Posts

18. BİRGƏ RAZILAŞMA VƏ PLÜRALİZM

  18. BİRGƏ RAZILAŞMA VƏ PLÜRALİZM (FİKİR, İDEYA MÜXTƏLİFLİYİ) BİRGƏ RAZILAŞMA KONSEPSİYASI tərəfdarlarının önəm verdiyi ən ümdə məsələlərdən biri də PLÜRALİZMdir. Onun mahiyyətini izah etməyə çalışaq. PLÜRALİZM dedikdə, bir cəmiyyətdə ideya müxtəlifliyinin, fikir çoxluğunun, fərqli düşüncə tərzinin (hətta bir-birinə zidd olan)   azad şəkildə mövcudluğunu nəzərdə tuturam.   Hər bir cəmiyyəti irəli aparan, onun inkişafını şərtləndirən əsas amillərdən biri heç şübhəsiz AZAD düşüncənin olmasıdır. Azad düşüncənin olmadığı cəmiyyətdə hansısa inkişafdan söhbət gedə bilməz. İnsanın doğal mahiyyəti ilə həmahəng olaraq, istənilən FƏRDin bu və ya digər məsələlər ilə bağlı özünün özgür, fərqli bəzən isə hətta ənənəvi görüşlərlə daban-dabana ziddiyyət təşkil edən fikirləri, ideyaları olur. Sübut olunmuş aksiomadır ki, bir vaxtlar qısqanclıqla, şiddətlə qınanılan fikirlərin, ideyaların sonralar həqiqət olduğu aşkara çıxarılmışdır (Yerini öz oxu ətrafında fırlanması, kürə forması...

17. BİRGƏ RAZILAŞMA VƏ SİYASƏT

  17. BİRGƏ RAZILAŞMA VƏ SİYASƏT SİYASƏT deyəndə cəmiyyətimizdə əksəriyyətin ağlına ilk növbədə hiylə, hiyləgərlik, aldatmaq, biclik, fürsətdən sui-istifadə etmək və s. kimi anlamlar gəlir. Şübhəsiz ki, bir sıra digər siyasi anlayışlar kimi SİYASƏT məfhumu da bir qisim tərəfindən qəsdən, başqa bir qisim tərəfindən isə bilməyərəkdən bu cür təhrif olunmuş formada ictimaiyyətə təqdim olunur.   Bəs SİYASƏT nədir? Bu suala sadə şəkildə cavab verməyə çalışaq. SİYASƏTin ən ümdə xüsusiyyətlərini müəyyənləşdirmiş olsaq aşağıdakıları ardıcıllıqla sadalamalıyıq: 1. SİYASƏT – cəmiyyətdə vacib insan davranışıdır; 2. SİYASƏT – ictimai-sosial fəaliyyətdir; 3. SİYASƏT – məqsədli ictimai-sosial hərəkətdir (davranış, fəaliyyətdir); 4. SİYASƏT – yaranmış vəziyyətdə müvafiq, adekvat (doğru) qərar qəbul etmək qabiliyyətidir və s. Sadaladığımız xüsusiyyətlər əsasında SİYASƏTə belə bir tərif verə bilərik: SİYASƏT – insanın cəmiyyətdə müəyyən məqsədli ictimai-sosial davranışı olub, ya...

12. BİRGƏ RAZILAŞMA və QANUNVERİCİ HAKİMİYYƏT

12. BİRGƏ RAZILAŞMA və QANUNVERİCİ HAKİMİYYƏT Əvvəlki yazılardan birində DÖVLƏTi idarə edən hakimiyyət növlərindən birinin də QANUNVERİCİ HAKİMİYYƏT olduğunu qeyd etmişdik (bax:  https://birgeraz.blogspot.com/2020/06/6-birg-razilasma-v-hakimiyyt.html ). QANUNVERİCİ HAKİMİYYƏTin fundamental işi BİRGƏ RAZILAŞMA əsasında qurduğumuz cəmiyyətin Razılaşmanın əsas müddəaları, tezisi əsasında fərdin, (insan, vətəndaşın) hüquq və azadlıqlarının ən yüksək formada reallaşmasını təmin edən və qoruya biləcək QANUNLAR, digər normativ-hüquqi aktlar qəbul etməkdir. Eyni zamanda həmin normativlər maksimum fərdin (insanın) yəni Mən, Sən və Onun hüquq və azadlıqlarına xələl yetirən olmamalı, bu mənada istənilən hakimiyyət qolunun, o cümlədən , bütövlükdə DÖVLƏTİN özünün səlahiyyətlərini məhdudlaşdırmağa yönəlməlidir. Bir sözlə, QANUNVERİCİ HAKİMİYYƏT DÖVLƏTin, xüsusilə, İCRA (müəyyən mənada həmçinin, ƏDALƏT) HAKİMİYYƏTİNİN səlahiyyətlərini bəlli bir çərçivəyə salmaq üçün QANUNLAR (qanuverici...

