Posts

FEMİNİZMƏ DAİR BİLGİLƏR

    FATİMƏ ƏLİZADƏ   FEMİNİZMƏ DAİR BİLGİLƏR                                Açar sözlər: f eminizm, qadın, qadın və kişi bərabərliyi   Feminizm latın mənşəli “femina” kəlməsindən əmələ gəlmiş “qadın” deməkdir. Ümumilikdə, feminizm məfhumu bərabərliyi və toplumsal qruplar arasındakı fərqliliklərin yox edilməsini müdafiə edir. Feminizm kütləvi anlaşılan kişi düşmənliyi düşüncəsinin əksinə olaraq, cinsiyət bərabərsizliyini gündəmə gətirən, ön plana qoyan bir cərəyandır. Sadəcə qadınları deyil, kişiləri də əhatə edən feminizm anlayışı gerçək bərabərliyi ortaya qoymaq məqsədi güdür. Feminizm deyərkən onun tərəfdarlarınının qadınlar olduğu ilk ağıla gəlsə də,   sözügedən cərəyanı müdafiə edən kişilər də vardır. Yəni kişilər də eynilə qadınlar kimi bu yanaşmanı müdafiə edə, dəstəkləyə bilər və gender problemlə...

BİRGƏ RAZILAŞMA KONSEPSİYASI VƏ FƏRDİN XOŞBƏXTLİYİ

Məxluqə   Qasımova mxlqasimova@gmail.com   BİRGƏ RAZILAŞMA KONSEPSİYASI VƏ FƏRDİN XOŞBƏXTLİYİ   Fərdin xoşbəxtliyi Mən, Sən, Onun timsalında hər bir kəsi düşündürən əsas məsələlərdəndir. Xoşbəxtlik bütün insanların arzuladığı ilkin, eyni zamanda əldə edilməsi o qədər də asan görünməyən ali dəyərdir.   İnsanın xoşbəxtliyi onun tələbatları ilə düz mütənasibdir. Yəni xoşbəxtliyimiz tələbatlarımızın ödənilmə səviyyəsindən asılıdır. Vahid, bütöv halında gördüyümüz insan iki hissədən - fiziki-anatomik və daxili-ruh aləmindən ibarətdir. Bu baxımdan insanın tələbatları da iki əsas qrupa ayrılır: maddi tələbatlar, mənəvi tələbatlar. Madii tələbatlar   insanın fiziki aləminin ehtiyaclarının ödəyicisi olmaqla bir neçə prosesləri özündə ehtiva edir. Bura aclıq, sağlamlıq, geyim, istirahət, cinsi tələbatlar və s. kimi proseslər daxildir. İnsanın maddi tələbatının əsas təminedici vasitəsi puldur (kapitalist cəmiyyətdə belədir). Pul hər şeydir desək yanılarıq, amma...

FEMİNİZM BİRGƏ RAZILAŞMA KONSEPSİYASI İŞIĞINDA

Firuzə Qaloyeva    qaloyeva@inbox.ru   FEMİNİZM BİRGƏ RAZILAŞMA KONSEPSİYASI  İŞIĞINDA Açar sözlər: feminizm, insan kimliyi, cəmiyyət, hüquqlar     Dünyada yaşayan bütün insanlar müxtəlif kimliklərə (dini, regional, irsi və.s) görə bir – birindən fərqlənirlər. Yalnız bir kimlik mütləqlik tələb edir: İnsan kimliyi. Əgər bir insan xeyirxahdırsa, içində mərhəmət, əliaçıqlıq, yaxşılıq, dürüstlük, vicdan, ədalət kimi insani duyğular daşıyırsa,  digər kimlikləri o qədər də əhəmiyyət kəsb etmir. Bununla bağlı bir nümunə qeyd etmək istəyirəm. Bir filmdə qadın uşaqdan bunu soruşur:” Səncə, mələklərmi insandan  üstündür, yoxsa insanlarmı?” Uşaq, əlbəttə ki, mələkləri seçir. Lakin qadın bu cür cavab verir: ”Mələklər yaxşılıq etməyə məhkumdurlar. Yəni bu onların seçimi deyil. Ancaq Tanrı bizə seçim azadlığı verir. Yaxşı və pis olmağı biz özümüz seçirik. Əgər sən yaxşı olmağı seçirsənsə, deməli, sən mələklərdən də üstünsən”. Beləcə, uşaq yaxşılığı,  insan...

FƏRDİN XOŞBƏXTLİK MEYARI - BİRGƏ RAZILAŞMA KONSEPSİYASI

  Səma Məmmədsalahova sm404286@gmail.com   FƏRDİN XOŞBƏXTLİK MEYARI - B İRGƏ RAZILAŞMA KONSEPSİYASI   Dəyər baxımından iki dünyadan da artıqsan; Fəqət neyləyim ki, dəyərini sən bilmirsən... (6, 18).     “Xoşbəxtlik” anlayışı həm sadə, həm də mürəkkəb şəkildə başa düşülən anlayışlardan biridir. Ümumiyyətlə, xoşbəxtlik haqqında istər elmi, istərsə də bədii kitablar yazılıb, filmlər çəkilib, araşdırmalar aparılıb və bu işlər hələ də davam etməkdədir. Bəs hər kəsin axtardığı bu “xoşbəxtlik” nədir? Niyə insanlar xoşbəxt olmağa can atır? Bir sıra məfhumlar var ki, dünyanın hər yerində adlandırılma forması fərqli olsa da, eyni məzmunu ifadə edir. Xoşbəxtlik də belə anlayışlardan biridir. Yəni milliyyətindən, cinsindən, irqindən və s. xüsusiyyətlərindən asılı olmayaraq istənilən insan xoşbəxt olmaq istəyir. Elə bir insan tapmaq olmaz ki, xoşbəxt olmaq istəməsin. Hətta bu ifadənin xalqımızın düşüncəsində necə önəmli yer tutduğunu anlamaq üçün insanların ...

1. ELM NƏDİR? ELMİN ƏSAS MEYARLARI (XÜSUSİYYƏTLƏRİ) HANSILARDIR?

  1. ELM NƏDİR? ELMİN ƏSAS MEYARLARI (XÜSUSİYYƏTLƏRİ) HANSILARDIR?   Hazırda cəmiyyətimizdə və ümumilikdə Şərq (müsəlman) aləmində ELM anlayışı ilə bağlı onun mahiyyətini qətiyyən əks etdirməyən, hətta bəzən ona zidd olan fikirlər, mülahizələr meydan sulamaqdadır. Bəziləri az qalsın ki, dini, mifi, mövhumatı, xurafatı da bir Elm kimi təqdim etsinlər. Bunların bir qismi avvamlıqdan, təhsilsizlikdən, bilgisizlikdən irəli gəlsə də yaranmış vəziyyətdən məharətlə sui-istifadə edən maraqlı qüvvələr da çoxdur. Həmin maraqlı qüvvələr (xüsusilə insanların, kütlələrin dini inanclarından istifadə edən “dindarlar”, dini qüvvələr) əslində öz çirkin məqsədlərini (ələl-xüsüs əhalinin korafəhim qalmasını, təhsildən, elmdən uzaq düşərək asan şəkildə həmin dini qüvvələrin cəfəng ideyalarının köləsinə çevrilməsini təmin etmək məqsədilə) dini (hətta bəzən mövhumatı) məsələləri “ELM” qifayəsinə bürüməklə guya ki, əsl elmin məhz dinlə və s. bağlı olduğunu həyasıcasına iddia edirlər. Bu tələyə d...