12. BİRGƏ RAZILAŞMA və QANUNVERİCİ HAKİMİYYƏT
12. BİRGƏ RAZILAŞMA və QANUNVERİCİ HAKİMİYYƏT Əvvəlki yazılardan birində DÖVLƏTi idarə edən hakimiyyət növlərindən birinin də QANUNVERİCİ HAKİMİYYƏT olduğunu qeyd etmişdik (bax: https://birgeraz.blogspot.com/2020/06/6-birg-razilasma-v-hakimiyyt.html ). QANUNVERİCİ HAKİMİYYƏTin fundamental işi BİRGƏ RAZILAŞMA əsasında qurduğumuz cəmiyyətin Razılaşmanın əsas müddəaları, tezisi əsasında fərdin, (insan, vətəndaşın) hüquq və azadlıqlarının ən yüksək formada reallaşmasını təmin edən və qoruya biləcək QANUNLAR, digər normativ-hüquqi aktlar qəbul etməkdir. Eyni zamanda həmin normativlər maksimum fərdin (insanın) yəni Mən, Sən və Onun hüquq və azadlıqlarına xələl yetirən olmamalı, bu mənada istənilən hakimiyyət qolunun, o cümlədən , bütövlükdə DÖVLƏTİN özünün səlahiyyətlərini məhdudlaşdırmağa yönəlməlidir. Bir sözlə, QANUNVERİCİ HAKİMİYYƏT DÖVLƏTin, xüsusilə, İCRA (müəyyən mənada həmçinin, ƏDALƏT) HAKİMİYYƏTİNİN səlahiyyətlərini bəlli bir çərçivəyə salmaq üçün QANUNLAR (qanuverici...