Posts

“BİRGƏ RAZILAŞMA KONSEPSİYASI” kitabı

  “BİRGƏ RAZILAŞMA KONSEPSİYASI” kitabı   “BİRGƏ RAZILAŞMA KONSEPSİYASI” kitabında Mən, Sən və Onun, yəni hər birimizin XOŞBƏXT yaşamağını təmin edə biləcək gucdə olan BİRGƏ RAZILAŞMA KONSEPSİYASI (ideologiyası) ilə AZAD və ƏDALƏTLİ bir cəmiyyəti formalaşdırmaq ucun lazım olan əsas anlayışlar sadə formada izah olunur. BİRGƏ RAZILAŞMA ideyasının mahiyyəti aydınlaşdırılır, FƏRDİN (İNSANIN) təməl huquq və azadlıqları, eləcə də onun muəyyən zəruri hallarda könüllü olaraq nə ucun məhdudlaşdırılması məsələlərinə aydınlıq gətirilir. Kitab özünün və əzizlərinin XOŞBƏXT bir cəmiyyətdə yaşamağını xəyal edən hər kəs üçün nəzərdə tutulmuşdur. Kitabın pdf formasını aşağıdakı linklərdən yükləyə bilərsiniz:   1.   https://drive.google.com/file/d/18KBSs9a4sSdhmEKOVsPrBrwujLU0QVDT/view?usp=sharing   2. https://www.academia.edu/61385818/B%C4%B0RG%C6%8F_RAZILA%C5%9EMA_KONSEPS%C4%B0ASI_RAM%C4%B0N_A?fbclid=IwAR02G_pyi9Jc4IE5L1muPY-XmaHQW9p0uS5zyf4DhaDywGf9doRt0XkzHG4 ...

32. BİRGƏ RAZILAŞMA KONSEPSİYASININ YAZILMASINA DAİR (yekunlaşdırıcı söz)

  32. BİRGƏ RAZILAŞMA KONSEPSİYASININ YAZILMASINA DAİR (yekunlaşdırıcı söz)         BİRGƏ RAZILAŞMA konsepsiyasını yazmağımın əsas səbəbi Mənim özüm də daxil olmaqla FƏRDi (İNSASNı), yəni Mən, Sən və Onu XOŞBƏXT edə biləcək ədalətli ictimai-siyasi idarəetmə modelinə sahiblənən toplum formalaşdırmaq niyyətimlə bağlıdır.   Bu konsepsiya FƏRDin (Mən, Sən və Onun) ən ali istəyi olan, XOŞBƏXT yaşamaq diləyini təmin edən mütərəqi yeni   SOSİAL REALLIĞın möhkəm fundamentidir. BİRGƏ RAZILAŞMA modeli məmləkətimzdə olan hazırkı ədalətsiz, qanunların işləmədiyi, yalınız bir ovuca xidmət göstərən, digər mütləq əksəriyyətin hüquq və təməl azadlıqlarını bütün müstəvilərdə tapdalamaqla onları BƏDBƏXT edən, zor gücünə hegomonluğunu sürdürməyə çalışan ictimai-siyasi idarəetmə siteminin ən ideal ALTERNATİVİdir. ALTERNATİV olaraq,   BİRGƏ RAZILAŞMA KONSEPSİYASI hər bir FƏRDin, yəni Mən, Sən və Onun ən ümdə arzusu olan XOŞBƏXT YAŞAMAQ istəyinin təmin olunması...

