3 RASİONAL BİRGƏ RAZILAŞMA VƏ AĞSAQQALLIQ İNSTİTUTU
RASİONAL BİRGƏ RAZILAŞMA VƏ AĞSAQQALLIQ İNSTİTUTU Artıq qeyd etdiyim kimi, BİRGƏ RAZILAŞMA Mən, Sən və Onun, yəni cəmiyyət üzvlərinin qarşılıqlı anlaşma şəraitində öz azadlıqlarının müəyyən bir hissəsini daha faydalı olan Birgə yaşayış (cəmiyyət olaraq) naminə məhdudlaşdırılmasına könüllü olaraq razılaşmasıdır. Təbii ki, cəmiyyətin ilkin mərhələlərində bu birgəyaşayışlar (birliklər) əsas etibarilə kortəbii xarakter daşıyırdı və müxtəlif rituallar, mərasimlər, ayinlər, adət-ənənələr və s. ilə təmsil olunurdu. Bu günün özündə də Qanun (Birgə razılaşma), yəni rasional olan razılaşmalar işləmədiyi yerlərdə cəmiyyət, təəssüflər ki, həmin adət-ənə nə lərə, ayinlərə və s. əsasən, yəni kortəbii Birgə razılaşmalara uğun olaraq yaşayır. Belə kortəbii qaydalar sistemindən ibarət adət-ənənələrdən biri də Ağsaqqallıqla bağlıdır. Bəs görək bu ağsaqqallıq nə deməkdir? Ağsaqqall ı q necə instituta çevrilmişdir? Məlum olduğu kimi, hələ ilk insan cəmiyyəti formalaşarkən Ağsaqqallar Şu...