Posts

Showing posts from April, 2024

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU   SEÇKİ nədir? SEÇKİ İNSTİTUTU.   Bir çox ictimai-siyasi məfhumlar kimi SEÇKİ sözünün də mənası təhrif edilmiş haldadır. Ona görə, əvvəlcə həmin məfhumun müvafiq elmi-nəzəri mənbələrlə çulğalaşan məzmununu izah edək. SEÇKİ ilk növbədə müstəqil şəkildə, heç bir istənilən növ təsirə (zorakılıq, yumşaq güc və s.) məruz qalmadan cəmiyyət üzvlərinin – Mən, Sən, Onun öz xoşbəxt yaşam tərzini müəyyənləşdirə bilmək haqqı deməkdir. Bu haqqı Biz ilk dəfə bir araya gələrək, azad, müstəqil surətdə, heç bir təzyiq olmadan Birgə Razılaşma Konsepsiyasını qəbul etməklə tətbiq etmiş oluruq. Və buna əsaslanan Cəmiyyəti (Birgə Razılaşma Cəmiyyətini) qururuq. Bundan sonra cəmiyyətimizin idarə olunması üçün Dövlət yaradırıq və onun idarəetməsini - Hakimiyyəti Seçki yolu ilə aramızdan, cəmiyyət üzvləri sırasından müəyyənləşdiririk. Yəni cəmiyyətin və həmçinin dövlətin idarəolunmasını leqal, legitim yolla həyata keçirmək üçün bir mexanizm olan SEÇKİ İNSTİTUTUnu