31. BİRGƏ RAZILAŞMA VƏ İCRAEDİCİ HAKİMİYYƏT

31. BİRGƏ RAZILAŞMA VƏ İCRAEDİCİ HAKİMİYYƏT   “BİRGƏ RAZILAŞAMA VƏ HAKİMİYYƏT” adlı yazıda HAKİMİYYƏTin mahiyyəti və onun zərurətdən yaranan bölgüsü haqqında yazmışdım (HAKİMİYYƏT nədir? bax: https://birgeraz.blogspot.com/2020/06/6-birg-razilasma-v-hakimiyyt.html ; həmçinin, QANUNVERİCİ HAKİMİYYƏT nədir?   (bax: https://birgeraz.blogspot.com/2020/06/12-birg-razilasma-v-qanunverici.html ); eləcə də, ƏDALƏT (MƏHKƏMƏ) HAKİMİYYƏTİ nədir? (bax: https://birgeraz.blogspot.com/2020/06/10-birg-razilasma-v-dalt-mhkm-hakimiyyti.html )). Hazırkı yazıda isə BİRGƏ RAZILAŞMA KONSEPSİYASIna görə İCRAEDİCİ HAKİMİYYƏT necə olmaldır sualına cavab veririrk. İCRAEDİCİ HAKIMIYYƏT BİRGƏ RAZILAŞMA başda olmaqla onun əsasında qəbul edilən ALİ MÜQAVİLƏ – KONSTİTUSİYA   (bax: https://birgeraz.blogspot.com/2021/07/27-birg-razilasma-v-ali-muqavil.html ) və bütün QANUNLARı, normativ hüquqi aktları rəhbər tutaraq öz fəaliyyətini müəyyən edilmiş səlahiyyətləri çərçivəsində həyata keçirən bir HAKİMİ...

30. BİRGƏ RAZILAŞMADA ETNİK VƏ MİLLİK KİMLİK (AZƏRBAYCANLI MİLLİ KİMLİYİ)

  30. BİRGƏ RAZILAŞMADA ETNİK VƏ MİLLİK KİMLİK (AZƏRBAYCANLI MİLLİ KİMLİYİ)   Əvəlcə, ETNİK kimlik məsələsinə aydınlıq gətirək. Elmi ədəbiyyatda etnik birlik dedikdə   (yun.  – “xalq, tayfa”  sözündәn)  –  ümumi  özünüdәrkә (etnik eynilik), hәmçinin ümumi dil vә ümumi mәdәni xüsusiyyәtlәrә malik insanların qrupu (xalq) nəzərdə tutulur. Etnik birlik anlayışı bu mənada milliyyət məfhumu ilə üst-üstə düşür. MİLLİ KİMLİK anlayışı isə vahid dil, ölkə (coğrafi aspekt), hüquqi öhdəçilik (dövlət və vətəndaşlıq aspekti), ümumi-müştərək mədəni xüsisiyyətlər baxımından səciyyələndirilə bilir. Bəs indi görək Azərbaycanda ETNİK (milliyyət) və MİLLİ KİMLİK məsələsini necə xarakterizə edə bilərik? M.Ə. Rəsulzadə “Azərbaycan xəlqi” yazsısında qeyd edir:   “Azərbaycanlılar milliyyət etibarilə türk, din etibarilə islam, ədəniyyəti-əsasiyyə etibarilə şərqlidirlər” Bəli, həqiqətən də Azərbaycanlı KİMLİYİnin daşıyıcıları mütləq əksəriyyət olaraq etnik...

29. BİRGƏ RAZILAŞMANIN ATRİBUTU – SİMVOLU

Image
  29. BİRGƏ RAZILAŞMANIN ATRİBUTU – SİMVOLU   BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın məzmununu lakonikləşdirərək özündə ehtiva edən atributa – simvola ehtiyac duyula bilir. Bunun bir sıra obyektiv səbəbləri var. Məlum olduğu kimi, istənilən simvol (işarə və s.) müvafiq məzmunun qavranılmasını asanlaşdırmaqda əhəmiyyətli çəkiyə malikdir. Eyni zamanda, ideoloji məzmunun geniş yayılmasında da müstəsna rol oynayır. Ona görə də, konsepsiyanın strateji hədəflərinə çatmaq üçün ideoloji məzmun həm də simvollaşdırılır və müəyyən edilmiş atributla işarələnir. Belə bir atribut (simvol, işarə) kimi, Qədim türk yazılı abidələrində birliyi özündə ehtiva edən “Orxon-Yenisey” hərfləri ilə yazılmış “biz” sözünün baş hərfinə (“B” hərfinə) oxşayan aşağıdakı işarəni BİRGƏ RAZILAŞMAnın atributu olaraq təqdim edirik (seçim bir qədər şərtidir, dəyişdirilə də bilər):       Beləliklə, təqdim etdiyimiz BİRGƏ RAZILAŞMAnın atributu (simvolu)   ilk növbədə FƏRDin (İNSAN) XOŞBƏXTliy...

