Posts

1. ELM NƏDİR? ELMİN ƏSAS MEYARLARI (XÜSUSİYYƏTLƏRİ) HANSILARDIR?

  1. ELM NƏDİR? ELMİN ƏSAS MEYARLARI (XÜSUSİYYƏTLƏRİ) HANSILARDIR?   Hazırda cəmiyyətimizdə və ümumilikdə Şərq (müsəlman) aləmində ELM anlayışı ilə bağlı onun mahiyyətini qətiyyən əks etdirməyən, hətta bəzən ona zidd olan fikirlər, mülahizələr meydan sulamaqdadır. Bəziləri az qalsın ki, dini, mifi, mövhumatı, xurafatı da bir Elm kimi təqdim etsinlər. Bunların bir qismi avvamlıqdan, təhsilsizlikdən, bilgisizlikdən irəli gəlsə də yaranmış vəziyyətdən məharətlə sui-istifadə edən maraqlı qüvvələr da çoxdur. Həmin maraqlı qüvvələr (xüsusilə insanların, kütlələrin dini inanclarından istifadə edən “dindarlar”, dini qüvvələr) əslində öz çirkin məqsədlərini (ələl-xüsüs əhalinin korafəhim qalmasını, təhsildən, elmdən uzaq düşərək asan şəkildə həmin dini qüvvələrin cəfəng ideyalarının köləsinə çevrilməsini təmin etmək məqsədilə) dini (hətta bəzən mövhumatı) məsələləri “ELM” qifayəsinə bürüməklə guya ki, əsl elmin məhz dinlə və s. bağlı olduğunu həyasıcasına iddia edirlər. Bu tələyə d...

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİ / MÜSABİQƏ ELANI

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİ   MÜSABİQƏ ELANI   BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİ “BİRGƏ RAZILAŞMA KONSEPSİYASI fərdin xoşbəxtliyini təmin edir” adlı yazı müsabiqəsi (məqalə, tezis)   keçirir. Ən yaxşı yazı müəlliflərinə kitab hədiyyələri olacaq. Ümumilikdə bütün qəbul edilmiş yazılar saytda yerləşdiriləcək. Müsabiqə mövzuları aşağıdakılardır:   1. İnsanlar niyə cəmiyyət halında yaşamalıdırlar? Birgə Razılaşma Cəmiyyəti niyə lazımdır? 2. Ədalətli cəmiyyət necə olmaldır? Birgə Razılaşma Konsepsiyasına görə ədalətli cəmiyyət necə olmalıdır? 3. Fərd nə zaman xoşbəx ola bilər? Birgə Razılaşma Konsepsiyasında fərdin yeri.   4. Din obyektiv, yoxsa subyektiv gerçəklikdir? Birgə Razılaşma Konsepsiyasına görə dini kimlik necə olmalıdır? 5. Qadınlar kişilərlə bərabər hüquqlu olmalıdırlarmı? Birgə Razılaşma Konsepsiyasına görə feminizm nədir? 6. İdeologiyanın cəmiyyətdə legitimlik qazanmasının yolları hansılardır?   Məqalələrin (tezislərin) tərtibin...

BİRGƏ RAZILAŞMAQLA GEDİLƏN YOL

              Səma Məmmədsalahova   BİRGƏ RAZILAŞMAQLA GEDİLƏN YOL   Hər bir insanın azad və ədalətli cəmiyyətdə xoşbəxt olmağını arzulayan müəllif “Birgə razılaşma konsepsiyası” ilə belə bir cəmiyyət qurmağın nəzəri və fəlsəfi müddəalarını bizə təqdim edir. Bu müddəalar və onların izahına keçməzdən əvvəl biz yeni düşüncə modeli ilə tanış oluruq: “Mən edim, başqası da edər”. Təbii ki, bütün insanların düşüncə tərzini dəyişmək heç də real deyil. Lakin fəlsəfi fikirlər içərisində uzun zaman önəmli yer tutan “özünü dəyişmək”, “dəyişməyə birinci özündən başlamaq” fikirlərinə əsaslanaraq, öz düşüncə modelimizdə müəyyən dəyişikliklər edərək bir nəticə əldə edə bilərik. Bu konsepsiyaya – “cəmiyyətimizin güzgüsü” kimi yanaşmaq daha doğrudur. Belə ki, müəllif Mən, Sən, O – cəmiyyətlə bağlı müxtəlif anlayışlara aydınlıq gətirir, bir anlayışla bağlı müxtəlif fikirləri, düşüncələri təsvir edir. Yəni Məni, Səni, Onu əhat...

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

  BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN               NİZAMNAMƏSİ                                                                                                                                  BAKI – 2021       I. ÜMUMİ MÜDDƏALAR   1.1. “BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİ” (BRC) İ ctimai Toplum – Birlikdir (bundan sonra Cəmiyyət). BRC-nin ...