Posts

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU   SEÇKİ nədir? SEÇKİ İNSTİTUTU.   Bir çox ictimai-siyasi məfhumlar kimi SEÇKİ sözünün də mənası təhrif edilmiş haldadır. Ona görə, əvvəlcə həmin məfhumun müvafiq elmi-nəzəri mənbələrlə çulğalaşan məzmununu izah edək. SEÇKİ ilk növbədə müstəqil şəkildə, heç bir istənilən növ təsirə (zorakılıq, yumşaq güc və s.) məruz qalmadan cəmiyyət üzvlərinin – Mən, Sən, Onun öz xoşbəxt yaşam tərzini müəyyənləşdirə bilmək haqqı deməkdir. Bu haqqı Biz ilk dəfə bir araya gələrək, azad, müstəqil surətdə, heç bir təzyiq olmadan Birgə Razılaşma Konsepsiyasını qəbul etməklə tətbiq etmiş oluruq. Və buna əsaslanan Cəmiyyəti (Birgə Razılaşma Cəmiyyətini) qururuq. Bundan sonra cəmiyyətimizin idarə olunması üçün Dövlət yaradırıq və onun idarəetməsini - Hakimiyyəti Seçki yolu ilə aramızdan, cəmiyyət üzvləri sırasından müəyyənləşdiririk. Yəni cəmiyyətin və həmçinin dövlətin idarəolunmasını leqal, legitim yolla həyata keçirmək üçün bir mexanizm olan SEÇKİ İNSTİTUTUnu

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

  Ramin Allahverdi   Filologiya üzrə fəlsəfə doktoru   DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?   Məlumdur ki, istənilən xalqın, millətin milli kimliyini təmsil edən əsas amillərdən biri və bəlkə də, birincisi onun dilinin olmasıdır. Belə ki, vahid dil ümumi birləşdirici cəhət kimi müstəsna əhəmiyyət daşımaqdadır. Bildiyimiz kimi, Azərbaycan dili türk dilləri ailəsinə mənsub olub, onun Oğuz yarımqrupuna daxildir. Varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından M.Ə.Rəsulzadə dilimizlə bağlı o dövrdə yazırdı: “ “Kəndi ləhceyi-məxsüsəsilə Anadolu türkcəsinə yaxın bir şivə ilə qonuşan Azərbaycan türkü müxtəlif şivələrə malik və olduğu yerlərə nisbətlə müxtəlif isimlər daşıyan böyük türk ağacının bir dalıdır. Azəri türklərinin hal-hazırda oturduqları yerlər min ilə qədim türk xəlqi ilə məskun idi. Gərək Bakı, Gəncə, Şamaxı, İrəvan ilə Təbriz, Marağa, Ərdəbil və sairə kibi vilayətlər və gərək Muğan, Arran, Qarabağ və Qaradağ kibi məmləkətlər daima türk elinin oturağı və t

BİRGƏ RAZILAŞMA və GÜNDƏM

  BİRGƏ RAZILAŞMA və GÜNDƏM     GÜNDƏM nədir? GÜNDƏM nə üçün lazımdır? Gündəm məsələsi həddindən artıq əhəmiyyətli strateji məqamlardan biridir. İlk növbədə onu bildirməliyəm ki, ideologiyaların mütləq əksəriyyəti, demək olar ki,  FƏRDin maraqlarını öz qrup, partiya, təşkilat, cəmiyyət, dəstə  və s. maraqlarına qurban verir. BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın digər ideologiyalardan üstünlüyü həm də ondadır ki, sözügedən konsepsiya məhz birbaşa Fərdin maraqları üzərində qurulmuşdur və özünün əsas yeddi müddəası ilə insanın xoşbəxt yaşamasının konkret düsturunu müəyyənləşdirmək iqtidarındadır (bax: https://birgeraz.blogspot.com/2020/06/1-birg-razilasma-konsepsiyasi.html ). Buna görə də, FƏRD əslində BİRGƏ RAZILAŞMA KONSEPSİYASInı dəstəkləməklə, eyni zamanda, müstəqim surətdə özünün maraqlarını, özünü dəstəkləmiş olur (bax:   https://birgeraz.blogspot.com/2021/11/birg-razilasma-konsepsiyasi-kitab.html ). Gündəm məsələsi, qeyd etdiyimiz kimi, olduqca vacib strateji nüanslardan olduğun

FEMİNİZMƏ DAİR BİLGİLƏR

    FATİMƏ ƏLİZADƏ   FEMİNİZMƏ DAİR BİLGİLƏR                                Açar sözlər: f eminizm, qadın, qadın və kişi bərabərliyi   Feminizm latın mənşəli “femina” kəlməsindən əmələ gəlmiş “qadın” deməkdir. Ümumilikdə, feminizm məfhumu bərabərliyi və toplumsal qruplar arasındakı fərqliliklərin yox edilməsini müdafiə edir. Feminizm kütləvi anlaşılan kişi düşmənliyi düşüncəsinin əksinə olaraq, cinsiyət bərabərsizliyini gündəmə gətirən, ön plana qoyan bir cərəyandır. Sadəcə qadınları deyil, kişiləri də əhatə edən feminizm anlayışı gerçək bərabərliyi ortaya qoymaq məqsədi güdür. Feminizm deyərkən onun tərəfdarlarınının qadınlar olduğu ilk ağıla gəlsə də,   sözügedən cərəyanı müdafiə edən kişilər də vardır. Yəni kişilər də eynilə qadınlar kimi bu yanaşmanı müdafiə edə, dəstəkləyə bilər və gender problemlərinin həll olunması üçün səy göstərə bilərlər.     Feminizm patriarxal nizama (düzənə) qarşı mübarizə aparır. Dolayısıyla da bu düzənin cinsi ayrı-seçkilik doğurduğu qaydal

BİRGƏ RAZILAŞMA KONSEPSİYASI VƏ FƏRDİN XOŞBƏXTLİYİ

Məxluqə   Qasımova mxlqasimova@gmail.com   BİRGƏ RAZILAŞMA KONSEPSİYASI VƏ FƏRDİN XOŞBƏXTLİYİ   Fərdin xoşbəxtliyi Mən, Sən, Onun timsalında hər bir kəsi düşündürən əsas məsələlərdəndir. Xoşbəxtlik bütün insanların arzuladığı ilkin, eyni zamanda əldə edilməsi o qədər də asan görünməyən ali dəyərdir.   İnsanın xoşbəxtliyi onun tələbatları ilə düz mütənasibdir. Yəni xoşbəxtliyimiz tələbatlarımızın ödənilmə səviyyəsindən asılıdır. Vahid, bütöv halında gördüyümüz insan iki hissədən - fiziki-anatomik və daxili-ruh aləmindən ibarətdir. Bu baxımdan insanın tələbatları da iki əsas qrupa ayrılır: maddi tələbatlar, mənəvi tələbatlar. Madii tələbatlar   insanın fiziki aləminin ehtiyaclarının ödəyicisi olmaqla bir neçə prosesləri özündə ehtiva edir. Bura aclıq, sağlamlıq, geyim, istirahət, cinsi tələbatlar və s. kimi proseslər daxildir. İnsanın maddi tələbatının əsas təminedici vasitəsi puldur (kapitalist cəmiyyətdə belədir). Pul hər şeydir desək yanılarıq, amma maddi tələbatlarımız üç