Posts

22. BİRGƏ RAZILAŞMA və LEGİTİMLİK

  22. BİRGƏ RAZILAŞMA və LEGİTİMLİK   M ü t ə x ə ssisl ə r LEG İ T İ ML İ K m ə fhumunu anlamaq üçü n onun ç oxmeyarl ı xarakter ə malik oldu ğ unu q ə bul etm ə yin z ə ruri oldu ğ unu bildirirl ə r . Devid Bisam ( David Beetham ) ö z ü n ü n m əş hur “ G ü c ü n legitimliyi ” (“ The legitimation of power ”) əsərində GÜCün LEGİTİM olmasını şərtləndirən üç vacib cəhətin bir arada mövcudluğunun labüd olduğunu bildirərək yazır: 1. o (güc – R.A.) müəyyən edilmiş qaydalara uyğun olmalı; 2. qaydalar həm dominant (tabe edən – R.A.), həm də tabe olanların bölüşdüyü inanclara istinad edilərək əsaslandırılmalı;   3. bu xüsusi gücə münasibətdə tabe olan şəxsin razılığına dair göstəricilər (sübutlar) olmalıdır   (bax: David Beetham. “The legitimation of power”. 1991. s. 15-16). Alimin də göstərdiyi kimi, cəmiyyətdə hər hansısa bir GÜCə (dövlət, hakimiyyət və s.) mütləq şəkildə razılıq verilməlidir ki, legitimləşsin. Bəs belə bir   razılığı...

23. BİRGƏ RAZILAŞMA VƏ CİNSİ AZLIQLAR (LGBT)

23. BİRGƏ RAZILAŞMA VƏ CİNSİ AZLIQLAR (LGBT)     Yaşadığımız toplumda daşlaşmış mental şablonlara görə, bəhs edəcəyimiz bu mövzu güman ki, bir çoxlarını öyrənilmiş, ənənəvi komfort düşüncə zonasından çıxara bilər. Lakin başa düşməliyik ki, həqiqət yalnız sivil müzakirə müstəvisində, sorğulanarkən aşkarlanır, əks halda nəyin doğru, nəyin yalnış olduğunu ayırd etmək müşkül olur. Bu isə cəmiyyəti bir qrup dələduz, hoqqabaz siyasilərin asanlıqla qurbanına çevirə bilir. AZAD və XOŞBƏXT bir insan cəmiyyəti üçün nələrin vacib olduğunu aydın şəkildə sərgiləyən BİRGƏ RAZLAŞMA KONSEPSİYASInın sözügedən məsələ ilə də bağlı bəlli bir yanaşması var. Həmin yanaşmanı təqdim etməzdən öncə cinsi azlıqlar (LGBT) barədə bəzi ümumi vacib məlumatları bölüşək. Elmi-nəzəri, elmi-tibbi ədəbiyyatlarda cinsi azlıqlar əvvələr əsasən homoseksuallıq (eynicinslilər arasında yaşanan romantika, eşq, intim əlaqə) termini ilə səciyyələndirilsə də, son dönəmlərdə daha çox LGBT (Lezbiyan, Gey, Biseksual, T...

