30. BİRGƏ RAZILAŞMADA ETNİK VƏ MİLLİK KİMLİK (AZƏRBAYCANLI MİLLİ KİMLİYİ)

 

30. BİRGƏ RAZILAŞMADA ETNİK VƏ MİLLİK KİMLİK (AZƏRBAYCANLI MİLLİ KİMLİYİ)

 

Əvəlcə, ETNİK kimlik məsələsinə aydınlıq gətirək. Elmi ədəbiyyatda etnik birlik dedikdə (yun.  – “xalq, tayfa”  sözündәn)  –  ümumi  özünüdәrkә (etnik eynilik), hәmçinin ümumi dil vә ümumi mәdәni xüsusiyyәtlәrә malik insanların qrupu (xalq) nəzərdə tutulur. Etnik birlik anlayışı bu mənada milliyyət məfhumu ilə üst-üstə düşür.

MİLLİ KİMLİK anlayışı isə vahid dil, ölkə (coğrafi aspekt), hüquqi öhdəçilik (dövlət və vətəndaşlıq aspekti), ümumi-müştərək mədəni xüsisiyyətlər baxımından səciyyələndirilə bilir.

Bəs indi görək Azərbaycanda ETNİK (milliyyət) və MİLLİ KİMLİK məsələsini necə xarakterizə edə bilərik?

M.Ə. Rəsulzadə “Azərbaycan xəlqi” yazsısında qeyd edir:  “Azərbaycanlılar milliyyət etibarilə türk, din etibarilə islam, ədəniyyəti-əsasiyyə etibarilə şərqlidirlər”

Bəli, həqiqətən də Azərbaycanlı KİMLİYİnin daşıyıcıları mütləq əksəriyyət olaraq etnik baxımdan (milliyətcə) türkdürlər (Oğuz türkləri). Bununla yanaşı etnik azlıq nümayəndələri də ölkəmizdə yaşayırlar. Yuxarıda MİLLİ KİMLİK məfhumunu səciyyələndirərkən müəyyənləşən xüsusiyyətlər bütün etnik birliklərin bu nöqteyi-nəzərdən vahidləşərək AZƏRBAYCANLI MİLLİ KİMLİYİnin təmsilçisi kimi təqdim edilməsinə əsas verir.

  Bunu şərtləndirən amilləri ölkəmizə nəzərən bir daha diqqətdən keçirək.

 - Vahid dil birliyi - AZƏRBAYCAN DİLİdir (Azərbaycan türkcəsi, ya da Azərbaycan türk dili). Bütün etnik birlik (KİMLİK) nümayəndələri bu dildə sərbəst danışırlar.   

- Vahid coğrafi ərazi - ölkə (vətən):  AZƏRBAYCAN RESPUBLİKASI burada tarixən bugünədək yaşayan insanların ümumi vətənidir.

- Ümumi-müştərək mədəni xüsusiyyətlərə malik (bəzi fərqli cizgilər olsa da)  vahid mədəniyyət sistemi mövcuddur.

- Qarşılıqlı hüquqi öhdəçiliyi olan hər kəs (bütün etnik kimliklər) Azərbaycan dövlətinin bərəbərhüquqlu VƏTƏNDAŞI KİMLİYİnin daşıyıcılarıdır.

  Beləliklə, harada yaşamasından  asılı olmayaraq bu xüsusiyyətləri daşıyan insanlar, bütövlükdə isə Azərbaycan Respublikasının bütün əhalisi AZƏRBAYCANLI MİLLİ KİMLİYİnin daşıyıcılarıdır (Qeyd: “Azərbaycanlı” sözünün məhz sinonimi kimi “Azəri”, yaxud “Azəri türkü” sözləri də eyni məzmunu ehtiva etdiyi təqdirdə işlədilməsi məqbul sayılmalıdır).  

BİRGƏ RAZILAŞMAya görə, AZƏRBAYCANLI MİLLİ KİMLİYİ İNSAN (FƏRD) KİMLİYİNƏ bərəbər tutulur, Azərbaycan dövləti ilə hüquqi bağlılıq olduğu halda isə həm də AZƏRBAYCAN VƏTƏNDAŞI KİMLİYİ ilə çulğalaşır və ən yüksək statusa malikdir.

Ramin Allahverdi

Comments

Popular posts from this blog

“BİRGƏ RAZILAŞMA KONSEPSİYASI” kitabı

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU