Posts

Showing posts from January, 2022

1. ELM NƏDİR? ELMİN ƏSAS MEYARLARI (XÜSUSİYYƏTLƏRİ) HANSILARDIR?

  1. ELM NƏDİR? ELMİN ƏSAS MEYARLARI (XÜSUSİYYƏTLƏRİ) HANSILARDIR?   Hazırda cəmiyyətimizdə və ümumilikdə Şərq (müsəlman) aləmində ELM anlayışı ilə bağlı onun mahiyyətini qətiyyən əks etdirməyən, hətta bəzən ona zidd olan fikirlər, mülahizələr meydan sulamaqdadır. Bəziləri az qalsın ki, dini, mifi, mövhumatı, xurafatı da bir Elm kimi təqdim etsinlər. Bunların bir qismi avvamlıqdan, təhsilsizlikdən, bilgisizlikdən irəli gəlsə də yaranmış vəziyyətdən məharətlə sui-istifadə edən maraqlı qüvvələr da çoxdur. Həmin maraqlı qüvvələr (xüsusilə insanların, kütlələrin dini inanclarından istifadə edən “dindarlar”, dini qüvvələr) əslində öz çirkin məqsədlərini (ələl-xüsüs əhalinin korafəhim qalmasını, təhsildən, elmdən uzaq düşərək asan şəkildə həmin dini qüvvələrin cəfəng ideyalarının köləsinə çevrilməsini təmin etmək məqsədilə) dini (hətta bəzən mövhumatı) məsələləri “ELM” qifayəsinə bürüməklə guya ki, əsl elmin məhz dinlə və s. bağlı olduğunu həyasıcasına iddia edirlər. Bu tələyə düşən “elm