbaşına, ALİ MÜQAVİLƏdə (KONSTİTUSİYADA) göstərilən legitim üsullardan kənar halda DÖVLƏT və ya onun hansısa bir GÜC mərkəzi üzərində səlahiyyətləri mənimsəmək, ələ keçirmək.

9.   ALİ MÜQAVİLƏdə - KONSTİTUSİYAda dəyişiklik edilməsinə yol verilmir. Yalnız bütün VƏTƏNDAŞların mütləq əksəriyyətinin (təxminən 95 faizi) tələbi və iştirakı ilə mümkün ola bilər və s.  

 

Ramin Allahverdi

Comments

Popular posts from this blog

“BİRGƏ RAZILAŞMA KONSEPSİYASI” kitabı

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU