Posts

21. BİRGƏ RAZILAŞMA VƏ DİKTATURA (DİKTATOR)

  21. BİRG Ə RAZILAŞMA VƏ DİKTATURA (DİKTATOR)   Əvvəlcə DİKTATURAnın mahiyyəti haqqında bəzi məqamları izah edək. DİKTATURA nədir və kimə DİKTATOR deyirik? DİKTATURA anlayışını şərh etməzdən öncə bir sıra digər əlaqəli məfhumların mahiyyətini qısaca xatırlayaq. Artıq bilirik ki, BİRGƏ RAZILAŞMA KONSEPSİYASI (bax: https://birgeraz.blogspot.com/2020/06/1-birg-razilasma-konsepsiyasi.html ) nə üçün bizə lazımdır və sözügedən ideoloji konsept hər birimizin XOŞBƏXT cəmiyyətdə yaşamasının təmin edilməsi zərurətindən yaranıb. Təbii ki, özünüdərk edən FƏRDin XOŞBƏXTLİYinin təməlində birinci növbədə birmənalı şəkildə AZAD olması dayanır (AZADLIQ nədir? Bax: https://birgeraz.blogspot.com/2020/06/15-birg-razilsama-v-azadliq.html ). Bununla belə, biz öz azadlığımızın müəyyən bir hissəsinin məhdudlaşdırılmasına könüllü olaraq hamılıqla razılaşaraq BİRGƏ RAZILAŞMAnı (Ən Ali QANUN) ona görə qəbul edirik ki, bir-birimizin hüquq və azadlıqları toxunulmaz olsun, onu daimi qoruyaq və dinc ...

20. BİRGƏ RAZILAŞMA VƏ ORDU

20. BİRGƏ RAZILAŞMA VƏ ORDU   BİRGƏ RAZILAŞMA  ideyasından bəhs edərkən qeyd etmişdik ki, bu konsepsiyaya görə  İNSANın, FƏRDin xoşbəxt olması ən əsas tezislərdəndir (bax: https://birgeraz.blogspot.com/2020/06/1-birg-razilasma-konsepsiyasi.html ). Məhz FƏRDin – Mən, Sən və Onun, yəni hər bir cəmiyyət üzvünün BİRGƏ RAZILAŞMAnın müddəaları ilə müəyyən etdiyimiz  əsas AZADLIQlarının, hüquqlarının tam şəkildə təmin olunması bu XOŞBƏXTLİyi şərtləndirir. Təbii ki, formalaşdıracağımız belə bir ideoloji konsepsiyaya əsaslanan cəmiyyəti həm daxili, həm də xarici təhdidlərdən qorumaq üçün mövcudluğuna ehtiyac yaranan ümdə məsələlərdən biri  hamılıqla qəbul edib legitimlik verdiyimiz GÜC mərkəzinin yaradılmasıdır. Həmin GÜC mərkəzi qismində biz BİRGƏ RAZILAŞMA əsasında  DÖVLƏT adında bir mexanizm, aparat yaratmış oluruq (bax: https://birgeraz.blogspot.com/2020/06/5-birg-razilasma-v-dovlt.html ) və ona razılaşma çərçivəsində müstəsna səlahiyyətlər veririrk (mühakim...

10 NOYABR 2020-Cİ İL BƏYANATINA İCTİMAİ BAXIŞ

  10 NOYABR 2020-Cİ İL BƏYANATINA İCTİMAİ BAXIŞ Azərbaycan-Ermənistan-Rusiya arasında 10 noyabr 2020-ci il tarixli   bəyanatın təhlilinə keçməzdən qabaq bəzi zəncirvari hadisələrə ötəri nəzər salmağımız atəşkəs sənədinin mahiyyətini daha aydın anlamağımıza köməklik edər.   Necə oldu ki, 30 ilə yaxın bir müddətə qədər dondurulmuş olan Qarabağ münaqişəsi müharibəyə çevrildi?!   Məlum olduğu kimi, Ermənistanda qərbyönümlü N.Paşinyan hakimiyyətə gəldikdən sonra əvvəlki ənənədən kənar siyasi gedişlər etməyə başladı. Qərbə meyllənən N.Paşinyan çəkinmədən açıq-aşkar ənənəvi ağaları Rusiyanın üzünə ağ olmağa başladı (hətta rus qoşunlarını ölkə ərazisindən çıxarmaq kimi Qərb qarşısındakı öhdəliyini də yerinə yetirməyə cəhd göstərdi, buna nail olmasa da). Bu zaman Rusiya artıq anlamağa başladı ki, it qudurub yiyəsinə cumur. Belə olan halda, təsirini itirməyə başlayan Rusiya Ermənistanı özünə qaytarmaq üçün ona aşkar şəkildə təzyiq göstərə bilmirdi, daxildən də artıq rusi...

19. BİRGƏ RAZILAŞMA VƏ LİDER (LİDERLİK)

19. BİRGƏ RAZILAŞMA VƏ LİDER (LİDERLİK)   Əvvvəlcə LİDER (LİDERLİK) məfhumunun mahiyyətini aydınlaşdırmağa çalışaq. Sadə bir nümunəyə nəzər salaq: Tutaq ki, biz üç dost mən, sən və o, bir günlük şəhər ətrafı istirahətə getmək üçün bir araya gəlirik. Görüşərkən məlum olur ki, gedəcəyimiz yerlə bağlı fikirlərimiz fərqlidir. Yəni Mən Göygölə, Sən Nabrana, O isə Qəbələyə getməyi təklif edir. Lakin qısa müzakirədən sonra mənim təklif etdiyim Göygölə istirahətə yollanırıq. Bu sadə misalda göstərilən situasiyada   təklifim keçərli, daha inandırıcı olduğuna görə LİDER mənəm. Yəni LİDERLİK məfhumunu anlamaq o qədər də qəliz deyil, göstərdiyim nümunədəki kimi formulaca, model olaraq sadədir. İndi isə LİDERi səciyyələndirən əsas başlıca keyfiyyətləri ayırd edək: 1. LİDER - ilk növbədə gələcəklə bağlı aydın baxışı, vizyonu olan şəxsdir, fərddir.   Bu anlamda LİDER aydın bir ideologiya ortalığa qoyur və yaxud inandığı, doğru bildiyi mövcud ideologiyalardan birinə yiyələnib yar...

