32. BİRGƏ RAZILAŞMA KONSEPSİYASININ YAZILMASINA DAİR (yekunlaşdırıcı söz)

 

32. BİRGƏ RAZILAŞMA KONSEPSİYASININ YAZILMASINA DAİR (yekunlaşdırıcı söz)    

 

BİRGƏ RAZILAŞMA konsepsiyasını yazmağımın əsas səbəbi Mənim özüm də daxil olmaqla FƏRDi (İNSASNı), yəni Mən, Sən və Onu XOŞBƏXT edə biləcək ədalətli ictimai-siyasi idarəetmə modelinə sahiblənən toplum formalaşdırmaq niyyətimlə bağlıdır.

 Bu konsepsiya FƏRDin (Mən, Sən və Onun) ən ali istəyi olan, XOŞBƏXT yaşamaq diləyini təmin edən mütərəqi yeni  SOSİAL REALLIĞın möhkəm fundamentidir.

BİRGƏ RAZILAŞMA modeli məmləkətimzdə olan hazırkı ədalətsiz, qanunların işləmədiyi, yalınız bir ovuca xidmət göstərən, digər mütləq əksəriyyətin hüquq və təməl azadlıqlarını bütün müstəvilərdə tapdalamaqla onları BƏDBƏXT edən, zor gücünə hegomonluğunu sürdürməyə çalışan ictimai-siyasi idarəetmə siteminin ən ideal ALTERNATİVİdir. ALTERNATİV olaraq,  BİRGƏ RAZILAŞMA KONSEPSİYASI hər bir FƏRDin, yəni Mən, Sən və Onun ən ümdə arzusu olan XOŞBƏXT YAŞAMAQ istəyinin təmin olunması üzərində qurulduğundan məhz RAZILAŞMAnın təməl müddəalarını, onun əsasında formalaşdırılan ALİ MÜQAVİLƏ – KONSTİTUSİYA, eləcə də, digər Qanunların yüksək səviyyədə işləkliyi (hegomonluğu) ilə FƏRDin (İNSANın) təməl hüquq və azadlıqlarını qoruduğu, ədalətli ictimai-siyasi idarəetmə modelidir.

  BİRGƏ RAZILAŞMA KONSEPSİYASInı yazmağımın və təqdim etməyimin nəticəsində:

- İlk növbədə, hər bir FƏRDin XOŞBƏXT, DİNC yaşamasını təmin etmək üçün cəmiyyətin ədalətli ictimai-siyasi idarəçilik sisteminin formalaşdırılmasına dair fundamental ideyaları konsepsiya halında aydın şəkildə müəyyənləşdirmiş oldum. Həm də bu ideologiyanın ən münasib və uyğun olduğuna əminliyimi qətiləşdirdim (istənilən debatda bunu yüksək səviyyədə əsaslandırmağa hazıram).

- Cəmiyyətin bütün problemlərini ədalətli və ən uyğun şəkildə həll etməyə qabil olan BİRGƏ RAZILAŞMA KONSEPSİYASInı hər kəsə çatdırmış oldum.

- Cəmiyyətimizin hazırkı ideoloji boşluğa yuvarlandığı dönəmdə mövcud ədalətsiz ictimai-siyasi idarəçilik siteminin əvəzinə nümunəvi BİRGƏ RAZILAŞMAnın hökmranlıq edəcəyi ədalətli ictimai-siyasi idarəçilik modelini (sistemini) təqdim etməklə labüd çıxış yolunu göstərmiş oldum.

- Sözügedən KONSEPSİYA cəmiyyətimizin bütün düşünə bilən FƏRDlərinə ünvanlanıb. Öz FƏRDİ XOŞBƏXTLİYİni istəyən hər kəsi bu ideologiyanı əvvəlcə öyrənməyə, sonra öyrətməyə sevgi və sayqılarımla çağırıram.

Yaşasın, FƏRDİ - Mən, Sən və Onu XOŞBƏXT etmək iqtidarında olan BİRGƏ RAZILAŞMA!

 

Ramin Allahverdi

Comments

Popular posts from this blog

“BİRGƏ RAZILAŞMA KONSEPSİYASI” kitabı

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU