BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİ / MÜSABİQƏ ELANI

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİ

 

MÜSABİQƏ ELANI

 

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİ “BİRGƏ RAZILAŞMA KONSEPSİYASI fərdin xoşbəxtliyini təmin edir” adlı yazı müsabiqəsi (məqalə, tezis)  keçirir. Ən yaxşı yazı müəlliflərinə kitab hədiyyələri olacaq. Ümumilikdə bütün qəbul edilmiş yazılar saytda yerləşdiriləcək.

Müsabiqə mövzuları aşağıdakılardır:

 

1. İnsanlar niyə cəmiyyət halında yaşamalıdırlar? Birgə Razılaşma Cəmiyyəti niyə lazımdır?

2. Ədalətli cəmiyyət necə olmaldır? Birgə Razılaşma Konsepsiyasına görə ədalətli cəmiyyət necə olmalıdır?

3. Fərd nə zaman xoşbəx ola bilər? Birgə Razılaşma Konsepsiyasında fərdin yeri. 

4. Din obyektiv, yoxsa subyektiv gerçəklikdir? Birgə Razılaşma Konsepsiyasına görə dini kimlik necə olmalıdır?

5. Qadınlar kişilərlə bərabər hüquqlu olmalıdırlarmı? Birgə Razılaşma Konsepsiyasına görə feminizm nədir?

6. İdeologiyanın cəmiyyətdə legitimlik qazanmasının yolları hansılardır?

 

Məqalələrin (tezislərin) tərtibinə dair tələblər aşağıdakı kimidir:

·         müəllifin (müəlliflərin) adı, soyadı, ata adı;  təmsil etdiyi müəsisənin adı; elektron ünvanı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);

·         tezizslərin adı – 14 pt, tünd rəng, ortadan;

·         məqalə Times New Roman şrifti ilə 12 pt ilə;yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan – 2 sm, sağdan – 2 sm; sətirlərarası interval – 1,5 sm;

·         məqalə (tezis) minumum 500, maksimum 2000 sözdən ibarət olmalıdır.

·         ədəbiyyata (əgər varsa) istinadlar mötərizədə göstərilir; Məsələn: (4, 27)

·         ədəbiyyat (əgər varsa) siyahısı əlifba sırası ilə verilir.

·         açar sözlər mətnin yazıldığı dildə (3-5 söz) sonda qeyd olunur.

 

İşçi dil Azərbaycan dilidir. Lakin ingilis, türk, rus dillərində yazılmış yazılar da qəbul edilir bir şərtlə ki, tam mətn həm də Azərbaycan dilində təqdim edilmiş olsun.

 

Müsabiqədə iştirak etmək istəyənlər məqalələri (tezisləri) 22 fevral 2022-ci il tarixinə qədər birgerazilasma@yandex.com  e-mail ünvanına göndərməlidirlər.

 

 Müsabiqənin nəticələri barədə məlumat 27 fevral 2022-ci il tarixində https://birgeraz.blogspot.com internet ünvanında elan olunacaq.


 Qeyd: “Birgə Razılaşma Konsepsiyası” kitabının pdf formasını aşağıdakı linklərdən yükləyə bilərsiniz:

 1.  https://drive.google.com/file/d/18KBSs9a4sSdhmEKOVsPrBrwujLU0QVDT/view?usp=sharing

 

2..https://www.academia.edu/61385818/B%C4%B0RG%C6%8F_RAZILA%C5%9EMA_KONSEPS%C4%B0ASI_RAM%C4%B0N_A?fbclid=IwAR02G_pyi9Jc4IE5L1muPY-XmaHQW9p0uS5zyf4DhaDywGf9doRt0XkzHG4

 

 


Comments

Popular posts from this blog

“BİRGƏ RAZILAŞMA KONSEPSİYASI” kitabı

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU