31. BİRGƏ RAZILAŞMA VƏ İCRAEDİCİ HAKİMİYYƏT

31. BİRGƏ RAZILAŞMA VƏ İCRAEDİCİ HAKİMİYYƏT

 

“BİRGƏ RAZILAŞAMA VƏ HAKİMİYYƏT” adlı yazıda HAKİMİYYƏTin mahiyyəti və onun zərurətdən yaranan bölgüsü haqqında yazmışdım (HAKİMİYYƏT nədir? bax: https://birgeraz.blogspot.com/2020/06/6-birg-razilasma-v-hakimiyyt.html; həmçinin, QANUNVERİCİ HAKİMİYYƏT nədir?  (bax: https://birgeraz.blogspot.com/2020/06/12-birg-razilasma-v-qanunverici.html ); eləcə də, ƏDALƏT (MƏHKƏMƏ) HAKİMİYYƏTİ nədir? (bax: https://birgeraz.blogspot.com/2020/06/10-birg-razilasma-v-dalt-mhkm-hakimiyyti.html)). Hazırkı yazıda isə BİRGƏ RAZILAŞMA KONSEPSİYASIna görə İCRAEDİCİ HAKİMİYYƏT necə olmaldır sualına cavab veririrk. İCRAEDİCİ HAKIMIYYƏT BİRGƏ RAZILAŞMA başda olmaqla onun əsasında qəbul edilən ALİ MÜQAVİLƏ – KONSTİTUSİYA  (bax: https://birgeraz.blogspot.com/2021/07/27-birg-razilasma-v-ali-muqavil.html) və bütün QANUNLARı, normativ hüquqi aktları rəhbər tutaraq öz fəaliyyətini müəyyən edilmiş səlahiyyətləri çərçivəsində həyata keçirən bir HAKİMİYYƏT qoludur.

İCRAEDİCİ HAKIMIYYƏTin səlahiyyətləri, fəaliyyəti elə bir çərçivəyə salınmalıdır ki, istəsə belə, digər hakimiyyət qollarının işinə müdaxilə edə bilməsin (burun soxması mümkünsüz olsun). Bunun üçün İCRAEDİCİ HAKIMIYYƏT BİRGƏ RAZILAŞMAnın tələblərinə uyğun hazırlanmış QANUNLARla müvafiq labirintlərə (bəlli fəaliyyət çərçivələrinə) salınmalıdır. Məsələn; Konkret müddət üçün hakimiyyəti təmsil etməli, müəyyən edilmiş müddət başa çatdıqdan sonra birmənalı şəkildə hakimiyyəti təhvil verməlidir. ƏDALƏT (MƏHKƏMƏ) HAKİMİYYƏTİ nümayəndələri ƏDALƏT KEŞİKÇİləri (hakimlər) ömürlük seçilməli, QANUNVERİCİ HAKİMİYYƏT tərəfindən təsdiq edilməlidir. Həmçinin  İCRAEDİCİ HAKIMIYYƏTi təmsil edən hökumətin formalaşmasında QANUNVERİCİ HAKİMİYYƏT birbaşa iştirak etməlidir və s.

İCRAEDİCİ HAKIMIYYƏTin yeganə legitim QÜVVƏT aparatı olan DÖVLƏTin GÜC resurslarına birbaşa rəhbərlik etdiyinə görə, ölkənin, BİRGƏ RAZILAŞMA KONSEPSİYASIna uyğun yaşayan cəmiyyətin xarici və daxili təhlükəsizlik məsələlərində də ilk növbədə cavabdehlik daşıyır. Xarici təhlükəsizliyi təmin etmək üçün peşəkar ORDU formalaşdırılmalıdır (bax: ORDU necə olmalıdır? https://birgeraz.blogspot.com/2020/12/20-birg-razilasma-v-ordu.html ). Daxili təhlükəsizlik isə müvafiq qurumlar (polis və s.) tərəfindən ilk növbədə BİRGƏ RAZILAŞMA, ALİ MÜQAVİLƏ - KONSTİTUSİYA və digər QANUNların tələblərinə uyğun biçimdə həyata keçirilməlidir. Xüsusilə, bu həssas istiqamətlər üzrə İCRAEDİCİ HAKIMIYYƏTin bütün fəaliyyəti ciddi ictimai nəzarətdə olmalı, daimi olaraq cəmiyyət üzvləri tərəfindən izlənilməlidir. Qanunsuzluğa yol verən DÖVLƏT XİDMƏTÇİləri dərhal müvafiq şəkildə cəzalandırılmalıdır, yeri gələrsə, İCRAEDİCİ HAKIMIYYƏTi təmsil edən HÖKUMƏT isə istefaya göndərilməklə rədd edilməli və yenisi formalaşdırılmalıdır.

Ramin Allahverdi


Comments

Popular posts from this blog

“BİRGƏ RAZILAŞMA KONSEPSİYASI” kitabı

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU