Posts

25. BİRGƏ RAZILAŞMA VƏ SOSİAL REALLIQ

  25. BİRGƏ RAZILAŞMA VƏ SOSİAL REALLIQ   Əvvəlcə reallıq anlayışına aydınlıq gətirək. Elmi-nəzəri ədəbiyyatlarda reallıq məfhumuna yanaşmada obyektiv və subyektiv olmaqla iki ayırdetmə özünü göstərir. Obyektiv reallıq insanın şüurundan asılı olmayaraq mövcud olan, subyektiv reallıq isə insanın özü də daxil olmaqla ətraf aləmi qavramasından doğan reallıq olaraq nəzərdə tutulur. Əslində isə insan şüuru onsuz da istisnasız hər bir şeyi subyektiv biçimdə qavradığından onun anladığı gerçəkilik də birmənalı şəkildə subyektiv reallıqdır (ona görə, hər kəsin öz həqiqəti olur).   Buradaca görkəmli filosof Rena de Kartın məşhur deyimi yada düşür, “Düşünürəmsə, deməli, varam”. Yəni insan üçün reallıq məfhumu əslində onun şüuru ilə birbaşa bağlı olduğundan   subyektiv mahiyyət daşıyır. Buna görə də insan reallıqdan danışırsa, əlbəttə, bu, məhz subyektiv, yəni insanın düşüncəsində formalaşmış, qurulmuş reallıqdır. Heç kim iddia edə bilməz ki, ətrafındakı şeyləri obyektiv ola...

24. BİRGƏ RAZILAŞMA VƏ FƏRD (İNSAN)

  24. BİRGƏ RAZILAŞMA VƏ FƏRD (İNSAN)   BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın təməlində birbaşa olaraq FƏRDin (İNSANın) XOŞBƏXT YAŞAMAQ haqqı dayanır (çünki hər kəs XOŞBƏXT olmaq istəyir). Şübhəsiz, əgər FƏRD (İNSAN) olmasaydı BİRGƏ RAZILAŞMA KONSEPSİYASIna ehtiyac da yaranmazdı. BİRGƏ RAZILAŞMA KONSEPSİYASI məhz FƏRDin XOŞBƏXT yaşamaq haqqının ən ali səviyyədə təmin edilməsi məqsədilə meydana gəlmişdir. Məlumunuz olsun ki, FƏRD yalnız və yalnız bir halda XOŞBƏXT ola bilir – AZAD olanda (bax: AZADLIQ nədir? https://birgeraz.blogspot.com/2020/06/15-birg-razilsama-v-azadliq.html ). Çünki AZAD FƏRD onu XOŞBƏXT edə biləcək hər bir işi görmək imkanına sahiblənir (təbii ki, başqalarının hüquq və azadlıqlarını tapdalamadan). Belə bir XÖŞBƏXTLİYİ isə FƏRDə ancaq və ancaq BİRGƏ RAZILAŞMA KONSEPSİYASI verə bilir. Çünki bu konsepsiya istisnasız olaraq, heç bir ayrı-seçkilik qoymadan bütün FƏRDLƏR üçün keçərlidir. Həmin konsepsiyaya görə, Mən, Sən və Onun, yəni hər bir FƏRDin İNSAN (olm...

22. BİRGƏ RAZILAŞMA və LEGİTİMLİK

  22. BİRGƏ RAZILAŞMA və LEGİTİMLİK   M ü t ə x ə ssisl ə r LEG İ T İ ML İ K m ə fhumunu anlamaq üçü n onun ç oxmeyarl ı xarakter ə malik oldu ğ unu q ə bul etm ə yin z ə ruri oldu ğ unu bildirirl ə r . Devid Bisam ( David Beetham ) ö z ü n ü n m əş hur “ G ü c ü n legitimliyi ” (“ The legitimation of power ”) əsərində GÜCün LEGİTİM olmasını şərtləndirən üç vacib cəhətin bir arada mövcudluğunun labüd olduğunu bildirərək yazır: 1. o (güc – R.A.) müəyyən edilmiş qaydalara uyğun olmalı; 2. qaydalar həm dominant (tabe edən – R.A.), həm də tabe olanların bölüşdüyü inanclara istinad edilərək əsaslandırılmalı;   3. bu xüsusi gücə münasibətdə tabe olan şəxsin razılığına dair göstəricilər (sübutlar) olmalıdır   (bax: David Beetham. “The legitimation of power”. 1991. s. 15-16). Alimin də göstərdiyi kimi, cəmiyyətdə hər hansısa bir GÜCə (dövlət, hakimiyyət və s.) mütləq şəkildə razılıq verilməlidir ki, legitimləşsin. Bəs belə bir   razılığı...

23. BİRGƏ RAZILAŞMA VƏ CİNSİ AZLIQLAR (LGBT)

23. BİRGƏ RAZILAŞMA VƏ CİNSİ AZLIQLAR (LGBT)     Yaşadığımız toplumda daşlaşmış mental şablonlara görə, bəhs edəcəyimiz bu mövzu güman ki, bir çoxlarını öyrənilmiş, ənənəvi komfort düşüncə zonasından çıxara bilər. Lakin başa düşməliyik ki, həqiqət yalnız sivil müzakirə müstəvisində, sorğulanarkən aşkarlanır, əks halda nəyin doğru, nəyin yalnış olduğunu ayırd etmək müşkül olur. Bu isə cəmiyyəti bir qrup dələduz, hoqqabaz siyasilərin asanlıqla qurbanına çevirə bilir. AZAD və XOŞBƏXT bir insan cəmiyyəti üçün nələrin vacib olduğunu aydın şəkildə sərgiləyən BİRGƏ RAZLAŞMA KONSEPSİYASInın sözügedən məsələ ilə də bağlı bəlli bir yanaşması var. Həmin yanaşmanı təqdim etməzdən öncə cinsi azlıqlar (LGBT) barədə bəzi ümumi vacib məlumatları bölüşək. Elmi-nəzəri, elmi-tibbi ədəbiyyatlarda cinsi azlıqlar əvvələr əsasən homoseksuallıq (eynicinslilər arasında yaşanan romantika, eşq, intim əlaqə) termini ilə səciyyələndirilsə də, son dönəmlərdə daha çox LGBT (Lezbiyan, Gey, Biseksual, T...