16. BİRGƏ RAZILAŞMA və MÜXALİFƏT

16. BİRGƏ RAZILAŞMA və M ÜXALİFƏT Bu yazıda iki mühüm məsələyə aydınlıq gətirməyə çalışacağıq: 1. MÜXALİFƏT nədir? 2. BİRGƏ RAZILAŞMAya əsaslanan cəmiyyətdə MÜXALİFƏT necə olmalıdır? 1. Cəmiyyətimizdə insanın (Fərdin) AZADLIĞInı anlada biləcək bir sıra məfhumlar kimi MÜXALİFƏT anlayışı da həqiqi məzmununa müvafiq biçimdə deyil,   müxtəlif maraqlı qüvvələrin istəklərinə uyğun şəkildə təhrif olunmaqla izhar edilməkdədir. Bəs əslində məsələ necədir? MÜXALİFƏT - ilk növbədə cəmiyyətin (eləcə də dövlətin, hakimiyyətin və s.) idarə olunması ilə bağlı özünün müfəssəl, aydın ideologiyası (ideoloji konsepti, gələcəklə bağlı əsaslı konsepsiyası) olan, eyni zamanda həmin ideologiyaya əsaslanaraq, ətrafında sosial dayaq toplaya bilən və hər an ortalığa çıxmağa qadir alternativ bir siyasi qüvvədir, gücdür. İstənilən cəmiyyətdə MÜXALİFƏTin varlığı, mövcud olub-olmaması 3 mühüm amillə şərtlənir. 1. MÜXALİFƏT müfəssəl, aydın bir ideologiyaya sahib olmalıdır; 2. MÜXALİFƏT öz i...

15. BİRGƏ RAZILAŞMA VƏ AZADLIQ

15. BİRG Ə RAZILAŞMA VƏ AZADLIQ Yazıda iki vacib sualı cavablandıracağıq: 1. AZADLIQ nə deməkdir? 2. BİRGƏ RAZILAŞMA KONSEPSİYASI AZADLIĞA necə yanaşır?   1 . Cəmiyyətimizdə AZADLIQdan ağız dolusu, yeri gəldi-gəlmədi danışılsa da təhlilər və müşahidələr göstərir ki, əksəriyyət bu məfhumun adekvat, doğru anlamını, fəlsəfəsini heç də dərk edə bilmir. Bunun da şübhəsiz, çoxsaylı səbələri var ki, məqsədimiz burada onları sadalamaq olmadığından birbaşa mətləbə keçirik. Lokanik desək, AZADLIQ - SEÇİM deməkdir. FƏRDin (İNSANın) sərbəst şəkildə, heç bir təzyiqə məruz qalmadan, könüllü, şüurlu şəkildə SEÇƏ BİLMƏK imkanına malik olmasıdır. Bu SEÇİM   yalnız və yalnız digərlərinin hüquqları başlayan yerdə bitir və bundan savayı SEÇİM imkanını məhdudlaşdırmaq FƏRDin (İNSANın) AZADLIĞının boğulması (əlindən alınması) kimi anlaşılmalıdır. Beləliklə, AZADLIQ Mən, Sən və Onun (biz cəmiyyət üzvlərinin) çoxsaylı SEÇİM imkanıdır. Bu mənada AZADLIĞın ölçü vahidi SEÇİM (SEÇƏ BİLMƏ...

14. BİRGƏ RAZILAŞMA VƏ AİLƏ MODELİ (İNSTİTUTU)

14. BİRGƏ RAZILAŞMA VƏ AİLƏ MODELİ (İNSTİTUTU) AİLƏ cəmiyyətin kiçik bir modelidir. Başqa cür desək, AİLƏ Mən, Sən və Ondan ibarət balaca bir “cəmiyyət”dir. Bizim “böyük” cəmiyyətdə mövcud olan, yaranmış dəyərlərin, yazılmamış qaydaların əsasları da istəsək də, istəməsək də məhz oradan qaynaqlanır (proyeksiyalanır). Məlum olduğu kimi, müxtəlif AİLƏ modellərinin formalaşması uzun əsrlərin çoxtərəfli təsirləri ilə intişar tapmışdır və davam etməkdədir. Formalaşma prosesində müxtəlif dönəmlərdə AİLƏ modeli ilə bağlı adət-ənənələr, mentalitet (milli vərdişlər, adətlər), tabular zaman-zaman bir-birini əvəzləmişdir, yaxud biri digərinə transformasiya olunmuşdur. Nəhəyət, müasir dövrümüzdə dünyada çeşidli AİLƏ modelləri ortalığa çıxmışdır. Ölkəmizdə dominatlıq təşkil edən AİLƏ modeli Şərq (xüsuslə, müsəlman) aləminin ciddi təsirindən kənarda qala bilməmiş, eyni zamanda, özünəməxsus cizgiləri ilə çulğalaşmış biçimdə indiki forması ilə təzahür etmişdir. Etibarlı mənbələrdən olan xalq...