Posts

Showing posts from September, 2022

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

  Ramin Allahverdi   Filologiya üzrə fəlsəfə doktoru   DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?   Məlumdur ki, istənilən xalqın, millətin milli kimliyini təmsil edən əsas amillərdən biri və bəlkə də, birincisi onun dilinin olmasıdır. Belə ki, vahid dil ümumi birləşdirici cəhət kimi müstəsna əhəmiyyət daşımaqdadır. Bildiyimiz kimi, Azərbaycan dili türk dilləri ailəsinə mənsub olub, onun Oğuz yarımqrupuna daxildir. Varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından M.Ə.Rəsulzadə dilimizlə bağlı o dövrdə yazırdı: “ “Kəndi ləhceyi-məxsüsəsilə Anadolu türkcəsinə yaxın bir şivə ilə qonuşan Azərbaycan türkü müxtəlif şivələrə malik və olduğu yerlərə nisbətlə müxtəlif isimlər daşıyan böyük türk ağacının bir dalıdır. Azəri türklərinin hal-hazırda oturduqları yerlər min ilə qədim türk xəlqi ilə məskun idi. Gərək Bakı, Gəncə, Şamaxı, İrəvan ilə Təbriz, Marağa, Ərdəbil və sairə kibi vilayətlər və gərək Muğan, Arran, Qarabağ və Qaradağ kibi məmləkətlər daima ...