18. BİRGƏ RAZILAŞMA VƏ PLÜRALİZM

  18. BİRGƏ RAZILAŞMA VƏ PLÜRALİZM (FİKİR, İDEYA MÜXTƏLİFLİYİ) BİRGƏ RAZILAŞMA KONSEPSİYASI tərəfdarlarının önəm verdiyi ən ümdə məsələlərdən biri də PLÜRALİZMdir. Onun mahiyyətini izah etməyə çalışaq. PLÜRALİZM dedikdə, bir cəmiyyətdə ideya müxtəlifliyinin, fikir çoxluğunun, fərqli düşüncə tərzinin (hətta bir-birinə zidd olan)   azad şəkildə mövcudluğunu nəzərdə tuturam.   Hər bir cəmiyyəti irəli aparan, onun inkişafını şərtləndirən əsas amillərdən biri heç şübhəsiz AZAD düşüncənin olmasıdır. Azad düşüncənin olmadığı cəmiyyətdə hansısa inkişafdan söhbət gedə bilməz. İnsanın doğal mahiyyəti ilə həmahəng olaraq, istənilən FƏRDin bu və ya digər məsələlər ilə bağlı özünün özgür, fərqli bəzən isə hətta ənənəvi görüşlərlə daban-dabana ziddiyyət təşkil edən fikirləri, ideyaları olur. Sübut olunmuş aksiomadır ki, bir vaxtlar qısqanclıqla, şiddətlə qınanılan fikirlərin, ideyaların sonralar həqiqət olduğu aşkara çıxarılmışdır (Yerini öz oxu ətrafında fırlanması, kürə forması...

17. BİRGƏ RAZILAŞMA VƏ SİYASƏT

  17. BİRGƏ RAZILAŞMA VƏ SİYASƏT SİYASƏT deyəndə cəmiyyətimizdə əksəriyyətin ağlına ilk növbədə hiylə, hiyləgərlik, aldatmaq, biclik, fürsətdən sui-istifadə etmək və s. kimi anlamlar gəlir. Şübhəsiz ki, bir sıra digər siyasi anlayışlar kimi SİYASƏT məfhumu da bir qisim tərəfindən qəsdən, başqa bir qisim tərəfindən isə bilməyərəkdən bu cür təhrif olunmuş formada ictimaiyyətə təqdim olunur.   Bəs SİYASƏT nədir? Bu suala sadə şəkildə cavab verməyə çalışaq. SİYASƏTin ən ümdə xüsusiyyətlərini müəyyənləşdirmiş olsaq aşağıdakıları ardıcıllıqla sadalamalıyıq: 1. SİYASƏT – cəmiyyətdə vacib insan davranışıdır; 2. SİYASƏT – ictimai-sosial fəaliyyətdir; 3. SİYASƏT – məqsədli ictimai-sosial hərəkətdir (davranış, fəaliyyətdir); 4. SİYASƏT – yaranmış vəziyyətdə müvafiq, adekvat (doğru) qərar qəbul etmək qabiliyyətidir və s. Sadaladığımız xüsusiyyətlər əsasında SİYASƏTə belə bir tərif verə bilərik: SİYASƏT – insanın cəmiyyətdə müəyyən məqsədli ictimai-sosial davranışı olub, ya...

12. BİRGƏ RAZILAŞMA və QANUNVERİCİ HAKİMİYYƏT

12. BİRGƏ RAZILAŞMA və QANUNVERİCİ HAKİMİYYƏT Əvvəlki yazılardan birində DÖVLƏTi idarə edən hakimiyyət növlərindən birinin də QANUNVERİCİ HAKİMİYYƏT olduğunu qeyd etmişdik (bax:  https://birgeraz.blogspot.com/2020/06/6-birg-razilasma-v-hakimiyyt.html ). QANUNVERİCİ HAKİMİYYƏTin fundamental işi BİRGƏ RAZILAŞMA əsasında qurduğumuz cəmiyyətin Razılaşmanın əsas müddəaları, tezisi əsasında fərdin, (insan, vətəndaşın) hüquq və azadlıqlarının ən yüksək formada reallaşmasını təmin edən və qoruya biləcək QANUNLAR, digər normativ-hüquqi aktlar qəbul etməkdir. Eyni zamanda həmin normativlər maksimum fərdin (insanın) yəni Mən, Sən və Onun hüquq və azadlıqlarına xələl yetirən olmamalı, bu mənada istənilən hakimiyyət qolunun, o cümlədən , bütövlükdə DÖVLƏTİN özünün səlahiyyətlərini məhdudlaşdırmağa yönəlməlidir. Bir sözlə, QANUNVERİCİ HAKİMİYYƏT DÖVLƏTin, xüsusilə, İCRA (müəyyən mənada həmçinin, ƏDALƏT) HAKİMİYYƏTİNİN səlahiyyətlərini bəlli bir çərçivəyə salmaq üçün QANUNLAR (qanuverici...