Posts

Showing posts from February, 2021

22. BİRGƏ RAZILAŞMA və LEGİTİMLİK

  22. BİRGƏ RAZILAŞMA və LEGİTİMLİK   M ü t ə x ə ssisl ə r LEG İ T İ ML İ K m ə fhumunu anlamaq üçü n onun ç oxmeyarl ı xarakter ə malik oldu ğ unu q ə bul etm ə yin z ə ruri oldu ğ unu bildirirl ə r . Devid Bisam ( David Beetham ) ö z ü n ü n m əş hur “ G ü c ü n legitimliyi ” (“ The legitimation of power ”) əsərində GÜCün LEGİTİM olmasını şərtləndirən üç vacib cəhətin bir arada mövcudluğunun labüd olduğunu bildirərək yazır: 1. o (güc – R.A.) müəyyən edilmiş qaydalara uyğun olmalı; 2. qaydalar həm dominant (tabe edən – R.A.), həm də tabe olanların bölüşdüyü inanclara istinad edilərək əsaslandırılmalı;   3. bu xüsusi gücə münasibətdə tabe olan şəxsin razılığına dair göstəricilər (sübutlar) olmalıdır   (bax: David Beetham. “The legitimation of power”. 1991. s. 15-16). Alimin də göstərdiyi kimi, cəmiyyətdə hər hansısa bir GÜCə (dövlət, hakimiyyət və s.) mütləq şəkildə razılıq verilməlidir ki, legitimləşsin. Bəs belə bir   razılığı kim verir? Əlbəttə ki,

23. BİRGƏ RAZILAŞMA VƏ CİNSİ AZLIQLAR (LGBT)

23. BİRGƏ RAZILAŞMA VƏ CİNSİ AZLIQLAR (LGBT)     Yaşadığımız toplumda daşlaşmış mental şablonlara görə, bəhs edəcəyimiz bu mövzu güman ki, bir çoxlarını öyrənilmiş, ənənəvi komfort düşüncə zonasından çıxara bilər. Lakin başa düşməliyik ki, həqiqət yalnız sivil müzakirə müstəvisində, sorğulanarkən aşkarlanır, əks halda nəyin doğru, nəyin yalnış olduğunu ayırd etmək müşkül olur. Bu isə cəmiyyəti bir qrup dələduz, hoqqabaz siyasilərin asanlıqla qurbanına çevirə bilir. AZAD və XOŞBƏXT bir insan cəmiyyəti üçün nələrin vacib olduğunu aydın şəkildə sərgiləyən BİRGƏ RAZLAŞMA KONSEPSİYASInın sözügedən məsələ ilə də bağlı bəlli bir yanaşması var. Həmin yanaşmanı təqdim etməzdən öncə cinsi azlıqlar (LGBT) barədə bəzi ümumi vacib məlumatları bölüşək. Elmi-nəzəri, elmi-tibbi ədəbiyyatlarda cinsi azlıqlar əvvələr əsasən homoseksuallıq (eynicinslilər arasında yaşanan romantika, eşq, intim əlaqə) termini ilə səciyyələndirilsə də, son dönəmlərdə daha çox LGBT (Lezbiyan, Gey, Biseksual, Transseksu