Posts

Showing posts from October, 2021

32. BİRGƏ RAZILAŞMA KONSEPSİYASININ YAZILMASINA DAİR (yekunlaşdırıcı söz)

  32. BİRGƏ RAZILAŞMA KONSEPSİYASININ YAZILMASINA DAİR (yekunlaşdırıcı söz)         BİRGƏ RAZILAŞMA konsepsiyasını yazmağımın əsas səbəbi Mənim özüm də daxil olmaqla FƏRDi (İNSASNı), yəni Mən, Sən və Onu XOŞBƏXT edə biləcək ədalətli ictimai-siyasi idarəetmə modelinə sahiblənən toplum formalaşdırmaq niyyətimlə bağlıdır.   Bu konsepsiya FƏRDin (Mən, Sən və Onun) ən ali istəyi olan, XOŞBƏXT yaşamaq diləyini təmin edən mütərəqi yeni   SOSİAL REALLIĞın möhkəm fundamentidir. BİRGƏ RAZILAŞMA modeli məmləkətimzdə olan hazırkı ədalətsiz, qanunların işləmədiyi, yalınız bir ovuca xidmət göstərən, digər mütləq əksəriyyətin hüquq və təməl azadlıqlarını bütün müstəvilərdə tapdalamaqla onları BƏDBƏXT edən, zor gücünə hegomonluğunu sürdürməyə çalışan ictimai-siyasi idarəetmə siteminin ən ideal ALTERNATİVİdir. ALTERNATİV olaraq,   BİRGƏ RAZILAŞMA KONSEPSİYASI hər bir FƏRDin, yəni Mən, Sən və Onun ən ümdə arzusu olan XOŞBƏXT YAŞAMAQ istəyinin təmin olunması...

31. BİRGƏ RAZILAŞMA VƏ İCRAEDİCİ HAKİMİYYƏT

31. BİRGƏ RAZILAŞMA VƏ İCRAEDİCİ HAKİMİYYƏT   “BİRGƏ RAZILAŞAMA VƏ HAKİMİYYƏT” adlı yazıda HAKİMİYYƏTin mahiyyəti və onun zərurətdən yaranan bölgüsü haqqında yazmışdım (HAKİMİYYƏT nədir? bax: https://birgeraz.blogspot.com/2020/06/6-birg-razilasma-v-hakimiyyt.html ; həmçinin, QANUNVERİCİ HAKİMİYYƏT nədir?   (bax: https://birgeraz.blogspot.com/2020/06/12-birg-razilasma-v-qanunverici.html ); eləcə də, ƏDALƏT (MƏHKƏMƏ) HAKİMİYYƏTİ nədir? (bax: https://birgeraz.blogspot.com/2020/06/10-birg-razilasma-v-dalt-mhkm-hakimiyyti.html )). Hazırkı yazıda isə BİRGƏ RAZILAŞMA KONSEPSİYASIna görə İCRAEDİCİ HAKİMİYYƏT necə olmaldır sualına cavab veririrk. İCRAEDİCİ HAKIMIYYƏT BİRGƏ RAZILAŞMA başda olmaqla onun əsasında qəbul edilən ALİ MÜQAVİLƏ – KONSTİTUSİYA   (bax: https://birgeraz.blogspot.com/2021/07/27-birg-razilasma-v-ali-muqavil.html ) və bütün QANUNLARı, normativ hüquqi aktları rəhbər tutaraq öz fəaliyyətini müəyyən edilmiş səlahiyyətləri çərçivəsində həyata keçirən bir HAKİMİ...

30. BİRGƏ RAZILAŞMADA ETNİK VƏ MİLLİK KİMLİK (AZƏRBAYCANLI MİLLİ KİMLİYİ)

  30. BİRGƏ RAZILAŞMADA ETNİK VƏ MİLLİK KİMLİK (AZƏRBAYCANLI MİLLİ KİMLİYİ)   Əvəlcə, ETNİK kimlik məsələsinə aydınlıq gətirək. Elmi ədəbiyyatda etnik birlik dedikdə   (yun.  – “xalq, tayfa”  sözündәn)  –  ümumi  özünüdәrkә (etnik eynilik), hәmçinin ümumi dil vә ümumi mәdәni xüsusiyyәtlәrә malik insanların qrupu (xalq) nəzərdə tutulur. Etnik birlik anlayışı bu mənada milliyyət məfhumu ilə üst-üstə düşür. MİLLİ KİMLİK anlayışı isə vahid dil, ölkə (coğrafi aspekt), hüquqi öhdəçilik (dövlət və vətəndaşlıq aspekti), ümumi-müştərək mədəni xüsisiyyətlər baxımından səciyyələndirilə bilir. Bəs indi görək Azərbaycanda ETNİK (milliyyət) və MİLLİ KİMLİK məsələsini necə xarakterizə edə bilərik? M.Ə. Rəsulzadə “Azərbaycan xəlqi” yazsısında qeyd edir:   “Azərbaycanlılar milliyyət etibarilə türk, din etibarilə islam, ədəniyyəti-əsasiyyə etibarilə şərqlidirlər” Bəli, həqiqətən də Azərbaycanlı KİMLİYİnin daşıyıcıları mütləq əksəriyyət olaraq etnik...