21. BİRGƏ RAZILAŞMA VƏ DİKTATURA (DİKTATOR)

  21. BİRG Ə RAZILAŞMA VƏ DİKTATURA (DİKTATOR)   Əvvəlcə DİKTATURAnın mahiyyəti haqqında bəzi məqamları izah edək. DİKTATURA nədir və kimə DİKTATOR deyirik? DİKTATURA anlayışını şərh etməzdən öncə bir sıra digər əlaqəli məfhumların mahiyyətini qısaca xatırlayaq. Artıq bilirik ki, BİRGƏ RAZILAŞMA KONSEPSİYASI (bax: https://birgeraz.blogspot.com/2020/06/1-birg-razilasma-konsepsiyasi.html ) nə üçün bizə lazımdır və sözügedən ideoloji konsept hər birimizin XOŞBƏXT cəmiyyətdə yaşamasının təmin edilməsi zərurətindən yaranıb. Təbii ki, özünüdərk edən FƏRDin XOŞBƏXTLİYinin təməlində birinci növbədə birmənalı şəkildə AZAD olması dayanır (AZADLIQ nədir? Bax: https://birgeraz.blogspot.com/2020/06/15-birg-razilsama-v-azadliq.html ). Bununla belə, biz öz azadlığımızın müəyyən bir hissəsinin məhdudlaşdırılmasına könüllü olaraq hamılıqla razılaşaraq BİRGƏ RAZILAŞMAnı (Ən Ali QANUN) ona görə qəbul edirik ki, bir-birimizin hüquq və azadlıqları toxunulmaz olsun, onu daimi qoruyaq və dinc ...

20. BİRGƏ RAZILAŞMA VƏ ORDU

20. BİRGƏ RAZILAŞMA VƏ ORDU   BİRGƏ RAZILAŞMA  ideyasından bəhs edərkən qeyd etmişdik ki, bu konsepsiyaya görə  İNSANın, FƏRDin xoşbəxt olması ən əsas tezislərdəndir (bax: https://birgeraz.blogspot.com/2020/06/1-birg-razilasma-konsepsiyasi.html ). Məhz FƏRDin – Mən, Sən və Onun, yəni hər bir cəmiyyət üzvünün BİRGƏ RAZILAŞMAnın müddəaları ilə müəyyən etdiyimiz  əsas AZADLIQlarının, hüquqlarının tam şəkildə təmin olunması bu XOŞBƏXTLİyi şərtləndirir. Təbii ki, formalaşdıracağımız belə bir ideoloji konsepsiyaya əsaslanan cəmiyyəti həm daxili, həm də xarici təhdidlərdən qorumaq üçün mövcudluğuna ehtiyac yaranan ümdə məsələlərdən biri  hamılıqla qəbul edib legitimlik verdiyimiz GÜC mərkəzinin yaradılmasıdır. Həmin GÜC mərkəzi qismində biz BİRGƏ RAZILAŞMA əsasında  DÖVLƏT adında bir mexanizm, aparat yaratmış oluruq (bax: https://birgeraz.blogspot.com/2020/06/5-birg-razilasma-v-dovlt.html ) və ona razılaşma çərçivəsində müstəsna səlahiyyətlər veririrk (mühakim...

10 NOYABR 2020-Cİ İL BƏYANATINA İCTİMAİ BAXIŞ

  10 NOYABR 2020-Cİ İL BƏYANATINA İCTİMAİ BAXIŞ Azərbaycan-Ermənistan-Rusiya arasında 10 noyabr 2020-ci il tarixli   bəyanatın təhlilinə keçməzdən qabaq bəzi zəncirvari hadisələrə ötəri nəzər salmağımız atəşkəs sənədinin mahiyyətini daha aydın anlamağımıza köməklik edər.   Necə oldu ki, 30 ilə yaxın bir müddətə qədər dondurulmuş olan Qarabağ münaqişəsi müharibəyə çevrildi?!   Məlum olduğu kimi, Ermənistanda qərbyönümlü N.Paşinyan hakimiyyətə gəldikdən sonra əvvəlki ənənədən kənar siyasi gedişlər etməyə başladı. Qərbə meyllənən N.Paşinyan çəkinmədən açıq-aşkar ənənəvi ağaları Rusiyanın üzünə ağ olmağa başladı (hətta rus qoşunlarını ölkə ərazisindən çıxarmaq kimi Qərb qarşısındakı öhdəliyini də yerinə yetirməyə cəhd göstərdi, buna nail olmasa da). Bu zaman Rusiya artıq anlamağa başladı ki, it qudurub yiyəsinə cumur. Belə olan halda, təsirini itirməyə başlayan Rusiya Ermənistanı özünə qaytarmaq üçün ona aşkar şəkildə təzyiq göstərə bilmirdi, daxildən də artıq rusi...