Posts

Showing posts from August, 2022

BİRGƏ RAZILAŞMA və GÜNDƏM

  BİRGƏ RAZILAŞMA və GÜNDƏM     GÜNDƏM nədir? GÜNDƏM nə üçün lazımdır? Gündəm məsələsi həddindən artıq əhəmiyyətli strateji məqamlardan biridir. İlk növbədə onu bildirməliyəm ki, ideologiyaların mütləq əksəriyyəti, demək olar ki,  FƏRDin maraqlarını öz qrup, partiya, təşkilat, cəmiyyət, dəstə  və s. maraqlarına qurban verir. BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın digər ideologiyalardan üstünlüyü həm də ondadır ki, sözügedən konsepsiya məhz birbaşa Fərdin maraqları üzərində qurulmuşdur və özünün əsas yeddi müddəası ilə insanın xoşbəxt yaşamasının konkret düsturunu müəyyənləşdirmək iqtidarındadır (bax: https://birgeraz.blogspot.com/2020/06/1-birg-razilasma-konsepsiyasi.html ). Buna görə də, FƏRD əslində BİRGƏ RAZILAŞMA KONSEPSİYASInı dəstəkləməklə, eyni zamanda, müstəqim surətdə özünün maraqlarını, özünü dəstəkləmiş olur (bax:   https://birgeraz.blogspot.com/2021/11/birg-razilasma-konsepsiyasi-kitab.html ). Gündəm məsələsi, qeyd etdiyimiz kimi, olduqca ...