Posts

Showing posts from May, 2022

FEMİNİZMƏ DAİR BİLGİLƏR

    FATİMƏ ƏLİZADƏ   FEMİNİZMƏ DAİR BİLGİLƏR                                Açar sözlər: f eminizm, qadın, qadın və kişi bərabərliyi   Feminizm latın mənşəli “femina” kəlməsindən əmələ gəlmiş “qadın” deməkdir. Ümumilikdə, feminizm məfhumu bərabərliyi və toplumsal qruplar arasındakı fərqliliklərin yox edilməsini müdafiə edir. Feminizm kütləvi anlaşılan kişi düşmənliyi düşüncəsinin əksinə olaraq, cinsiyət bərabərsizliyini gündəmə gətirən, ön plana qoyan bir cərəyandır. Sadəcə qadınları deyil, kişiləri də əhatə edən feminizm anlayışı gerçək bərabərliyi ortaya qoymaq məqsədi güdür. Feminizm deyərkən onun tərəfdarlarınının qadınlar olduğu ilk ağıla gəlsə də,   sözügedən cərəyanı müdafiə edən kişilər də vardır. Yəni kişilər də eynilə qadınlar kimi bu yanaşmanı müdafiə edə, dəstəkləyə bilər və gender problemlərinin həll olunması üçün səy göstərə bilərlər.     Feminizm patriarxal nizama (düzənə) qarşı mübarizə aparır. Dolayısıyla da bu düzənin cinsi ayrı-seçkilik doğurduğu qaydal