28. BİRGƏ RAZILAŞMA VƏ MÜLKİYYƏT TOXUNULMAZLIĞI, AZAD BAZAR

  28. BİRG Ə RAZILAŞMA VƏ MÜLKİYYƏT TOXUNULMAZLIĞI, AZAD BAZAR   Məlum olduğu kimi, BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın 2, 3 və 4-cü müddəlarında göstərilir: 1.    Mənim (hər bir insanın, fərdin) azadlığım (müstəqilliyim) ən ali dəyərdir. Mənim azadlığım məni xoşbəxt edə biləcək başlıca alınmaz dəyərimdir. 2.    Mən (hər bir insan, fərd) doğulduğum andan etibarən azad yaşamaq, azad olmaq, xoşbəxt olmağa can atmaq kimi alınmaz ali haqlara malikəm. Mənim (insanın) azadlığımı (haqlarımı) heç kəs və heç nə məhdudlaşdıra bilməz. 3.    Mənim (bir insanın, fərdin) azadlığım yalnız və yalınız Sənin və Onun (digər insanların, fərdlərin) hüquqları, haqları başlayan yerdə bitir (bax: https://birgeraz.blogspot.com/2020/06/birg-razilasma-mn-sn-v-o.html ) Göründüyü kimi, burada AZADLIQ məfhumu geniş məna daşımaqla   bir FƏRDə aid edilə bilən bütün azadlıqları ( söz, ifadə, yaradıclıq, toplaşmaq, mülkiyyətə sahiblənmək və s.) özündə ehtiva edir (yer...

27. BİRGƏ RAZILAŞMA VƏ ALİ MÜQAVİLƏ - KONSTİTUSİYA

  27. BİRGƏ RAZILAŞMA VƏ ALİ MÜQAVİLƏ - KONSTİTUSİYA     BİRGƏ RAZILAŞMA KONSEPSIYASIna görə, rasional olaraq birgə yaşayışın üstünlüklərinin təkbaşına yaşamaqdan qat-qat artıq olduğunu dərk edən Mən, Sən və O qərara gəlmşdik ki, birgə, yəni toplum (birlik) kimi yaşamaq kifayət qədər əhəmiyyətli olduğundan özümüzə aid azadlıqlarımızın müəyyən bir hissəsini məhdudlaşdırmağı məqsədəuyğun sayırıq və cəmiyyəti qururuq. Birlik yaratdıqda, yəni cəmiyyət olduqda təbii ki, hər birimizin fərdi maraqları bizi toqquşmalara gətirməsin deyə, xoşbəxt yaşamaq üçün BİRGƏ RAZILIĞA gəlirək əsas müddəları qeyd-şərtsiz qəbul edirik (bax: https://birgeraz.blogspot.com/2020/06/birg-razilasma-mn-sn-v-o.html ). həmin BİRGƏ RAZILAŞMAnın 5-ci müddəasında göstəririk ki, “müstəsna səlahiyyətimizin az və ya çox hissəsini hansısa bir hüquqi şəxs (məs.: dövlət) yaradıb ona verə bilərik”. Məhz buna görə də, biz DÖVLƏT adlı yeganə GÜC aparatı yaradırırq (bax: DÖVLƏT nədir? https://birgeraz.blogspot....